Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-526/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfin sübutların təmin edilməsi haqqında vəsatətinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehin adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda ərazisi 78,9 kv.m olan aldığı 2 otaqlı mənzilə dair İpoteka və Kredit zəmanət fonduna həmin mənzilə dair ipoteka müqaviləsinin surətinin və ödənilən vəsaitin məbləği barədə məlumatın verilməsi barədə sorğu verməyinizi, cavabdehlə birgə nikahda olan zaman güzəştli ipoteka ilə ünvan 2 ünvanda ərazisi 78,9 kv.m olan aldığı 2 otaqlı mənzilə nikahı ləğv olunana qədər ödədiyi 40000 (qırx min) manat pulun 1/2 hissəsinin 20000 (iyirmi min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 18.12.2019-cu il tarixli 2(001)-6354/2019 saylı Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikah ləğv edilmiş və azyaşlı 2 uşaq iddiaçının himayəsində saxlanılmışdır. Cavabdehlə birgə nikahda olan zaman güzəştli ipoteka ilə ünvan 3 ünvanda ərazisi 78,9 kv.m olan 2 otaqlı mənzil almışlar və həmin mənzilə nikah ləğv olunana qədər 40000 (qırx min)manat pul ödəmişlər. Həmin ipoteka ilə bağlı lazımı məlumatların əldə olunması üçün İpoteka və Kredit zəmanət fonduna sorğu vermələrinə baxmayaraq onara cavab verilməkdən 01 sentyabr 2020-ci il tarixdə imtina olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, bidirmişdir ki, güzəştli ipoteka ilə Cavabdeh tərəfindənn alınmış ünvan 3 ünvanda ərazisi 78,9 kv.m olan 2 otaqlı mənzil a dair cavabdeh bir neçə dəfə ödəniş etmişdir. Qalan məbləği həmin mənzildə hazırda yaşayan X7 ödəmişdir. Mənzilin təmiri də həmin şəxs tərəfindən edilmişdir. Buna görə də, iddiaçının pul tələbi əsaslı deyil. Məhkəmə iclasında cavabdeh tərəfindən təmin olunaraq şahid qismində dindirilmiş X7 qeyd etmişdir ki, ünvan 4 ünvanda ərazisi 78,9 kv.m olan 2 otaqlı mənzildə 2014-cü il may ayından ailəsi ilə birlikdə yaşayır. Həmin vaxtdan ödənişləri özü həyata keçirir. Mənzili təhvil alarkən, podmayak idi və həmin vaxtdan bu günə kimi iki dəfə mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. İndi də ödənişlər davam edir. Mənzil 2 otaqlıdır. 5-6 ildir ki, həmin mənzildə yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 35000 (otuz beş min) manat məbləğində 360 (üç yüz altmış) ay müddətinə illik 4% hesablanmaqla kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirtməyi öhdəsinə götürür. Kreidt Borcalana ünvan 5 ünvanında yerləşən, 29 nömrəli 2 otaqlı mənzil ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2179 №-li reyestr kitabının 201890 №-li vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 6al rayonu, Alatava-7 küçəsində yerləşən 70 saylı evin 29 saylı mənzilinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2179 №-li reyestr kitabının 201890 №-li vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 6al rayonu, Yeni ünvan 6al-2 yaşayış massivi, Alatava-7 küçəsində yerləşən 70 saylı evin 29 saylı mənzilinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(005)-6354/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi, alimentin və əlavə xərclərin tutulması” tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh ilə Əliyeva (Həsənova) Samirə Firdovsi qızı arasında 23.06.2012-ci il tarixdə bağlanmış və 1333 nömrə ilə Bakı nikah evi tərəfindən qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 25 iyun 2013-cü il təvəllüdlü X8 və 13 may 2015-ci il təvəllüdlü X9 iddiaçı (anası) İddiaçı yanında qalması, 25 iyun 2013-cü il təvəllüdlü X5 və 13 may 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması, 25 iyun 2013-cü il təvəllüdlü X8 tam saxalanadək onun müalicəsi üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit məbləğdə pul İddiaçı xeyrinə tutulması qət edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.04.2021-ci il tarixdə verilmiş AZ- İ seriyalı, 382682 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11.03.2020-ci il tarixdə 123 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Əliyeva soyadı verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.07.2021-ci il tarixli, 9/3079 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqi hissəsində göstərildiyi kimi, mülki iş materiallarında olan sənədlərə əsasən borcalan tərəfindən aparılan ödənişlər kredit müqaviləsi bağlanan tarixdən deyil 01.01.2015-ci il tarixdən sonra mövcuddur. Ona görə də, 27 fevral 2012-ci il tarixli "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 23 iyun 2012-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək aparılmış ödənişlərin nə qədər olması sualı üzrə tədqiqat aparılmadı. Lakin iş materiallarında mövcud olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən istifadə edilmiş pul vəsaitinə görə 01 yanvar 2015-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək ümumilikdə 10.199,42 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 150 manat təşkil edir; 16.10.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddia üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı ilə Cavabdeh 23 iyun 2012-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından bir övladları dünyaya gəlmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(005)-6354/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İşin tərəflərin izahatları ilə müəyyən olunan və mübahisələndirmədikləri halı həmçinin ondan ibarətdir ki, nikahda olduqları dövrdə güzəştli ipoteka ilə ünvan 3 ünvanda ərazisi 78,9 kv.m olan 2 otaqlı mənzil əldə etmiş, həmin mənzil üzrə ödənişlər həyata keçirmişdir. Hazırkı icraat da məhz bu əmlaka görə ödənilmiş pul vəsaitinin bölünməsi tələbi əsasında başlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Qeyd olunmalıdır ki, tərəflər, yuxarıda göstərilən əmlakın birgə nikahları dövründə əldə edildiyini və həmin əmlak üzrə 01 yanvar 2015-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək ümumilikdə 10.199,42 manat məbləğində ödəniş aparılması müəyyən edilmişdir. Hazırda həmin mənzildə X4 ailəsi ilə birgə yaşaması və mənzilin onun tərəfindən təmir olunmasını tərəflər mübahisələndirmirlər; bununla belə cavabdeh həmin əmlaka görə ödənilmiş pul vəsaitinin bir qisminin X7 tərəfindən həyata keçirildiyini irəli sürməklə iddia tələbinə etiraz etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə 01 yanvar 2015-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək ümumilikdə 10.199,42 manat məbləğində ödəniş aparılması müəyyən edilmişdir. Belə olan halda, iddiaçı qeyd edilən əmlaka dair ödənilmiş pulun birgə vəsait olduğunu və bölünməsini tələb edir. İddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, qeyd edilən mənzil tərəflərin birgə nikahda olduqları müddətdə alınaraq ödənişlər edilmiş, sonradan ünvan 1 ünvanda ərazisi 78,9 kv.m olan aldığı 2 otaqlı mənzil cavabdehin qohumu X4 istifadəsinə verilmiş, hazırda ödənişlər onun tərəfindən davam etdirilir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə ünvan 4 ünvanda ərazisi 78,9 kv.m olan 2 otaqlı mənzil üçün ödədiyi 10.199,42 manat məbləğində vəsait birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməklə onlar arasında hər birinin payı bərabər hesab edilməklə bölünməlidir. Məhkəmə ona da qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan pul vəsaiti tərəflərin rəsmi nikah münasibətlərinin mövcud olduğu dövrdə və ümumi gəlirləri hesabına ödəniş aparılmışdır. Buna görə də, ödənilmiş 10199,42 manat məbləğində vəsait ümumi birgə mülkiyyəti sayılmalı, ərəflər arasında bərabər paylara bölünməklə, ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payı tanınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin predmeti olan iddia tələbi “pul vəsaiti üzərində payının müəyyən edilməsi məzmununda olsa da, həmin vəsaitin ½ hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi nəticəsinə gəlinməsi müvafiq tələbin mahiyyətinə uyğun hesab edilməli, belə yanaşma ədalət mühakiməsinin məqsədlərinə uyğun olmaqla iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-30-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda ərazisi 78,9 kv.m olan aldığı 2 otaqlı mənzilə dair İpoteka və Kredit zəmanət fonduna həmin mənzilə dair ipoteka müqaviləsi üzrə ödənilmiş 10199,42 manat məbləğində vəsaitinə ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payı müəyyən olunsun. Həmin vəsaitin ½ hissəsi, yəni Cavabdeh alınaraq İddiaçı verisin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 150 (bir yüz əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-526/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-526/2021
26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver