Məhkəmə qərarları › İş №2(005)-5268/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5268/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5268/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanılmış 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehin adına alınmış 21.04.2020-ci il tarixli X9 ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında torpaq sahəsinin alqı-saıqısına dair müqavilə bağlanılmışdır. Ona sonradan məlum olmuşdur ki, cavabdehin niyyəti elə qabaqcadan onu aldatmaq olmuşdur. Belə ki: İsmayılova Flora 22.03.2011ci il tarixdə vəfat etmiş atası X2 ona miras qalmış əmlaka dair rəsmi sənədlərin alınması, toplanması, rəsmiləşdirilməsi və miras əmlaka dair adma çıxarış alınması üçün ona etibarnamə vermişdir. O, etibarnamə əsasında bütün işləri görməli və əmlakı onun adına keçirməli idi. O, etibarnamə əsasında ona həvalə edilmiş bütün işləri vaxtında görmüşdür. İsmayılova Flora xarici ölkə vətəndaşı olduğundan ona atasından qalmış Nəsimi rayonu M.Əlizadə küçəsi 29 ünvanında yerləşən mülkə çıxarış alsa da mülkün istifadəsində olan torpağı onun adına özəlləşdirmək mümkün olmamışdır. Bu (torpağı özəlləşdirmək) məqsədlə ona verilmiş etibarnaməni və ona verilmiş hüquqla İsmayılova Flora adından X16 ötürmüşdür ki, sonradan formal xarakterli alqı-satqı edərək mülkü almış və Azərbaycan vətəndaşı kimi torpağı özəlləşdirərək Flora İsmavılovaya təhvil vermişdir. Dediyi kimi də etmiş, sonradan həmin şəxs (X18) ilə evi formal olaraq 35.000 manata alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Rza Quliyev adlı şəxsdən evi alqı-satqı ilə əldə etdikdən sonra iş üzrə Cavabdeh ona təyziq etməyə, 1/2 payçı olaraq alqı-satqıdan öncə ona məlumat verilməməsi səbəbindən Rza Quliyevlə onun arasında olan alqı satqını məhkəmə vasitəsilə alacağına və o, Flora İsmayılova ilə üz-göz edəcəyinə və tutduracağına dair təhdidlər etmişdir. O, bildirmişdir ki, adında olan (amma İsmayılova Floraya məxsus olan) ərazini onun adına keçirərsə onu heç bir problemlə üzləşdirməyəcək. Aralarında alqı satqı etdikdən sonra o ümumi həyəti satacaq və onlara 400.000 manat pul verəcəkdir. O da bu pulu Flora xanıma verəck, nəticədə məsuliyyətdən azad olacaqdır... Əks halda torpağı onsuz da məhkəmə qərarı ilə pulsuz alacağını bildirərək artıq onu məhkəməyə verməsinə dair müraciətini də ona göstərmişdir. Bildirmişdir ki, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri idı O, torpaq sahəsinin tam onun adına keçirilməsini çoxdan arzusunda olmuşdur. Hətta bununla bağlı həmin əmlakın 1/2 payçısı olan Cavabdeh onun ilə Rza Quliyev arasında bağlanmış alqı-satıqının etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh alqı-satqının ləğvini və torpağın 35.000 manata ona satılmasını tələb etmişdir. Və beləliklə notariusda F.X10 məxsus mülkü ondan alqısatqı edərək almışdır. Bu zaman ona 35.000 manat beh vermişdir. 365.000 manatı isə satdıqda verəcəyini bildirmiş, bu məqsədlə aralarında formal olaraq 400.000 manat yazılmışdır. Notariusda yerləşən bankın kameralarına baxış keçirilərsə ona 400.000 manata qol çəkdirilsə də ümumilikdə 35.000 manat pul verdiyi açıq görmək olar. Eyni zamanda bu hadisələrin şahidləri söylədiklərini təsdiq edə bilər. Beləliklə o, dələduzluğun qurbanı olmuşdur... Bu səbəbdən aralarında olan alqısatqı müqaviləsi etibarsızdır. Hətta Flora xanım ona qarşı iddialar da qaldırmışdır. İsmayılova Flora cavabdehlər İddiaçı, X16 və X11ma qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxanşın ləğv edilməsi və s. tələbi’ nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İsmayılova Floranın adından cavabdeh X18 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ N90821267 №- li daşınmaz əmlakın alğısatqı müqaviləsinin və həmin əmlaka dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №°0840189 №-lı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair X3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsim xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)- 2311/2020 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı qətnamədən narazı qalaraq, Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1081/2021 saylı 02 aprel 2021-eı ıl tarixli qətnaməsi ilə şikayət, qismən təmin edilmişdir. Azərbaycan Ali Məhkəməsi bu qətnaməni qüvvədə saxlamışdır. İndi belə alır ki, hər şeydə o, günahkardır. Amma əslində o, aldadılmışdır. onun etibarından suiistifadə edilmişdir. Məhkəmədə buna uyğun yazılı ifadələr versə də, bu hallar nəzərə alınmamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh özü belə onla Flora xanım arasında formal xarakterli alqı-satqını mübahisələndirmiş və 2020-cı ilin yanvar ayında Nəsimi rayon məhkəməsinə şikayət etmişdir. Və onunla Cavabdeh arasında baş tutmuş alqı-satqı məhkəmə işi gedə-gedə (psixoloji, təhdid və təziq) altında həyata keçirilmiş və mənlə alqı satqı etdikdən 2 ay sonra məhkəmədən şikayətini (iddiasını) geri götürmüşdür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təçin edilməsinə dair qətnamə qəul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə iclasında ifadə vermiş şahid X18 ifadəsində bildirmişdir ki, Cavabdeh ona cəmi 35000 manat məbləğində pul vermişdir. 30000 manatı notariusda, 5000 manatı kənarda vermişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsində verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını bildirmişdir. İddiaçı əvəzinə X18-satıcı ilə Cavabdeh-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, 14.04.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63 kv.m fərdi yaşayış evinin ona məxsus olan payda (1/2 31,5 kv.m) sahəsini satıcıya 400.000 (dörd yüz min) manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə satmağı öz üzərinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına 16.12.2019-cu il tarixdə ½ hissədə, Cavabdeh adına 12.02.2014-cü il tarixdə ½ hissədə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 İsmailova Floranın adına 06.11.2019-cu il tarixdə ½ hissədə, Cavabdeh adına 12.02.2014-cü il tarixdə ½ hissədə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İsmailova Floranın cavabdehlər İddiaçı, X16 və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair iddiası təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına 21.04.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 02.04.2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İsmayılova Flora tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)-2311/2020 saylı qətnaməsi “qətnamə iddianın təmin edilməyən, iddianın İsmailova Floranın adından cavabdeh X18 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin təmin edilməyən hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İsmailova Floranın adından cavabdeh X18 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilməsi, qətnamənin- iddianın “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(102)-4859/2021-ci il tarixli qərarından görünür ki, iddiaçı İsmailova Floranın kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mədaxil qəbzindən görünür ki, 14.04.2020-ci il trarixdə 400000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə (692 saylı 14.04.2020 tarixli məktuba əsasən) təhvil verilmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan X12 tərəfindən verilmiş, ünvan 3otariat ofisində 8İ-3374 № ilə qeyd edilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16.12.2019-ci il tarixli **********31-10301 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1/2 hissəsi İddiaçı məxsus olan ünvan 4 ünvanlı ümumi sahəsi- 63 kv.m. olan olan fərdi yaşayış evinin satılmasına etiraz etmir. ünvan 5 ünvanlanmış məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X8 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 400.000 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında 40.50 (qırx manat 50 qəpik) manat vergi məbləğini X15, qalan 399959.50 (üç yüz doxsan doqquz min doqquz yüz əlli doqquz manat 50 qəpik) manatı isə ünvan 7 ünvanında qeydiyyatda olan X16 verilməsi üçün bankınızda olan **********00001AZM54 №-li depozit hesabına qəbul olunmasını xahiş edir. ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən verilmiş, ünvan 3otariat ofisində 8İ-3247 № ilə qeyd edilmiş ərizədən görünür ki, 14.04.2020-ci il tarixdə, 4Ə-276 reyestr nömrəsi ilə, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən V hissəsinə dair alqı- satqı müqaviləsi adıma rəsmiləşdirilmişdir və həmin evə elektron çıxarışın 10 gün müddətinə alınması üçün DƏDRX-nin müvafiq ərazi idarəsinə müqavilənin elektron formada ötürməyii xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cii maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı verilmiş səlahiyyətlər daxilində cavabdeh ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə İsmailova Floranın mülkiyyət hüquqları 06.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Digər ½ hissəsinə isə Cavabdeh hüquqları 12.02.2014-cü ildən qeydiyyata alınmışdır. Verilmiş səlahiyyətlər daxilində İddiaçı 05.12.2019-cu il tarixdə X16 etibarnamə ilə ona verilmiş səlahiyyətləri ötürmüşdür. İddiaçı (əvəzinə X18) Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin İsmailova Floraya məxsus ½ hissəsini 14.04.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakın alınmasına görə 400.000 manat məbləği "xxxx" ASC-nin Nərimanov filialında notariat ofisinin hesab nömrəsinə köçürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına alınmış 21.04.2020-ci il tarixli X7 ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, tərəflər könüllü olaraq müqaviləni imzalamışlar. Bundsan əlavə iş materiallarına əlabə edilmiş qəbzin surətindən görünür ki, 14.04.2020-ci il trarixdə 400000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə (692 saylı 14.04.2020 tarixli məktuba əsasən) "xxxx" ASC-nin Nərimanov filialına köçürülmüşdür. Bundan əlavə məhkəmə baxışı zamanı təqdim edilmiş qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin MK-nın 02.04.2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İsmayılova Flora tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)- 2311/2020 saylı qətnaməsi “qətnamə iddianın təmin edilməyən, iddianın İsmailova Floranın adından cavabdeh X18 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İsmailova Floranın adından cavabdeh X18 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilməsi, qətnamənin- iddianın “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(102)-4859/2021-ci il tarixli qərarı ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, X8 ilə İddiaçı arasında 14.04.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dair Nəsimi rayon Məhkəməsində qaldırması əksinə olaraq onu təsdiqləyir ki, mübahisə edilən müqavilədən cavabdeh X8 xəbərsiz olduğundan o, vicdanlı alıcı olaraq mübahisəli əmlakı əldə etmişdir. MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.H.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində cəlb olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqarınnın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlın göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüquqlarının toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdanlı hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar