Məhkəmə qərarları › İş №2(005)-543/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-543/2021

08.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-543/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MTK cəlb edilməklə) “müqavilənin ləğv olunması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilə Cavabdeh arasında olan xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə müqavilə imzalanmışdır. Aralarında olan müqaviləyə əsasən "xxxx Prestij" MTK tərəfindən cavabdeh X2 adına verilmiş, sonuncu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 14-cü mərtəbəsində yerləşən 123,4 kv.m sahəsi olan yaşayış sahəsi ilə bağlı xx.xx.2013-cü il tarixli müqavilə ləğv olunur və əvəzində inşa edilmiş Bakı şəhəri, Xətai r-u, 1181-ci məhəllədə yerləşən və tikintisi başa çatdıqdan sonra C blokunun, 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154,2 kv.m olan yaşayış sahəsi və həmin tikilinin 2-ci mərtəbəsində yerləşən bir ədəd avtomobil qarajı ona verilir. Qeyd olunan müqavilənin predmetini təşkil edən yaşayış sahəsi və avtomobil qarajına görə iddiaçıya heç bir ödəniş edilməmişdir. Qeyd olunmalıdır ki, "xxxx Prestij" MTK ilə cavabdeh X5 arasında olan xx.xx.2013-cü il tarixli müqavilənin predmeti olan, "xxxx Prestij" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A l blokunun 14-cü mərtəbəsində yerləşən 123,4 kv.m sahəsi olan yaşayış sahəsi başqa bir müqavilənin predmeti ilə üst-üstə düşür. Həmçinin iddiaçıda olan məlumata görə, cavabdehlə "xxxx Prestij" MTK arasında olan xx.xx.2013cü il tarixli müqavilə vəd olunmuş öhdəliklər əsasında bağlanmış müqavilə idi. Lakin iddiaçı ilə "xxxx Prestij" MTK arasında olan xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, "xxxx Prestij" MTK-nın xahişi ilə cavabdehlə xx xxxxxx 2018-ci il tarixli müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixdə, "xxxx Prestij" MTK tərəfindən ərizə daxil oluşdur. Həmin ərizədə "xxxx Prestij" MTK-nın direktoru Hikmət Yigitdöl, iddiaçı ilə Cavabdeh arasında olan xx xxxxxx 2018-ci il tarixli müqaviləni birtərəfli qaydada ləğv etməyi iddiaçıdan xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, "xxxx Prestij" MTK ilə Cavabdeh arasında olan xx.xx.2013-cü il tarixli müqavilə üzrə o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, "xxxx Prestij" MTK ilə aralarında olan müqaviləyə əsaslanaraq, Cavabdeh, aralarında olan müqavilənin ləğv olunmasına münasibət bildirməsi barədə xx.xx.2020-ci il tarixli müraciət ünvanlanmışdır. Lakin həmin müraciətə cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. İddiaçı hesab edir ki, bütün bu qeyd olunanlar və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qanunvericiliyə iddiaçıya imkan verir ki, aralarında olan müqavilə ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək iddia ərizəsində cavabdehin adı “X5” qeyd edildiyini, lakin cavabdehin adı “Cavabdeh” olmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili məhkəməyə etiraz təqdim edərək İddiaçı MMC ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; ASAN 1 tərəfindən xx xxxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. “xxxx Prestij” MTK Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında hesablaşmalara əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yerləşən binanın A blokunda 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123.4 m2 təşkil edən yaşayış sahəsi, bu sahənin ümumi dəyəri 98.000 (doxsan səkkiz min) AZN məbləğində müəyyən edilərək, hər 1 kv.m-nə görə 794 AZN müəyyən edilmişdir. xx xxxxxx 2013-cü il tarixli “xxxx Prestij” MTK-nın maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev Cavabdeh məxsusdur. Bu binanın A-1 girişi, yaşayışın 10-cu mərtəbəsində ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı, 50 saylı mənzilin pay dəyəri 98.000 (doxsan səkkiz min) AZN tam ödənilmişdir. xx xxxxxx 2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. “X9” MTK tərəfindən X2 adına verilmiş xx.xx.2013-cü il tarixli müqavilə ilə A1 blokunun 14-cü mərtəbəsində 123.4 m2 olan yaşayış sahəsi ləğv edilir və Bakı şəhəri Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 154.2m2 təşkil edən yaşayış sahəsini və 2-ci mərtəbəsində yerləşən bir avtomobil üçün qaraj sahəsini “kooperativ” “payçı” ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürldüyü qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ərizə “xxxx Prestij” MTK tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədən görünür ki, “xxxx Prestij” MTK ilə Cavabdeh arasında olan xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, yuxarıda qeyd olunan ünvanda yerləşən A1 blokunun 14-cü mərtəbəsində olan sahəsi 123,4 kv.m təşkil edən mənzil ona vəd olunan öhdəliklərin qarşılığına əsasən verilmişdir. 2018-ci il tairxdə müəyyən olunmuşdur ki, həmin mənzildə problem var. Ona görə də Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən hündürmərtəbəli bina olan C blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 154.2 kv.m təşkil edən yaşayış sahəsi və 2 yerləşən bir ədəd avtomobil qarajı əvəzləşdirilməklə Cavabdeh verilmişdir. Cavabdeh “xxxx Prestij” MTK ilə xx.xx.2013-cü il tarixdə bağladığı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi indiyə qədər yerinə yetirməmişdir. Dəfələrlə ona şifahi və yazılı məlumat verilsə də o, bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırdır. Ona görə sə aralarında olan raszılaşmaya əsasən Cavabdeh arasında olan xx xxxxxx 2018-ci il tarixli müqaviləni birtərəfli qaydada ləğv edilməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh göndərilmiş müraciətdə qeyd edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən tikilmiş və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən çoxmənzilli binanın C blokunun, 20-ci mərtəbəsində yerləşən və sahəsi 154.2 kv.m təşkil edən yaşayış sahəsi və həmin binanın 2 yerləşən bir ədəd avtomobil qarajı “xxxx Prestij” MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləni əvəzləşdirməklə bağlanılmışdır. Bu əvəzləşmə İddiaçı MMC ilə “xxxx Prestij” MTK arasında olan məlum birgə fəaliyyət haqqında müqaviləyə əsasən “xxxx Prestij” MTK-nın direktoru Hikmət Yigitdölün xahişi ilə həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx Prestij” MTK tərəfindən ərizə daxil olmuşdur. Həmin ərizədə “xxxx Prestij” MTK-nın direktoru Hikmət Yigitdöl xahiş edir ki, iddiaçı ilə cavabdeh arasında olan xx xxxxxx 2018-ci il tarixli müqavilə bir tərəfli qaydada ləğv edilməsi bildirilmişdir. Bunu onunla əsaslandırır ki, “xxxx Prestij” MTK ilə cavabdeh arasında olan xx.xx.2013-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və buna rəsmi münasibət bildirilməsi qeyd edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Müzəfər oğlu xx.xx.1959-cu ildə Yevlax şəhərində anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatdadır. Mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tərələrin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilənin bağlanmasına “X9” MTK tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2013-cü il tarixli A1 blokunun 14-cü mərtəbəsində 123.4 m2 olan yaşayış sahəsinə dair müqavilənin ləğv edilməsi əsas olmuşdur. Cavabdeh sahəsi 123.4 m2 olan 3 otaqlı, 50 saylı mənzilin pay dəyəri üçün 98.000 (doxsan səkkiz) manat “xxxx prestij” MTK-nə tam ödəniş etmişdir. Lakin “xxxx Prestij” MTK cavabdehin onun qarşısında öhdəliyini yerinə yetirmədiyini qeyd etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, “X9” MTK tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2013-cü il tarixli A1 blokunun 14-cü mərtəbəsində 123.4 m2 olan yaşayış sahəsinə dair müqavilə üzrə mənzilin pay dəyəri üçün 98.000 (doxsan səkkiz) manat “xxxx Prestij” MTK-nə tam ödəniş edilmişdir. Müqavilənin yerinə yetirilməsi ilə bağlı Cavabdeh “xxxx prestij” MTK qarşısında hər hansı bir öhdəliyi mövcud deyil. Eyni zamanda İddiaçı MMC ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli müqavilədə “X9” MTK tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2013-cü il tarixli A1 blokunun 14-cü mərtəbəsində 123.4 m2 olan yaşayış sahəsinə dair müqavilənin ləğv edildiyi qeyd edilmişdir. O da qeyd edilməlidir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli müqavilədə “xxxx Prestij” MTK qarşısında Cavabdeh öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı şərt nəzərdə tutulmadan belə müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması tələbinə dair” iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar