Məhkəmə qərarları › İş №2(005)-559/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-559/2022

16.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-559/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh müqaviləsinin ləğv edilməsi, iddiaçının xeyrinə 100.000 (bir yüz min) manat beh məbləğinin, 92 (doxsan iki) manat notariat xərcinin, 390 (üç yüz doxsan) manat dövlət rüsumunun, 1010 (bir mir on) manat hüquqi yardım üçün ödənilmiş haqqın, cəmi 101492 (bir yüz. bir min dörd yüz doxsan iki) manatın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasındanotarial qaydada Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izhat verib, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edərək, iddia ərizəsinə etirazla bağlı bildirdi ki, etiraza əsasən guya İddiaçı 31.01.2020-ci il tarixə kimi müqavilə bağlamağa gəlmədiyi üçün onunla müqavilə bağlanması baş tutmamışdır. Bununla bağlı bildirir ki, 15.01.2020-ci il tarixli beh müqaviləsi cavabdehə məxsus girovda olan əmlakla bağlı bağlanmış və müqavilənin şərtinə görə girovda olan əmlakı 31.01.2020-ci il tarixdə girovda azad edilməli idi və bundan sonra qalıq vəsait cavabdehə ödənilməli idi. Əmlak girovdan azad edilməyib, edilibsə bununla bağlı sənədləri cavabdeh məhkəməyə təqdim edilməyib. Başqa bir tərəfdən isə cavabdeh məhudiyyətləri götürməsi, əmlakın müqavilənin bağlanmasına hazır olması ilə bağlı iddiaçıya ya telefon, ya da yazılı şəkildə müracit etməsini sübut edə bilmir. Əmlak müqavilənin bağlanmasına hazır deyildisə, müqavilə necə bağlana bilərdi? Bu haqda işdə hər hansı sənəd yoxdur. Cavabdeh məhkəməni çaşdırmağa çalışır ki, guya iddiaçı əmlakı almadığı üçün onu daha ucuz qiymətə satmışdır. Bununla bağlı bildirir ki, beh müqaviləsinə əsasən iddiaçı əmlakı girovdan azad vəziyyətlə alırdı, onun girovda olan əmlakı almaq niyyəti olmamışdır. Cavabdehin həmin əmlakı satdığı şəxs onu hansı vəziyyətdə almışdır? Girovdan azad, yoxsa girovda ola- ola? Ümumiyyətlə əmlakın həqiqətən daha ucuz qiymətə və ya girovdan azad edilmiş vəziyyətdə satılması baıədə işdə hər hansı sübut yoxdur. Bəlkə həmin alıcıya girovu saxlamaqla ucuz qiymətə almaq sərf edib, bu onun və cavabdehin şəxsi işləridir. Cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtini pozubsa buna görə cavabdehlik daşıyır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd edir ki, iddiaçı öz iddia ərizəsində Cavabdeh arasında notarial qaydada bağlanmış 15 yanvar 2020-ci il tarixli beh nüqaviləsinə görə 3 yanvar 2020-ci il tarixinədək ********* qeydiyyat nömrəli **********47- 06301 reyestr nömrəli 20.06.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-vaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata ona satılması barədə alqı-satqı müqaviləsi bağlamağa razılaşdırıldığı qeyd edilmişdir. İddia ərizəsində iddiaçı müqavilə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi notariusun depozit hesabı vasitəsilə cavabdehə 50.000 (əlli min) ödəniş etməklə, beh müqaviləsi üzrə öhdəliyini tam icra etdiyini, müqavilənin rəsmiləşdirilməsi üçün notariusa 92 (doxsan iki) manat ödədiyini bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində cavbdeh Cavabdeh qeyri-yaşayış sahəsinin tarixi və mədəniyyət əhəmiyyətli olduğundan onun özgəninkiləşdirilməsi içiin tələb olunan müvafiq icazələri almaq və əmlakın girovdan azad edilməsindən ötrü zaman lazım olduğunu və bunun gözləməyi xahiş etdiyini bildirmişdir. Bidirmək i səyirik ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin heç bir əsası yoxdur. Belə ki. tərəflər arasında mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı oğlıı ilə Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixində beh müqaviləsi imzalanmışdır. Həmin beh müqaviləsinin 1-ci maddəsinin şərtlərinə əsasən tərəflər 31 yanvar 2020-ci il tarixinə qədər ********* qeydiyyat nömrəli **********47-0631)1 reyestr nömrəli 20.06.2006-cı il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cəmi 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Qeyd etmək istəyir ki, müqavilənin predmetindən və tərəflərin qarşılıqlı razılığından da göründüyü kimi tərəflər ən gec 31 yanvar 2020-ci il tarixində alqı-satqı müqaviləsini imzalamalı, Cavabdeh özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsini razılaşdırılmış olan məbləğin ona ödənilməsi müqabilində iddiaçı X2 təhvil verməli idi. Ancaq maraqlı haldır ki, iddiaçı 31 yanvar 2020-ci il tarixində qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması üçün notariat orqanına gəlməmişdir. Onunla əlaqə saxlanıldığında qeyri-yaşayış sahəsini birlikdə almaq istədiyi şəriki ilə anlaşmazlıq olduğunu, alqı-satqı müqaviləsinin yaxın günlərdə bağlanacağını cavabdehə bildirmişdir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyri-yaşayış sahəsinin tarixi və mədəni əhəmiyyətli olması, bununla bağlı özgəninkiləşdirmə ilə bağlı müvafiq orqanlarıdan icazə alınması ilə əlaqədar qeyd etdiklərinin heç bir əsas yoxdur. Belə ki, hər nə qədər qeyri-yaşayış sahəsi İçərişəhər adlandırılan yerdə yerləşsə də, həmin qeyri-yaşayı sahəsi X5-Memarlıq Qoruğunun sahəsinə düşməməkdədir. Dolayısı ilə bunun üçün hər hansı bir orqandan icazə almağa ehtiyac da yox idi. Həmçinin iddia ərizəsində cavabdehin iddiaçı ilə danışıqlar zamanı vaxın qohumu ilə ciddi problemlər yaranması və özünün çətin durumda qalması və bir qədər gözləməsi ilə bağlı təvəqqe etdiyinə dair qeyd edilənlərin də əsası yoxdur. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehin özünün şəxsi mülkü olduğu üçün onun satışının hər hansı bir qohumu ilə probleminin olmasının qeyd edilən alqı-satqı əməliyyatına nə kimi aidiyyəti olduğu anlaşılmamaqdadır. Yəni tərəfin özünün mülkiyyətində olan əmlakına sərəncam ve məçi qohumu ilə olan münasibətlərin düzəlməsinə nə aidiyyəti ola bilərdi? O zaman ortaya haqlı olaraq bir sual çıxmaqdadır: Əgər qohumlarla hər hansı bir problem varsa, niyə o zaman 15-20 gün əvvəlcədən 50.000 manat məbləğində beh alınmaqdadır? İddia ərizəsində qeyd edilənlərin əsassızlığı ilə bağlı bir digər məqam mdan ibarətdir ki, İddiaçı sorğu ilə AR Ədliyyə Nazirliyinə müraciət etmiş, sorğuya verilən cavabda ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsin, dair 15.01.2020-ci il tarixdə ünvan 5tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat “Elektron notariat” informasiya sistemində aşkar olunmadığı ona bildirilmişdir. Bildirmək istəyir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilərək gözlənilmiş, iddiaçı özü də AR ədliyyə Nazirliyindən 20 fevral 2020-ci il tarixində 05/Q-22-13 saylı cavab məktubu almış, həmin məktubda qeyd edilən əmlakın özgəninkiləşdirilməməsi ilə bağlı qeydlə tanış olmuş, ondan sonra daşınmaz əmlakın alqı-satqısı üçün notariat orqanına gəlməmiş, həmçinin daşınmaz əmlakın alqısatqısının rəsmiləşdirilməsi üçün heç bir tədbir görməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi 23 iyul 2020-ci il tarixində özgəninkiləşdirilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2.500.000 (iki milyon beş yüz min) manata üçüncü şəxslərə özgəninkiləşdirilmişdir. Belə ki, beh müqaviləsinin bağlandığı tarixdən etibarən 6 aydan artıq bir müddət keçdikdən sonra beh müqaviləsi imzalanan tarixdə razılaşdırılmış olan məbləğdən (3.200.000 manat) 700.000 (yeddi yüz min) manat daha ucuz qiymətə satılmışdır. Bu isə birbaşa Cavabdeh həmin əmlakın satışı zamanı zərərə məruz qaldığına əyani sübut təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddənin tələblərindən də göründüyü kimi müqavi min icra edilməməsi üçün beh verən tərəf məsuliyyət daşıyırsa, o zaman mh, digər tərəfdə qalır. İşdə olan materiallardan da göründüyü kimi iddiaçı beh müqaviləsinin bağlandığı tarixdən 6 aydan artıq bir müddət keçmnəyinə baxmayaraq alqı-satqı müqaviləsinin bağlanması üçün niyə notariat orqanına gəlmədiyini əsaslandıra bilməmişdir. Həmçinin maraqlı olan haldır ki, 50.000 manat kimi yüksək bir məbləği ödəyən tərəf həmin məbləğin alınması üçün alqı-satqının aparıldığı dövrə qədər (23 iyul 2020-ci il tarixinə qədər) cavabdehə bir dəfə də olsun pretenziya (və ya xəbərdarlıq) xarakterli məktub göndərməmişdir. Sadəcə beh müqaviləsinin bağlandığı tarixdən 2 ilə yaxın bir müddət keçdikdən sorna həmin vəsaitin geri qaytarılması üçün pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Bunun özü İddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması üçün Cavabdeh notariat orqanına gəlməməsi ilə bağlı qeyd etdiklərinin əsassız olduğunu sübut edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 yanvar 2020-ci il tarixli Cavabdeh ilə İddiaçı arasında bağlanmış beh müqaviləsinin surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdəliyini götürür. “Beh verən” gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi “Beh alana” 50000 manat notariusun depozit hesabı vasitəsilə satıcıya ödəyir. İş materiallarında olan 22.10.2020-cı il, 16.11.2021-ci il tarixli pretenziyaların surətindən görünür ki, 15 yanvar 2020-ci ildə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair aramızda beh müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə Sizə tərəfimdən 50.000 (əlli min) manat ödənilmişdir. Müqavilə üzrə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixədək mənə satmağı (alqı-satqı müqaviləsini rəsmiləşdirməyi) öhdənizə götürsəniz də, sizə ünvanlanmış müraciətlərimə baxmayaraq, bu günədək həmin müqavilənin bağlanması üçün sənədləri notariat orqanına təqdim etməmisiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492-ci maddəsinə və Beh Müqaviləsinin 5-ci bəndinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Odur ki, bir daha müraciət edərək, 15 yanvar 2020-ci il tarixli beh müqaviləsi üzrə Sizə ödənilmiş 50.000 (əlli min) manat behin iki mislini, yəni 100.000 (bir yüz min) manat pulu 3 (üç) gün ərzində geri qaytarmağınızı tələb edirəm. Əks halda hüquqi müdafiə tədbirlərindən istifadə etmək məcburiyyətində qalacağımı nəzərə almağınız xahiş olunur. İş materiallarında olan 20.02.2020-ci il tarixli 05/Q-22-13 saylı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 15.01.2020-ci il tarixdə ünvan 5tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19.02.2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat «Elektron notariat» informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan məhkəmənin 04.05.2022-ci il tarixli sorğusuna əsasən Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş 23.07.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X7 oğlunun mülkiyyətinə verir. Məhkəmə iddia üzrə İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi tələbi və behin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması məqsədilə 50000 manat beh vermişdir. İddiaçı Cavabdeh 22.10.2020-cı il, 16.11.2021-ci il tarixli pretenziyalar göndərmiş, ödənilmiş 50.000 (əlli min) manat behin iki mislini, yəni 100.000 (bir yüz min) manat pulu 3 (üç) gün ərzində geri qaytarılmasını xahiş etmişdir. 20.02.2020-ci il tarixli 05/Q-22-13 saylı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 15.01.2020-ci il tarixdə ünvan 5tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19.02.2020ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat «Elektron notariat» informasiya sistemində aşkar olunmamışdır. 04.05.2022-ci il tarixli sorğusuna əsasən Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş 23.07.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X7 oğlunun mülkiyyətinə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı muqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində muəyyənləşdirilmiş pul məbləğini (qiyməti) odəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi, Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki işin araşdırılması zamanı iş üzrə təqdim edilmiş sübutlarla mübahisəli qeyri-yaşayış sahəsinin tarixi və mədəni əhəmiyyətli olması müəyyən edilməmişdir. İkinci bir tərəfdən məhkəmə əmlakın girovdan azad edilməsindən ötrü cavabdehin iddiaçıdan vaxt istəməsi ilə bağlı iddia tələbinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki işdə olan 23 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin 4-cü bəndindən göründüyü kimi ipoteka saxlayan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış binasının satılmasına və ipotekadan azad olunmasına razılıq vermişdir. Belə olan təqdirdə isə məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak satılan anda girovdan azad edilməklə, özgəninkiləşdirilmişdir. Həmçinin də məhkəmə bildirir ki, mübahisəli beh müqaviləsinin 1-ci maddəsinin şərtlərinə əsasən tərəflər 31 yanvar 2020-ci il tarixinə qədər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cəmi 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Belə olan halda isə beh müqaviləsinin qüvvədə olduğu təxminən 1 aylıq müddətində müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı beh müqaviləsinin bağlandığı tarixdən iki ildən çox müddət keçdikdən sonra həmin vəsaitin geri qaytarılması üçün pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı (“beh verən”) bu razılaşmanı pozmuş və daşınmaz əmlakın alqı-satqısı üçün notariat kontoruna gəlməmişdir. Bundan sonra cavabdeh həmin müqavilədən 6 ay sonra mübahisəli qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır. Beləliklə işin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı həmin müqavilənin şərtlərini pozaraq alqı-satqı müqaviləsini beh müqaviləsində göstərilən 31 yanvar 2020-ci il tarixinə qədər bağlamaq üçün lazımi hərəkətlər etməmiş, nəticədə cavabdeh həmin əmlakı başqa şəxsə satmışdır. Belə ki, əmlak özgəninkiləşdirildikdən sonra tərəflər arasında hər hansı hüquqi münasibətlər qalmayıb. Bu səbəbdən də məhkəmə qeyd edir ki, mövcud olmayan hüquq münasibətlərinin ləğvindən də söhbət gedə bilməz. Üstəlik əqd üzrə lazımi hüquqi hərəkətlər 31.01.2020-ci il tarixədək icra edilməli olduğu halda, iddiaçı bunu etməmiş, iddiaçı tərəfindən müqavilənin şərtləri pozulmuş və tərəflər arasında mövcud olmuş münasibətlər artıq davam etmədiyi üçün müqavilənin ləğvi üçün əsaslar da qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun, notariat xərcinin və hüquqi yardım üçün ödənilmiş haqqın müvafiq olaraq iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar