Məhkəmə qərarları › İş №2(005)-5711/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5711/2021

23.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5711/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, CavabdehSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı CavabdehSC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehSC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu saylı Notariat ofisində 8İ-7529 nömrəli 22.07.2-0121-ci il tarixli icra qeydinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu 1 saylı Notariat ofisində 8İ- 7529 nömrəli 22.07.2-0121-ci il tarixli icra qeydi üzrə ondan cəmi 4532,10 manat məbləğində borc pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar Cavabdeh ASC-nin hesabına tutulması müəyyən edilmişdir. Həmin icra qeydini Xaçmaz rayon İcra və Probasiya şöbəsindən 11.08.2021-ci il tarixdə almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o Cavabdeh ASC-nin Xaçmaz filialına borcunun bir hissəsini ödəmişdir. Lakin onun banka ödənişləri nəzərə alınmadan icra qeydi verilmişdir. Ona görə də icra qeydi ilə razı deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı X1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. CavabdehSC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyək, iddianın əsassız olduğunu bildirdi, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda CavabdehSC-nin nümayəndəsi tərəfindən göndərilmiş 07.09.2021-ci il tarixli etiraz ərizəsində qeyd edilir ki, icra qeydinin ləğvi Banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da gecikdirilmiş kredit borcuna qismən ödəniş etməklə, öhdəliyi icra etmiş sayılır və s. onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər, bu yalnış fikir mülahizəsidir. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə onda nəticə etibarilə icra qeydi də ləğv edilə bilər. İcra qeydi də ləğv edilə bilər. Digər tərəfdən iddiaçı, iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir əsas göstərməmişdir. İddia ərizəsinə əsasən aydın olur ki, iddiaçının narazılğı icra qeydindən və onun çıxarılması prosedurundan yox, həmin icra qeydi çıxarılmadan öncə kredit borcundan ödədiyi hissəvi ödənişlərdir ki, yanaşması belə olan halda bank tələbkar olaraq icra qeydinin çıxarılması üçün müraciət etməməli idi. Bu əsasa görə isə notariusun icra qeydi ləğv edilə bilməz. “Notariat haqqında” qanuna əsasən icra qeydi borcun mübahisəsiz olduğu halda çıxarılır. Sözügedən icra qeydində borcun olması iddiaçı tərəfindən mübahisələndirilməmişdir və belə demək olarsa qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi məqam borcun məbləği yəni əsas və faiz borcunun məbləğidir. Borc və borcun məbləği ayrı-ayrı anlayışlardır. Borcun olmasını iddiaçı öz iddia ərizəsi ilə artıq etiraf etmişdir. Borcun olması faktına görə də icra qeydi bununla bağlı “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişlər. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbəmaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: 14.06.2021-ci il tarixli CavabdehSC tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qeyd edilir k, İddiaçı 11.07.2019 tarixli, № FR/21309/70/19 saylı, borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənədlər)- mövcuddur. Həmin sənədə görə 60 ay müddətinə, illik 1 faiz olmaqla 5023.69 Azərbaycan manatı məbləğində kredit götürmüş və öhdəliyi yaranmışdır. 11.12.2020 tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində 14.06.2021 tarixinə 11.07.2019 tarixli, № FR/21309/70/19 saylı sənəddən irəli gələrək 4566.38 AZN əsas, 11.17 AZN faiz, 0 AZN cərimə borcu İddiaçı tərəfindən ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 11.07.2019 tarixli, № FR/21309/70/19 saylı kredit müqaviləsinə əsasən borc verən Cavabdeh SC borcalan İddiaçı 60 ay müddətinə, illik 1 faiz olmaqla 5023.69 Azərbaycan manatı məbləğində kreditt vermiş, borc alan krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən borcalana 14.06.2021-ci il tarixdə bildiriş göndərilərək öhdəliyin lazımınca icra edilməməsi nəticəsində 14.06.2021 tarixinə İddiaçı 11.07.2019 tarixli, № FR/21309/70/19 saylı sənəddən irəli gələrək 4566.38 AZN əsas, 11.17 AZN faiz, 0 AZN cərimə borcunun olduğu, bu səbəbdən də borcun ödənilməsi xahiş edilmiş, notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat verilmişdir. İddiaçı bildirir ki, onun banka ödənişləri nəzərə alınmadan icra qeydi verildiyindən icra qeydi ilə razı deyildir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçı X3 üzərinə düşür. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını CavabdehSC-dən icra qeydinin ləğv edilməsini tələb edilməsi təşkil edir. Məhkəmə onu qeyd edir ki, iddiaçının “icra qeydinin ləğvi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə qeyd edir ki, icra qeydinin ləğvi ilə bağlı iddia tələbi icra qeydini həyata keçirən notariat orqanına qarşı irəli sürülməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsinin təklif edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə, İddiaçı iddia ərizəsinə məhz onun verdiyi tələblər üzrə baxmağı əsaslı hesab etmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, icra qeydi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Cavabdeh ASC tərəfindən 14.06.2021-ci il tarixdə İddiaçı xəbərnaməli poçtla bildiriş göndərilmiş, həmin bildiriş 3 dəfə ünvan sahibinə çatdırılmağa cəhd edilsə də bu mümkün olmamış, nəhayət borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən Notarius 22.07.2021-ci il tarixdə icra qeydi vermişdir. Məhkəmə yekun olaraq hesab edir ki,İddiaçı CavabdehSC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı CavabdehSC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar