Məhkəmə qərarları › İş №2(005)-578/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-578/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-578/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs X1rşı “qiymətləndirmənin yekun göstəricisinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs X1rşı “qiymətləndirmənin yekun göstəricisinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, 2520/2522-ci məhəllə, Nəsimi küçəsi, ev 32E, 62 nömrəli mənzilin qiymətləndirilməsinə dair xx xxxxxx 2017-ci il tarixli aktın yekun göstəricisinin və həmin göstəriciyə əsasən Cavabdeh3 tərəfindən keçirilən məcburi icra tədbirlərinin, o cümlədən hərracın dayandırılması, hərracın və onun nəticələrinin ləğv edilməsi, həmin mənzilin qiymətləndirilməsinə dair təkar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçının məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onların iştirakları olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs X1rşı “qiymətləndirmənin yekun göstəricisinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar