Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5801/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh Məmmədova (Əliyeva) Sənay İltimas qızına qarşı “azyaşlı uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına qadağan qoyulması barədə” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Məmmədova (Əliyeva) Sənay İltimas qızına qarşı “azyaşlı uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına qadağan qoyulması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Əliyeva) Sənay İltimas qızının və yaxın qohumlarının nəvəsi olan 22.09.2016-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına qadağan qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. İddia ərizəsindən görünür ki, cavabdeh Məmmədova (Əliyeva) Sənay İltimas qızının və yaxın qohumlarının nəvəsi olan 22.09.2016-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına qadağan qoyulmasını xahiş edir. Hesab edirəm ki, qeyd olunan tələbə iddia icraatı qaydasında baxılması mümkün deyil. Hazırki mübahisəli məsələ “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarla əlaqədardır. Belə ki, həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM– nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırki mübahisəli məsələ icra icraatı çərçivəsində həll edilməli məsələ olduğundan müvafiq tədbirlərin görülməsi icra məmurunun təqdimatı əsasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı cavabdeh Məmmədova (Əliyeva) Sənay İltimas qızına qarşı “azyaşlı uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına qadağan qoyulması barədə” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5801/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5801/2021
09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver