Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-581/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ““əmək haqqı, son haqq-və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi”” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də işlədiyi xx.xx.2015-ci ildən - xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin, xx.xx.2023-cü ildən - xx.xx.2023-cü ilədək 06 aylıq müddət üzrə ödənilməmiş əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin cavabdeh “X3 Company” MMC-nin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ******* nörməli, xx.xx.2008-ci il tarixli əmək kitabçasına əsasən 15.08 2008-ci il tarixli. 27 nömrəli əmrlə "İmpresa SpA şirkətindən mühəndis vəzifəsinə təyin edilmiş,xx.xx.2012-ci il tarixli nömrəsiz əmrə əsasən Əmək Məcəlləsinin 68.2 "a və 69-cu maddəsinə əsasən vəzifədən azad edilmişdir.Daha sonra 19.06 2012-ci il tarixli, 334 nömrəli əmrə əsasən "Akkord Sənaye tikinti İnvestisiya Korparasiyassı ASC-nin Şəmkir Su və Kanalizasiya tikinti layihəsinə material mühəndisi vəzifəsinə qəbul edilmiş,xx.xx.2014-cü il tarixli əmrlə vəzifəsi dəyişdirilməklə Departamentə mühəndis vəzifəsinə keçirilmişdir.xx.xx.2015-ci tarixli 541 nömrəli əmrlə Əmək Məcəlləsinin 68 maddəsinin 2 "a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş,xx.xx.2015-ci il tarixli, 02 nömrəli əmrlə “X4 Company” MMC-nin Şəmkir Su təchizatı və kanalizasiya sisteminə böyük mühəndis vəzifəsinə qəbul edilmişdir.Bundan sonra xx.xx.2017-ci il tarixli, 15 nömrəli əmrlə Şəmkir su təchizatı və kanalizasiya sismetinin yenidən qurulması və layihəsinə sahə rəisi vəzifəsinə keçirilmiş,xx.xx.2021 -ci il tarixli, 70 nömrəli əmrlə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.xx.xx.2021-ci il tarixli, 72 nömrəli əmrlə “X3 Company" MMC-yə sahə rəisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2023-cü il tarixli, 163 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2"a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.2023-cü il tarixli, 1076 nömrəli əmrlə "xxxx" MMC-yə inşaat sahəsinə materail mühəndisi vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işlədiyini qeyd edib. Hazırki mübahisə cavabdeh "X3 Company" MMC tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməməsı ilə əlaqədardır. Belə ki,cavabdeh təşkilat 2022-ci ilin may ayından başlamaqla əmək haqqının ödənilməsini dayandırmış, sonrakı aylarda bir neçə aydan bir olmaqla əmək haqqının hansısa hissəsini ödəmiş, lakin ödənilmiş əmək haqqının hansı ay və yaxud aylar üzrə olduğu məlum deyil.Əmək haqqının ardıcıl və tam olaraq ödənilməməsi ödənilməmiş əmək haqqı miqdarının hesablanmasını mümkünsüz edir.Cavabdeh təşkilat əmək münasibətində olduğu, həmçinin ondan sonrakı dövrdə əmək haqqının ödəniləcəyini vəd etsə də vədinə əməl etməmişdir.Eyni zamanda əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilərkən son haqqhesabın hesablanmaqla ödənilməsi də təmin edilməlidir, lakin cavabdeh həmin qaydalara da əməl etməyərək son haqq-hesabın ödənilməsini təmin etməmişdir. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, ona Cavabdeh tərəfindən 2023cü il oktyabr ayından sonra ödəniş edilməyib, 2023-cü ilin may ayından sonra ödəmələrdə gecikdirmələr baş verib, əmək haqqının ardıcıl və vaxtında ödənilməsi təmin edilməyib. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmasan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir Mülki işin materialları - İş materiallarında olan,0015966 nömrəli,xx.xx.2008-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 02 nömrəli əmrlə Cavabdeh MMC-nin Şəmkir Su təchizatı və kanalizasiya sisteminə böyük mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixli, 15 nömrəli əmrlə Şəmkir su təchizatı və kanalizasiya sismetinin yenidən qurulması və layihəsinə sahə rəisi vəzifəsinə keçirilmiş,xx.xx.2021 -ci il tarixli, 70 nömrəli əmrlə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş,xx.xx.2021-ci il tarixli, 72 nömrəli əmrlə “X2 Company" MMCyə sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, 163 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2"a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.xx.xx.2023-cü il tarixli, 1076 nömrəli əmrlə "xxxx" MMC-yə inşaat sahəsinə material mühəndisi vəzifəsinə təyin edilmişdir. - İş materiallarında olan, "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti 03 aprel 2025-ci il tarixli 01A nömrəli arayışa əsasən, xx.xx.2023-cü il tarixədək "X1 Company" MMC-də sahə rəisi vəzifəsində çalışmışdır və İddiaçı "X1 Company" MMC tərəfindən 2023-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək 20.283,07 manat (iyirmi min iki yüz səksən üç manat 07 qəpik) siyahısı 2022-ci il mart ayından 2023-cü ilin oktyabr ayına qədər əmək haqqı borcu yaranmışdır. Arayışda hər ay üzrə ödənilməmiş əmək haqqı o cümlədən 2023-cü ilin oktyabr ayında əmək haqqı ilə yanaşı son haqq-hesabın da ödənilmədiyi göstərilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli,MŞB/2-01035 nömrəli arayışa əsasən,ilkin mediasiya sesiyasında İddiaçı iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 51 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 1 57.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
İşə baxan məhkəmənin mövqeyi
Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Beləliklə,qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Mülki işin materialarında olan sənədlərdən, o cümlədən cavabdeh tərəfindən tərtib edilərək iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçıya 2023-cü ilin mart ayından başlayaraq 2023-cü oktyabr ayına qədər ümumilikdə 20283,07 manat məbləğində əmək haqqı və son haqq- hesab ödənilməmişdir. Göründüyü kimi, cavabdehin arayışı ilə iddiaçının iddiasının “ödəniməmiş əmək haqqının ödənilməsi” hissəsində əsaslı olduğu aydın olur. Belə olan təqdirdə iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh “X2 Company MMC”-dən 20283,07 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən 2023-cü ilin may ayından başlayaraq ona əmək haqqının ödənilmədiyini bildirsə də, "xxxx" ASC (LPO) tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçının hesabına 2023-cü ilin may ayında 1900, iyul ayında 1900 manat məbləğində əmək haqqı ödənişi olmuşdur. Digər tərəfdən cavabdeh özü 2023-cü ilin fevral ayından başlayaraq əmək haqqının gecikdirildiyini etiraf edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əmək haqqının iddiaçının hesabına keçirildiyi 16 mart 2023-cü il tarixdə başlayaraq, əmək haqqının bir faizi məbləğində ödənc cavabdeh “X2 Company MMC” tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəm onu da qeyd edir ki, əmək haqqı mübahisələri ilə bağlı tələblər dövlət rüsumundan azadl olunduğuna baxmayaraq, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki həmin məbləğ iddiaçıya qaytarılmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddia təmin edilsin. Cavabdeh X2 Company” MMC-dən İddiaçı xeyrinə 2023-cü ilin mart ayından 2023cü ilin oktyabr ayınadək ödənilməmiş 20283,07 (iyirmi min iki yüz səksən üç manat yeddi qəpik) məbləğində əmək haqqı və 16 mart 2023-cü ildən başlayaraq əmək haqqının ödənildiyi günədək (faktiki hesablaşma günü daxil olmaqla) hər gecikdirilmiş gün üçün aylıq əmək haqqının bir faiz məbləğində ödənc hesablanmaqla tutulsun. İddiaçı tərəfinddən ödənilmiş 51 manat məbləğində dövlət rüsumu (qəbz no:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Mehriban Əfəndizadə