Məhkəmə qərarları › İş №2(005)-602/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-602/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-602/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının yanında Övladlığa götürmə, qəyyumluq və himayə Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “uşağın onun himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın onun himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 onun yanında saxlanılması və Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq birgə yaşamışdır. Ailə qurduqdan sonra xx xxxxx 2015-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətlər pozulmuş və hazırda cavabdehlə aralarındakı ər-arvad münasibətləri kəsilmişdir. Tərəflər arasındakı ailə münasibəti formal xarakter daşıyır. Gələcəkdə ər-arvad kimi birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkündür. Münasibətləri pozulduğu vaxtdan cavabdeh iddiaçıya birgə nikahdan olan uşağın saxlanması üçün maddi yardım etmir. İddiaçı isə təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkdiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə rəsmi nikahda olmamışlar, lakin uşağın atası Cavabdehdur. Uşağın ana olaraq özünün himayəsinə verilməsini, cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmasını istəyir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı “Asan xidmət” mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il tarixdə Laçın rayonu, Xırmanlı kəndində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 270183 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 23.05.201-ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 508227 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı “X4 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyanın xx.xx.2021-ci il tarixli, 1/7 saylı məktubla daxil olmuş rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması X4 hüquq və mənafeyinə uyğun hesab edilmişdir; Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 atasıdır.. Uşaq hazırda iddiaçının yanında qalır. İddiaçı uşağın onun himayəsinə verilməsi və aliment barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabeh iddia tələbinə dair müünasibət bildirməmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı “X4 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyanın rəyinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması X4 hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 48-ci maddəsinə əsasən, Bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə eyni zamanda, tərəflərin faktiki nikahından olmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 valideynlərindən hansının yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məsələlərini həll edərkən müəyyən edilmişdir ki, iddiaçı uşağın onun yanında saxlanılmasını tələb edir, uşağın ananın yanında saxlanılması onun hüquq və mənafeynə zidd deyil. ddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə iddiaçının uşağın onun himayəsinə verilməsi barədə tələbini, uşağın artıq iddiaçı ilə yaşamasını, habelə uşağın təvəllüdünü və digər diqqətəlayıq halları nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 anası (iddiaçı) İddiaçı yanında qalmalıdır. Bununla bağlı məhkəmə tərəflərin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 valideynlərindən hansının yanında qalmasının onların mənafeyinə uyğun olmasına dair rəyin verilməsi üçün mülki işi Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı “X4 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyana göndərmiş və komissiyanın rəyinə əsasən tərəflərin faktiki nikahından olmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 anası İddiaçı ilə qalmaları X4 hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, tərəflərin maddi və ailə vəziyyətini, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia tələbi alimentin tutulması hissəsində də təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2020-ci il tarixdən etibarən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 İddiaçı yanında qalmalı, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği məhkəməyə müraciət edildiyi, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməli, dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçı (anası) İddiaçı yanında qalsın. xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar