Məhkəmə qərarları › İş №2(005)-634/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-634/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-634/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X2 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka predmetinə yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka predmetinə yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi, **********32-10301 olan DƏDRX-dən verilmiş çıxarışa əsasən ona məxsus olan 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184.9 kv.m yaşayış sahəsi, 100.5 kv.m yardımçı sahəsi 84.4 kv.m olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 E saylı, 5 (beş) otaqlı fərdi yaşayış evinin və 19 dekabr 2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi, **********31-10301 olan DƏDRX-dən verilmiş çıxarışa əsasən ona məxsus olan 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184.9 kv.m, yaşayış sahəsi 100.5 kv.m, yardımçı sahə 84.4 kv.m olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. 3-cü yaşayış massivində yerləşən 2181 İİ saylı, 5 (beş) otaqlı fərdi yaşayış evinin qeydə alınmasına dair bildirişlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh X2 vəkili X8 məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirdi və barışıq sazişini imzalayaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ipoteka predmetinə yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X7 arasında 06 may 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İddiaçı öhdəlikləri:

1. İddiaçı 2(005)-634/2021 saylı mülki iş üzrə iddia tələbindən imtina edir. X7 ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 13 dekabr 2014-cü il tarixli, reyestr nömrəsi 3M-954 olan ipoteka müqaviləsinə əsasən İddiaçı 13 dekabr 2014-cü il tarixli, reyestr nömrəsi 3M-950 olan kredit müqaviləsinin təminatı kimi ona məxsus 0,003 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 100,5 kv.m, yardımçı sahə 84,4 kv.m olan və Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 H saylı, 5 (beş) otaqlı fərdi yaşayış evi X2 xeyrinə ipotekaya qoyulmuş və 200.000 manat məbləğində qiymətləndirilmiş evi könüllü qaydada X2 xeyrinə imtina edir və həmin evi heç bir mübahisə etmədən ipoteka saxlayan X2 mülkiyyətinə rəsmiiəşdirlməsinə razılıq verir.

2. X7 ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 13 dekabr 2014-cü il tarixli, reyestr nömrəsi 3M-954 olan ipoteka müqaviləsinə əsasən İddiaçı 13 dekabr 2014-cü il tarixli, reyestr nömrəsi 3M-949 olan kredit müqaviləsinin təminatı kimi ona məxsus 0,003 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 100,5 kv.m, yardımçı sahə 84,4 kv.m olan və Bakı şəhəri, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 2181 E saylı, 5 (beş) otaqlı fərdi yaşayış evi X2 xeyrinə ipotekaya qoyulmuş və 200.000 manat məbləğində qiymətləndirilmiş evi könüllü qaydada X2 xeyrinə imtina edir.

X2 öhdəlikləri:

3. X7 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan X2 cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi'' barədə iddia tələbindən imtina edir və işin icraatına xitam verilməsinə dair ərizə iiə məhkəməyə müraciət edir.

4. X1 İlqar Rəcəb oğlunun barəsində müvafiq dövlət və ya qeyri-dövlət orqanlarına həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran hər hansı müraciətlər (şikayət, ərizə və s.) etməmək.

5. Tərəflər bu Sazişin şərtlərini icra etdikdən sonra, gəldcəkdə bu Sazişnin 1.1-ci bəndində göstərilən mübahisə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəkiərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Əgər tərəflərdən hər hansı biri bu öhdəliyə əməl etməzsə və məhkəməyə müraciət edərsə bu zaman digər tərəf işin icraatına xitam verilməsini tələb etmək hüququna malik olur. İddiaçı cavabdehlər X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ipoteka predmetinə yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsitələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin.

Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar