Məhkəmə qərarları › İş №2(005)-644/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-644/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-644/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X12 Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı X4, Cavabdeh ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kredit öhdəliyindən kənar ödədiyi 6668 (altı min altı yüz altmış səkkiz) manatın, həmin vəsaitin 25 may 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək olan dövr üzrə faizi olan 222 (iki yüz iyirmi iki) manatın, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olan 3000 (üç min) manatın, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 119 (bir yüz on doqquz) manatın Cavabdeh ASC-nin hesabından tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o cavabdehlə 28 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsi üzrə cəmi 3593 manat ödəniş etmişdir. Lakin cavabdehin əməkdaşları 2022-ci ilin yanvar ayından etibarən ona mütəmadi olaraq zəng edib hədə-qorxu gələrək onun cavabdehə əlavə olaraq 20575 manat borcu olduğunu, bu borcu ödəmədiyi təqdirdə mülkiyyətində olan ipotekaya qoyduğu mənzili açıq hərracda ucuz qiymətə satılmasını təşkil edəcəklərini bildirirdilər. O da qorxuya düşərək ünvan 1 ünvanda yerləşən mənzilini ünvan 2ladığı alqı-satqı müqaviləsinə əsasən bazar qiymətindən aşağı qiymətə satdı və həmin alqı-satqıdan əldə etdiyi pul vəsaiti hesabına 25 may 2022-ci il tarixdə cavabdehin bank hesabına 20575 manat pul köçürdü. Həmin vaxtdan sonra yaşlı və xəstə anasıyla birlikdə kirayədə yaşamağa başladı. Daha sonra araşdırdı ki, cavabdehin əməkdaşları onu aldatmışlar, cavabdehin Baş İdarəsinə müraciət edərək 23 sentyabr 2022-ci tarixli arayış aldı, həmin arayışa əsasən onun 28 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə (məbləği 17500) cavabdeh qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur. Bundan sonra dəfələrlə cavabdehə müraciət edərək kredit öhdəliyindən kənar ödədiyi vəsaitin ona qaytarılmasını tələb etsə də, cavabdeh həmin pulun qaytarılmasından imtina etmişdir. Odur ki, kredit öhdəliyindən kənar ödədiyi 6668 (3593 + 20575 - 17500) manat vəsait cavabdehin hesabından tutularaq onun xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdən etibarən Mərkəzi Bankın uçot faiz dərəcəsi illik 8 %-dir. 25 may 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək olan 5 aylıq müddət ərzində faiz üzrə 6688/100*8/12*5 = 222 manat ona ödənilməlidir. 30.09 2022-ci il tarixli ərizə cavabdehə müraciət etmişdir. Nəhayət, pulun ona qaytarılmasından imtina edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ona təqdim olunduqdan sonra o böyük stress, izdirab, sarsıntı və gərginlik keçirdi və həkimə müraciət etdi. Həkim tərəfindən ona əsəb, stress və yuxusuzluq diaqnozu təyin olundu. Beləliklə, ona dəymiş mənəvi zərərin əvəzi 3000 manat olaraq qiymətdirilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X13 ekpert rəyini müdafiə etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 27 iyun 2018-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit sazişindən görünür ki, X11 ilə Cavabdeh ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 21.5% hesablanmaqla 2286 manat məbləğində kredit xətti açmağı, borc alan isə müəyyən olunmuş qrafik əsasında kredit məbləğini və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. - 27 iyun 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X11 ilə Cavabdeh ASC arasında müqavilə bağlanmış, ydərbəyova Səbinə Zaur qızına məxsus ünvan 3 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, X11 Cavabdeh ASC-nin hesabına 337 manat və 660 manat manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X11 Cavabdeh ASC-nin hesabına 50 manat manat ödəniş etmişdir. - 1075 nömrəli qəbzdən görünür ki, X11 Cavabdeh ASC-nin hesabına 276 manat ödəniş etmişdir. - xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, X11 Cavabdeh ASC-nin hesabına 300 manat və 350 manat manat ödəniş etmişdir. - xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, X11 Cavabdeh ASC-nin hesabına 100 manat və 400 manat manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, X11 Cavabdeh ASC-nin hesabına cəmi 400 manat manat ödəniş etmişdir. - 26 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X11 Cavabdeh ASC-nin hesabına 107 manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X11 ünvan 3 ünvanında yerləşən mənzili X1. - Cavabdeh ASC-nin arayışından görünür ki, X4 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi (məbləğ-17500 manat) üzrə Cavabdeh ASC qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur. - 25 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə X4 hesabına 20.575,01 manat pul köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X11 Cavabdeh ASC-yə müraciət edərək, artıq ödənilmiş pulun ona qaytarılmasını xahiş etmişdir. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, MK/584887/77/4 saylı kredit müqaviləsiyə əsasən 17500 manat məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. - AR SN X3 görünür ki, X7 astma-nevrotik sindromu diaqnozu qoyulmuşdur. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1125 nömrəli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və X11 ilə Cavabdeh ASC arasında 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X4 xx.xx.2022-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 17123,16 manat, faiz borcu üzrə 3480,74 manat, X11 ilə Cavabdeh ASC arasında 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsinə əsasən hesabdan çıxarış məlumatlarında xx.xx.2022-ci tarixdə 20.757.01 manat məbləğində ödəniş olunması, həmin məbləğin bank tərəfindən 3461.42 manatını faiz məbləğindən, 17123,58 manatını əsas məbləğdən silinməsi müəyyən edilir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5889/2023nömrəli rəyindən görünür ki, X11 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi şərtlərinə müvafiq olaraq X4 xx.xx.2022-ci il tarixə (arayışın tarixinə) Cavabdeh ASC-yə 988,74 manat məbləğində artıq ödənişi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixdə MK/584887/77/4 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh ASC-nin arayışından görünür ki, X4 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi (məbləğ-17500 manat) üzrə Cavabdeh ASC qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur. Eyni zamanda AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5889/2023nömrəli rəyindən görünür ki, X11 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi şərtlərinə müvafiq olaraq X4 xx.xx.2022-ci il tarixə (arayışın tarixinə) Cavabdeh ASC-yə 988,74 manat məbləğində artıq ödəniş edilmişdir. Məhkəmə ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1125 nömrəli rəyində iddiaçının kredit müqaviləsi üzrə əlavə pul məbləği ödəyibödəməməsi məsələsinə qiymət verilmədiyindən, məhz bu səbəbdən məhkəmə tərəfindən təkrar ekspertizanın təyin edilməsi barədə Qərardad qəbul edilmiş, xx.xx.2023-cü il tarixli 9/5889/2023 nömrəli rəy ilə iddiaçı tərəfindən 998,74 manat məbləğində pulun artıq ödənilməsi müəyyən edilmişdir. Belə olan təqdirdə həmin rəy əsas götürülməli və iddia tələbi 6668 manat kredit öhdəliyindən artıq ödənilmiş pulun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 998,74 manat məbləğində pul tutularaq ödənilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən məhkəmə iclasında rəyi müdafiə edərək sualları cavablandırmış ekspertin izahatlarını, eləcə də araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərin ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən ekspert rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Bundan başqa məhkəmə, iddia tələbinin həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 8% hesablanmaqla 25 may 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək olan dövr üzrə 222 manat faiz borcunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəlləni 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı X11 AR Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad edərək cavabdehdən pul məbləğinin tutulmasını tələb etmək hüququna malik deyildir. Belə ki, AR MM-nin müvafiq maddələrinin dispozisiyasından görünür ki, gecikdirilmiş vaxt üçün pul kreditor tərəfindən borclu öhdəliyin icrasını gecikdirdikdə tələb edilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə tələb edilə bilər. Hazırki mübahisə üzrə isə tələb cavabdeh tərəfindən hər hansı öhdəliyin icra edilməməsi, və ya iddiaçının pul vəsaitinin qanunsuz şəkildə saxlanılması və ya ondan faydalanması deyil, əsassız hesablanmış borc məbləğinin silinməsindən ibarətdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçının pul məbləğinin qanunsuz şəkildə saxlanılması, faydalanması və s. kimi əməllərə yol verməsini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, mənəvi zərərlə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən və əsaslar olmadığından iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41- ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 119 manat dövlət rüsumunun cavabdehdən iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 12 manatı iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu səbəbdən də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat ekspertiza xərcinin 75 manatı X2, 75 manatı isə Cavabdeh ASC-dən tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bank of Baku” ASC-dən iddiaçının xeyrinə kredit öhdəliyindən kənar ödənilmiş 988,74 manat pul tutulmalıdır. İddia tələbi qaln hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Bank of Baku” ASC-dən iddiaçı X4 xeyrinə 988,74 (doqquz yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat pul tutulsun. İddia üçün ödənilmiş 119 manat dövlət rüsumunun 12 manatı Cavabdeh ASC-dən iddiaçı X4 xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatları üçün ödənilmiş 150 manat ekspertiza xərcinin 75 manatı X2, 75 manatı isə Cavabdeh ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar