Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-651/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi, İlk iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Günel Ələsgər qızına qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair ilk, (Bayramova) Günel Ələsgər qızının İddiaçı qarşı qızıl-zinət və cehiz əşyaların təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Günel Ələsgər qızına qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan N ünvanında olan 2 yerli taxt dömək - N ədəd; uşaq çarpayısı döşəklə - N ədəd; güzgülü termo - N ədəd; paltar dolabı N ədəd; Məişət soyuducusu N ədəd; paltaryuyan maşın - N ədəd; televizor (LG) - N ədəd; qonaq masası - N ədəd; yumşaq stul - 5 ədəd; xalça (böyük) - N ədəd; xalça (balaca) - 2 ədəd; çilçıraq - N ədəd; telefon aparatı -N ədəd; paltar ütüsü - N ədəd; saç ütüsü - N ədəd; uşaq velosipedi - N ədəd; gündəlik istifadə olunan qab-qacaq çəngəl, qaşıq; Ailə TV aparatı - N ədəd; gündəlik istifadə olunan yorğan döşək; köhnə (istifadə olunmuş) uşaq paltarları; 3-cü sinifə aid olan bir neçə kitab və dəftər olmaqla qeyd edilən əşyaların Günel Ələsgər qızına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Nikahın pozulması, uşaqların atalarının himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə 25 yanvar 20N3-cü ildə bağlanmış nikahın pozulması, N8 mart 20N3-cü il tarixdə anadan olmuş XN, N5 noyabr 20N6-cı il tarixdə anadan olmuş X2 və N7 noyabr 20N7-ci il tarixdə anadan olmuş X3 onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan 2(005)-3509/202N nömrəli mülki işə baxaraq X4 ilə 25 yanvar 20N3-CÜ il tarixdə Ağstafa rayon Saloğlu qəsəbəsi icra nümayəndəliyi tərəfindən qeydə alınmış və 02 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasını qət etmişdir. Nikah pozulana kimi İddiaçı və cavabdeh uşaqlarla birlikdə Nərimanov rayon N saylı hərbi hissənin ərazisində yerləşən on iki mərtəbəli binanın 20 nömrəli mənzilində yaşamışlar. Keçmiş həyat yoldaşının da gətirdiyi cehiz əşyaları da həmin mənzilə yerləşdirilmişdi. Nikah pozulduqdan sonra İddiaçı həmin mənzildən çıxmaq üçün ərizə ilə hərbi hissənin komandirinə müraciət etdi. Lakin cavabdeh həmin ünvanda yerləşən mənzili təhvil vermədən yaşamağı davam etdirdi. Lakin müəyyən vaxtdan sonra cavabdehin mənzili hərbi hissəyə təhvil verilməsinə məcbur edildi. Cavabdeh sözü gedən mənzildən çıxdıqdan sonra cehiz əmlaklarını həmin mənzildən çıxartmadı. Hərbi hissənin komandiri tərəfindən komissiya təşkil olunaraq həmin cehiz əmlakları xx.xx.2022-ci il tarixində akt tərtib olunaraq İddiaçı təhvil verildi. Təhvil aldığı əşya və avadanlıqları Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvana gətirdi. Cavabdehə dəfələrlə əşyalarının götürülməsi barədə müraciət etsə də bunun bir köməyi olmadı. xx.xx.2022-ci il tarixində keçirilən mediasiya prosesində, əşyalarının götürülməsinə, məhkəmədə deyəcəyi çoxlu sözlər var deyərək etiraz etdi. Günel Ələsgər qızı İddiaçı qarşı qızıl-zinət və cehiz əşyaların təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, bir cüt qızıl sırğa, qızıl qolbağı, qızıl üzükdən ibarət brilyant komplekti-7000 manat; qızıl boyunbağı - N500 manat; kənarı qaşlı qızı üzük və tək qaşlı qızıl üzük - 400 manat; kreslo 2 ədəd - 700 manat; N ədəd masa və 6 ədəd oturacaq - N500 manat; servant, termosu və güzgüsü - 2000 manat; gülqabı, böyük vaza, vazalar 2 sayda və böyük xrustal Şamdan - N000 manat; çex istehsalı xrustal N2 stəkan N2 nəlbəki - 200 manat; vaz versaçi böyük 2, 6 rumkası ilə - N00 manat; yaşıl rəngli su qabı 6 ədəd rumkası ilə, 6 rumka ilə N xrustal qrafin - 300 manat; çay dəsti, yemək dəsti, kofe dəsti, birgə lepkalı qaşlı servis, qənd qabları xrustal 6 ədəd, rumkaları N2 ədəd - N500 manat; 6 nəfərlik yemək servisi Çexiya istehsalı, kül qabı xrustal - N00 manat; qaşıq, çəngəl, çay qaşığı güllü dəst - 200 manat; qazan dəsti 6 dənəlik - 200 manat; müxtəlif boşqablar 48 ədəd, çaşqa 24 4 cür dəst -N50 manat; böyük gül qabı güllü - N00 manat; mətbəx mebeli - N500 manat; televizor Samsung 82 dioqanal - 500 manat; Böyük buxar ütüsü 200 manat; bahalı pərdə 2 ədəd, yanları ile birlikdə -N000 manat; qoşa çarpayı üçün Türkiyə istehsalı üzlük və 2 ədəd örtük - 500 manat; yataq dəsti mebeli - 3000 manat; xalça 3 ədəd (5X3) - N000 manat; Dəsmal N2 ədəd 300 manat; çay dəsmalları 24 ədəd - N00 manat; N ədəd bahalı süfrə, 6 ədəd müxtəlif süfrələr 400 manat; yataq üçün tekstil dəsti 2 ədəd (versaçi) - 200 manat; 2 ədəd yataq üçün üzlük, məlofə və yastıq üzü 200 manat; Şəkillər, toy kaseti, USB flaşkart, disk; Qab-qacaq, soyuducu - 800 manat; Paltaryuyan, palitom- 700 manat; Yeni paltarım, yorğan, yastıq, 2 çamadan, mələfələr, örtük, yastıq üzü, dəsmallar, uşağın paltarları və ayaqqabıları, jaket, jilet, şalvar, palto, dublyonka, kaşelyok, kasmetika, döşək içində üzlük; mətbəx masası, telefon, paltar sərmək üçün vasitə, kitablalarını, dəftərlərim; şirəli qazan dəsti və şirəli vedrə - 400 manat; yorğan 3 ədəd, 5 yastıq, N ədəd N8 kqlıq döşək olmaqla qeyd edilən əşyaların, bu mümkün olmadıqda isə onların dəyərinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş N80 manat pulun cavabdehdən alınıb Günel Ələsgər qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Günel Ələsgər qızına qarşı iddia qaldıraraq Günel Ələsgər qızına məxsus cehiz əmlakın bir hissəsinin Günel Ələsgər qızına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O bildirir ki, həmin əşyaları ünvan N ünvanda saxlayır. Lakin Ruslan əşyaların hamısını qeyd etməyib və üstəlik qızıllarının bir qismini də özünə saxlayıb. Qeyd etdiyi əşyalar isə yalnız onun tərəfindən ünvan 3 ünvandan çıxarılıb ünvan N ünvana yerləşdirilən əşyalardır. Məsələ burasındadır ki, bundan əvvəl də Günel Ələsgər qızının əşyalarının əsas hissəsi ünvan N ünvandakı evinə yerləşdirilib, hansı ki, Ruslan həmin əşyaları siyahıda göstərməyib. Belə aydın olur ki, Ruslan həmin əmlakı, o cümlədən cehiz əşyalarını və qızıllarını mənimsəmək istəyir. Bu fakt sübut edir: N. Şəxsiyyət vəsiqəsi. 2. Fotoşəkillər. Daha sonra ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, ilkin iddia tələbində qeyd edilənlərdan başqa kreslo - 2 ədəd; servant - N ədəd; güzgülü kamot - N ədəd; xrüstal stəkanlar - N0 ədəd; vaza - 2 ədəd; rumkalar - 6 ədəd; su qabı və rumkalar - 7 ədəd; qrafin stəkanları ilə - 7 ədəd; dəm çayniki - N ədəd; çay dəsti, yemək dəsti, kofe dəsti, qaşlı serviz - 4 dəst; xrüstal duz qabı - 6 ədəd; xrüstal kül qabı - N ədəd; qəndqabı - N ədəd; gül naxışlı çəngəl, bıçaq və qaşıqlar - N dəst; kiçik ölçüdə xalça - N ədəd; versaki loqosu olan yataq örtük dəsti - N ədəd; yataq üçün üzlük, örtük və yastıq üzü - 3 ədəd; çamadan - N ədəd olmaqla qeyd edilən əşyalar cavabdeh Günel Ələsgər qızına təhvil verilməsini xahiş etmişdir İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh Günel Ələsgər qızının nümyəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin, ilkin iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən təqdim edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ 4N767N nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və X4 arasında olan nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.202Nci il tarixli qətnaməsi əsasında xx.xx.202N-ci il tarixdə pozulmuş və bu barədə xx.xx.2022ci il tarixdə 3N nömrəli qeyd aparılmışdır. - xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, N saylı hərbi hissənin ərazisində yerləşən on iki mərtəbəli binanın 20 nömrəli mənziliində, xüsusi təyinatlı yaşayış sahəsinin pk/lnt X9, p-k/lnt Məhərrəmov Zaur barat oğlu və bina komendantı baş çavuş X7 iştirakı ilə mənzildə olan aşağıdakı bütün əşy və avadanlıqlar İddiaçı tərəfindən təhvil alınmışdır: 2 yerli taxt düşək - N ədəd; Uşaq çarpayısı döşəklə - N ədəd; Güzgülü termo - N ədəd; Paltar dolabı N ədəd; Məişət soyuducusu N ədəd; Paltaryuyan maşın - N ədəd; Televizor (LG) - N ədəd; Qonaq masası - N ədəd; Yumşaq stul - 5 ədəd; Xalça (böyük) - N ədəd; Xalça (balaca) - 2 ədəd; Çilçıraq - N ədəd; Telefon aparatı -N ədəd; Paltar ütüsü - N ədəd; Saç ütüsü - N ədəd; Uşaq velosipedi - N ədəd; Gündəlik istifadə olunan qab-qacaq çəngəl, qaşıq; Ailə TV aparatı - N ədəd; Gündəlik istifadə olunan yorğan döşək; Köhnə (istifadə olunmuş) uşaq paltarları; 3-cü sinifə aid olan bir neçə kitab və dəftə. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, N saylı hərbi hissənin ərazisində yerləşən N2 mərtəbəli binanın 20 nömrəli mənzilində olan əşya və avadanlıqların təhvil verilməsinin özündə əks etdirən 202N-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayınadək olan videogörüntülərin videomüşahidə sistemlərinin rəqəmsal qeyd cihazının yaddaşında olmadığı üçün sözügedən tarixlərdə olan videogörüntüləri təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının N3.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.3-cü maddəsinnə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4-cü maddəsinə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: N52.N-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. N57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 3N-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 32.N.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.N-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin N57.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki məcəllənin N57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Göründüyü kimi, Günel Ələsgər qızının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyaların bir qismi İddiaçı tərəfindən ilkin iddia ərizəsində qeyd edildiyindən ilkin və qarşılıqlı iddia tələbləri həmin əşyalara münasibətdə mübahisələndirilmir. Belə ki, İlkin iddiaçı həmin əşyaların qarşılıqlı iddiaçıya məxsus olduğunu və ona qaytarılmaslı olduğunu bildirir, qarşılıqlı iddiaçı isə həmin əşyaların ilkin iddiaçıda qaldığını və ona qaytarılmalı olduğunu bildirir. Qarşılıqlı iddia ərizəsində tələb edilən digər əşyalara münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı bu əşyaların mövcud olması və ilkin iddiaçının faktiki sahibliyində qalmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində ilkin iddiada qeyd ediləndən əlavə əşyaların mövcudluğu və İddiaçı faktiki sahibliyində qaldığını göstərilən hallar sübut edilmədiyindən qarşılıqlı iddia tələbi həmin əşyalara münasibətdə təmin edilə bilməz. Mülki Məcəllənin N4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.N-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: N07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; NN9.N-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticəyə uyğun olaraq ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq ilkin və qarşılıqlı iddiaçılara aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2N6-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilsin. ünvan N ünvanında olan 2 yerli taxt döşək - N ədəd; uşaq çarpayısı döşəklə - N ədəd; güzgülü termo - N ədəd; paltar dolabı N ədəd; məişət soyuducusu N ədəd; paltaryuyan maşın - N ədəd; televizor (LG) - N ədəd; qonaq masası - N ədəd; yumşaq stul - 5 ədəd; xalça (böyük) - N ədəd; xalça (balaca) - 2 ədəd; çilçıraq - N ədəd; telefon aparatı -N ədəd; paltar ütüsü - N ədəd; saç ütüsü - N ədəd; uşaq velosipedi - N ədəd; gündəlik istifadə olunan qab-qacaq çəngəl, qaşıq; ailə aparatı - N ədəd; gündəlik istifadə olunan yorğan döşək; köhnə (istifadə olunmuş) uşaq paltarları; 3-cü sinifə aid olan bir neçə kitab və dəftər; kreslo - 2 ədəd; servant - N ədəd; güzgülü komod - N ədəd; xrustal stəkanlar - N0 ədəd; vaza - 2 ədəd; rumkalar - 6 ədəd; su qabı və rumkalar - 7 ədəd; qrafin stəkanları ilə - 7 ədəd; dəm çayniki - N ədəd; çay dəsti, yemək dəsti, kofe dəsti, qaşlı serviz - 4 dəst; xrustal duz qabı - 6 ədəd; xrustal kül qabı - N ədəd; qəndqabı - N ədəd; gül naxışlı çəngəl, bıçaq və qaşıqlar - N dəst; kiçik ölçüdə xalça - N ədəd; “versaçi” loqosu olan yataq örtük dəsti - N ədəd; yataq üçün üzlük, örtük və yastıq üzü - 3 ədəd; çamadan - N ədəd olmaqla qeyd edilən əşyalar cavabdeh (Bayramova) Günel Ələsgər qızına təhvil verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş rüsumlar tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi N (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-651/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-651/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver