Məhkəmə qərarları › İş №2(005)-683/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-683/2020

23.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-683/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışlar ki, xx xxxxxx 2009-cu il tarixdə o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də rəsmi əməliyyatların aparılması üzrə mühasib vəzifəsinə işə qəbul olunmuşdur və burada Şirkətin vergi-mühasibatlıq işlərinin aparılmasını həyata keçirməyə başlamışdır. İşə başlayanda Şirkətin icraçı Direktoru olan Asif Məmmədov 2018-ci ilin vergi və digər dövlət orqanlarının hesabatlarını,ödənişlərinin verilib ya verilməsi, hansı şirkətlərə borclarının olduğunu və bank qalıqları haqqında məlumat verməklərini həm şifahi həm də sənəd üzərində məlumatlarını ona verməklərini istəmişdir. Ona heç bir vergi borcları yoxdur, hər şey yaxşıdır bildirilmişdir. İddiaçı israr etdikdə hər gün müxtəlif bəhanələrlə ona rəsmi olmayan məlumatlar verilmişdir. Həmin vaxtlar ərzində də sənədlərini gətirib Şirkətin kadrlar üzrə mühasibi X3 vermişdir ki, onunla rəsmi olaraq əmək müqaviləsi bağlansın. Buna baxmayaraq əmək müqaviləsi bağlanmamış və 4 həftə sonra iddiaçı bunu maraqlananda ona cavab olaraq bu barədə Asif müəllimlə söhbət etməsi deyilmişdir. Asif müəllimlə ona işçini qeyri-rəsmi olaraq (əmək müaviləsi bağlanmadan) işlə təmin etdiyini, amma əmək haqqının problem olmadığını, vaxtında ödənəcəyini və kadrlar üzrə işləri rəsmi olaraq X2 apardığını bildirmişdir. Maddi çətinliklərinə görə yeni iş tapana qədər məcburən orda işləməyə davam etmişdir. İşlə əlaqədar Asif müəllim ona rəsmi heç bir mühasibatlıq sənədlərinə dair məlumatlar verə bilməmiş və ona özünün həll etməsini bildirmişdir. İddiaçı isə qanun çərçivəsində minimum da olsa, sənədləri qaydasına salmağa çalışmışdır. Belə ki, verginin 2018-ci il üçün verilmiş hesabatlarına girib baxmışdır ki, hesabatlar səhv verilib və ona görə də komeral yoxlama bildirişləri gəlib və orada görmüşdür ki, bunların rəsmi satışı xx.xx.2018-ci il tarixdə “Araz” marketlər şəbəkəsinə olub. Asif müəllim ona bildirmişdir ki, onu baş mühasib vəzifəsinə qəbul edəcək. Qeyd edir ki, bütün günü şirkətdə mühasib kimi fəaliyyət göstərməyinə baxmayaraq, şirkət ona xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində cəmi 600 AZN (altı yüz manat) pul ödəmişdir. Daha sonra 2019-cu ilin may ayında ona iş təklifi gəlmiş və Asif müəllimə getmək istədiyini bildikdə, onu baş mühasib kimi işə qəbul edəcəyini demiş və iddiaçı isə ona şirkətin qeyri-qanuni fəaliyyətinə qoşulmaq fikrinin olmadığını demiş, heç olmazsa indiyə kimi işlədiyi günlərin əmək haqqısının ona tam şəkildə ödənilməsini tələb etmişdir. Amma Şirkət rəhbərliyi hazırki tarixə qədər ona ödəməli olduğu 1230.00 AZN (bir min iki yüz otuz manat ) məbləği müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Yuxarıda qeyd etdikləri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, inzibati qaydada Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir və onlar buna dərhal reaksiya göstərərək şirkəti qanuna uyğun şəkildə pul cəriməsi təyin edilməsi barədə qərar qəbul etmişlər və bununla bağlı sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı isə əmək müfəttişliyi tərəfindən ona rəsmi sənəd verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “X5 Təsərrüfatı” MMC-dən 1230.00 AZN (bir min iki yüz otuz manat) məbləğində pul vəsaitinin tutularaq, onun xeyrinə ödənilməsi, cavabdeh “X5 Təsərrüfatı” MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (“10” may 2019-cu il) faktiki hesablaşma günü də daxil olmaqla hər gecikdirilimiş gün üçün 5% kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli **********7 saylı məktubdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə etdiyiniz müraciətə 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən baxılmış, araşdırma zamanı təqdim edilmiş izahatdan və sənədlərdən məlum olmuşdur ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilib. Bununla əlaqədar X1 qeydiyyatının EİS-ə baxış zamanı müəssisə arasında hər hansı əmək müqaviləsi bildirişinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 maddəsi ilə xx.xx.2019-cu il tarixli, ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Müəssisə ilə aralarında yaranmış mübahisəli hal ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, iddiaçılar ilə cavabdeh şirkət arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilməsə də, iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli **********7 saylı məktubu İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilib. Bununla əlaqədar X1 qeydiyyatının EİS-ə baxış zamanı müəssisə arasında hər hansı əmək müqaviləsi bildirişinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh şirkət üçün işlər görməsi və cavabdehin bu işləri dəyərinin ödənilməsinin vəd etməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia 1230 manat pulun tutulması hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Ödənişin gecikdirilməsinə görə hər keçən gün üçün hesablanmış beş faiz məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddia tələbi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X5 Təsərrüfatı” MMC-dən 1230.00 AZN (bir min iki yüz otuz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar