Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-684/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin 11286-109022/20-15-26 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna və Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı,xx.xx.2019 tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin qiymətlənməsi ilə əlaqədar cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli 338 saylı hesabat hazıranmışdır. Həmin hesabatda evin məbləği 165000 (yüz altmış beş min) manat qiymətləndirilmişdir. Hesab edir ki, həmin hesabatda qiymət süni surətdə aşağı salınaraq evim çox ucuz qiymətə hesablanmışdır. Həmin hesabatla razı olmadığına görə tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş, ünvan 2 ünvanda yerləşən 46-47-48 saylı mənzillər 220 000,0(iki yüz iyirmi min ) manat qiymətləndirilmişdir. Ona görə də məhkəmədən , ünvan 2 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin qiymətləndirilməsi barədə hesabatı qanunsuz və əsassız hesab edilərək, "xxxx" MMC tərəfindən aparılmış hesabatın qanuni hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X5 mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddiasına qəqiqləşmə verərək ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin 220.000 manat qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək rədd olunmasın xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2988/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pul vəsaiti, 200 (iki yüz) manat məbləğində vəkil xidməti xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 102.230 (bir yüz iki min iki yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8325/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmişdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 496 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 165.000 manat təşkil edir; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/N-27-1032/21 saylı rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin xx.xx.2021-ci il tarixdə likvid dəyəri 220.000 manat müəyyən olunur. “SN LEGAL COMPANY” MMc-nin xx.xx.2022-ci il tarixli, 12 saylı rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin bazar dəyəri 270.000 manat, likvid dəyəri 255.000 manat müəyyən olunur. Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/2313 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin 2021-ci ilə olan və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 222.750 manat, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri 200.475 manat müəyyən olunur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2988/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pul vəsaiti, 200 (iki yüz) manat məbləğində vəkil xidməti xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 102.230 (bir yüz iki min iki yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, müvafi icra vərəqəsinin icrası gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 496 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 165.000 manat təşkil etmişdir. Müvafiq qiymətlərlə razılaşmayan iddiaçı (borclu) İddiaçı məhkəməyə iddia verərək ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin 220.000 manat qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə mənzilə dair müvafiq rəylər verilmiş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/N- 27-1032/21 saylı rəyi ilə İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin xx.xx.2021-ci il tarixdə likvid dəyəri 220.000 manat, SN LEGAL COMPANY” MMc-nin xx.xx.2022-ci il tarixli, 12 saylı rəyi ilə İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin bazar dəyəri 270.000 manat, likvid dəyəri 255.000 manat, Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/2313 saylı rəyi ilə ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin 2021-ci ilə olan və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 222.750 manat, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri 200.475 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi, əmlakın qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, əmlak müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası qismən əsaslıdır, belə ki məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizaları ilə əmlaka müxtəlif qiymətlər qoyulsada, məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/2313 saylı rəyini mötəbər və əsaslı hesab etməklə əmlakın satış qiymətinin 200.475 manat (likvid dəyəri) müəyyən olunması qənaətinə qəlir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin ilkin satış dəyəri 200.475 (iki yüz min dörd yüz yetmiş beş) manat müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 46-47-48 saylı mənzillərin ilkin satış dəyəri 200.475 (iki yüz min dörd yüz yetmiş beş) manat müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-684/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-684/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver