Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-693/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-ə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə) qarşı “əmlakın yenidən qiymətləndirilməsi və hərracın keçirilməsi ilə bağlı icraatın dayandırılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-ə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə) qarşı “əmlakın yenidən qiymətləndirilməsi və hərracın keçirilməsi ilə bağlı icraatın dayandırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən yenidən qiymətləndirmə aparılması və işə məhkəmədə baxılana qədər hərracın keçirilməsinin dayandırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən çıxarılan 79637/xx-xx-154722 saylı xx xxxx 2020-ci il tarixli icra qeydinə əsasən Səbail rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə cavabdeh “xxxx” MMC İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evi 480 000 manat qiymətləndirmişdir. Bu barədə məlumat əldə etdikdən sonra “xxxx” MMC tərəfindən aparılmış ekspertiza və çıxarılmış 036/20 saylı xx xxxxxx 2020-ci il tarixli rəyi əsassız hesab edərək ləğv edilməsini və yenidən ekspertiza keçirilərək ipoteka predmetinin daha yüksək qiymətləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışlar. Həmin ekspert rəyi ona təqdim edilməmişdir. Qiymət barədə məlumatı Səbail rayon İcra və Probasiya şöbəsinə yaxınlaşdıqda ona məlum olmuşdur. Ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı ev 2020-ci ilin yanvar ayında bir neçə makler tərəfindən 1 200 000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də hesab edir ki, “xxxx” MMC tərəfindən göstərilmiş qiymət xeyli aşağıdır və o, bununla razılaşmır. Cavabdeh “xxxx” MMC tərəfindən ona təqdim edilmiş Hərrac keçirilməsinə dair 2 saylı xx xxxxxxx 2020-ci il tarixli Məktubun 01/1712 qeydiyyat nömrəli Bildirişində qeyd edilmiş həmin məbləğ qeyd olunması ilə razı deyil və hərracın keçirilməsinin dayandırılmasını və bununla bağlı icraatın dayandırılmasını tələb edir. Belə ki, icra sənədi üçün əsas olan icra qeydi də tərəfindən məhkəmə qaydasında mübahisələndirilir və bu barədə qərardad Səbail rayon İcra və Probasiya şöbəsinə tərəfindən təqdim edilmişdir. Əmr icraatı qaydasında aparılan iş mübahisələndirilirsə, mübahisələndirilən iş baxılıb qurtarılana qədər işin icraatı dayandırılmalı və işə xitam verilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi X5 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evin qiymətləndirilməsi cavabdeh “xxxx” MMC tərəfindən deyil, “xxxx” MMC tərəfindən aparılmışdır. Digər tərəfdən iddia ərizəsində ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evini 2020-ci ilin yanvar ayında, yəni təxminən bir il əvvəl bir neçə makler tərəfindən guya 1 200 000 manata qiymətləndirdiyini bildirmişdir. Lakin qeyd olunan məlumatın təsdiqi kimi məhkəməyə heç bir maddi sübut və ya müstəqil ekspert rəyi təqdim edilməmişdir. Halbuki, həmin əmlak 480 000 manata hərraca çıxarılsa da, öz alıcısını tapmamış və banka təklif edilmişdir. Bundan əlavə qiymətləndirmənin nəticələrindən narazı qalan iddiaçı qanunvericiliyə əsasən qiymətləndiricinin hesabatının nəzərə alınmamaı, yenidən qiymətləndirmə həyata keçirilməsi ilə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malik olsa da, bu hüquqdan istifadə etməmişdir. Həmin əmlak hərracda satılmamış, nəticədə hərrac baş tutmamış elan edilərək daşınmaz əmlaz İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə Banka təklif edilmişdir. Hərracın yekunları haqqında 45/01 saylı xx xxxxxx 2020-ci il tarixli Protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 saylı fərdi yaşayış evi 306 000 manata “xxxx” ASC tərəfindən alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx xxxxxx 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evi artıq “xxxx” ASC-nin mülkiyyətindədir. Belə olan halda iddiaçının “hərracın keçirilməsinin dayandırılmasına dair” iddia tələbinin təmin edilməsi qeyri mümkündür. Qiymətləndirmənin nəticələrindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və sair bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Vəsatət təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Bu halda belə mübahisəyə mülki məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını dinləyib, tərəflərin təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan ASAN 4 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-5653/2020 nömrəli Qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 19032/4808/702697İ nömrəli kredit limiti müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC İddiaçı 500 000 manat həcmində kredit limiti ayırmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 19032/4808/702697İ nömrəli İpoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 500 000 manat həcmində kredit limiti müqaviləsinin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113 m² yaşayış, 170,8 m² köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materillarında olan “xxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 036/20 nömrəli Ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113 m² yaşayış, 170,8 m² köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 480 000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən çıxarılan 8İ-542 reyestr nömrəli xx xxxx 2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisində xx xxxx 2019-cu il tarixdə 3M-232 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan “xxxx” ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113 m² yaşayış, 170,8 m² köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 86 704,83 manat borc üzrə) tutma yönəldilsin. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən “xxxx” MMC-ə xx xxxxxxxx 2020-ci il tarixdə ünvanlanmış 79637/20-xx-xx/6875 nömrəli Məktubun surətindən görünür ki, “xxxx” MMC tərəfindən şöbəyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113 m² yaşayış, 170,8 m² köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 480 000 manat müəyyən edilmişdir. İş materiallarında olan 05-xx xxxxxxxx 2020-ci il tarixli, 02-xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, BBakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113 m² yaşayış, 170,8 m² köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx” ASC-ə ünvanlanmış xx xxxxxxxx 2020-cu il tarixli 01/1457 qeydiyyat nömrəli № 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 4 saylı notariat ofisinin 8İ-542 saylı xx xxxx 2020-ci il tarixli icra qeydi üzrə ipoteka qoyulan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 480 000 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın xx.xx.2020ci il saat 11:00-17:00-dək keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx” ASC-ə ünvanlanmış xx xxxxxxxx 2020-cu il tarixli 01/1712 qeydiyyat nömrəli № 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 4 saylı notariat ofisinin 8İ-542 saylı xx xxxx 2020-ci il tarixli icra qeydi üzrə ipoteka qoyulan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 15 % azaldılmış qiymətlə (480 000-15%=408 000) satış qiymətinə hərracda satılması, həmçinin hərracın xx.xx.2020-ci il saat 11:00-17:00-dək keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx” ASC-ə ünvanlanmış xx xxxxxxx 2020-cu il tarixli 01/1898 qeydiyyat nömrəli Təklifin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evinin təkrar hərraclarının baş tutmaması barədə “Birja yenilikləri” qəzətinin xx xxxxxxx 2020-ci il nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 306 000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüklərinin surətlərindən görünür ki, “xxxx” MMC tərəfindən 1-ci və 2-ci hərracın keçiriləcəyi yer və vaxt barəsində Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx” ASC-ə məktublar göndərilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx xxxxxx 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evi “xxxx” ASC-nin mülkiyyətindədir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaq əli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının mübahisələndiridyi hərrac prosesi yekunlaşmış və ipoteka predmeti bank tərəfindən əldə olunmuşdur. Bu hal tərəflər arasında mübahisələndirilməyən işin halıdır. İddia ərizəsində tələbdən göründüyü kimi iddiaçının tələblərindən biri hərracın keçirilməsinin dayandırılmasıdır, lakin hərrac keçirilmiş və bank tərəfindən əldə olunmuşdur. Bununla belə iddiaçı yekunlaşmış hərracın dayandırılmasını məhkəmədən xahiş etməkdədir. Digər tələbi is əmlakın yenidən qiymətləndirilməsini xahiş edir. Əmlakın qiymətləndirilməsi icra və probasiya şöbəsi məmurunun sifarişi əsasında həyata keçirildiyi halda iddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-dən əmlakın yenidən qiymətləndirilməsini tələb etməkdədir. Məhkəmə MPM-nin 54cü maddəsində nəzərdə tutulmuş hüquqlarının olduğunu və əsl olmayan cavabdehin əvəz edilməsini təklif etsə də iddiaçı tərəf bu hüququndan istifadə etmək niyyətində olmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslar iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların əlavə araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-ə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə) qarşı “əmlakın yenidən qiymətləndirilməsi və hərracın keçirilməsi ilə bağlı icraatın dayandırılması tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-693/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-693/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver