Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-721/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və üçüncü şəxs Binəqədi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və üçüncü şəxs Binəqədi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən mənə məxsus əmlakların qiymətləndirilməsi barədə "xxxx" MMC tərəfindən aparılmış 11.11.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı “Azərtexnolayn" MMC ona qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ondan 15.353,59 manat məbləğində borcun, və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-592/2018saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-797/2018 saylı qətnaməsi ilə təmin edilərək ondan 15.353,59 manat məbləğində borcun, və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Qətnamənin icrası ilə əlaqədar olaraq sifarişçi Binəqədi Rayon İcra və Probasiya Şöbəsi "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi Hesabatda əmlakı qiyməti 7512 manat müəyyən edilmişdir. O, müəyyən edilmiş 7512 manat məbləğlə razı deyil və hesab edir ki, "xxxx" MMC qiymət qoyarkən maraqlı olaraq əmlakın real dəyərindən qatqat aşağı qiymət qoyulmuşdur. Belə ki, həmin məbləğ real bazar qiymətindən ən azı iki dəfə aşağı hesablanmışdır. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə İddiaçı iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehlərin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və üçüncü şəxs Binəqədi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-721/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-721/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver