Məhkəmə qərarları › İş №2(005)-734/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-734/2021

16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-734/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı X3 Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə 200 manat sabit pul məbləğində alimentin tutulması və cavabdehə xx xxxxxx 2020-ci il tarixdən alimentin ödənilməsinin tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. \İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin fevral 2019-cu il tarixli, 1598/2019 saylı qərarı ilə Cavabdeh ona qarşı alimentin artırılması tələbinə barədə iddiası təmin edilmişdir. Məhkəmə xx xxxx 2014-cü il təvəllüdlü azyaşlı X6 yetkinlik yaşına çatanadək tərbiyə və saxlanılması üçün Cavabdeh onun qazancının və bütün başqa gəlirlərinin 1/4 hissəsi miqdarda alimentin tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmənin göstərilən qərarı qanuni qüvvəyə minmiş və icra vərəqi əsasında məhkəmə icraçısı məhkəmə qərarının məcburi icrası predmetinə icraatın irəli sürülməsi barədə qərar çıxarmışdır. Amma bu günə qədər göstərilən qərar hələ də, icra edilməmişdir. Cavabdeh özü könüllü olaraq istefa vermiş və hazırda qeyri-rəsmi işləyir. Lakin bir müddət sonra Cavabdeh “xxxx” MMC-də işlədiyini öyrənmişdir. İddiaçı işləmir və başqa gəlir mənbəyi yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə məhkəmə cavabdehdən uşağımın saxlanması üçün qazancının bütün növlərinin 25 faizi miqdarında aliment ödəməsini əmr etmişdir. 2020-ci ilin yanvarından bəri Cavabdeh aliment almadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək, yaşayış minimumu nəzərə alınmaqla aliment tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-3249/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə Paşayeva (Çiçinyova) İddiaçı arasında xx xxxx 2011-ci il tarixdə bağlanmış və 682 nömrə ilə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X9 anası Paşayeva İddiaçı yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Paşayeva İddiaçı xeyrinə hər ay 136,60 (bir yüz otuz altı manat, altmış qəpik) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Paşayeva İddiaçı ödənilməsi qət edilmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdən müddətli (xx.xx.20207-ci il tarixədək) olaraq, vaxtamuzd, hər ay 543,02 manat əmək haqqı ödənilməklə “xxxx” MMC-nin menecer vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən xxxx” MMC-nin menecer vəzifəsində işləyən Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaq anasının (iddiaçının) himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğdə aliment tələb edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlarına aliment ödənilməsi barədə saziş yoxdur, cavabdehin qazancı qeyri-müntəzəm və dəyişəndir, onun hazırda daimi iş yerinin olmaması səbəbindən aliment məbləğinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyil. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iddiaçı X4 tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, cavabdehin uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin «cavabdehə xx xxxxxx 2020-ci il tarixdən alimentin ödənilməsinin tapşırılması» hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddiaçının tələbi əsaslı deyil. Belə ki, cavabdehin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, həmin vaxta qədər iddiaçının xeyrinə aliment məbləğini Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş qaydada hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında tutulmuşdur. Buna görə də, iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, tərəflərin maddi və ailə vəziyyətini, Azərbaycan Respublikasında yetkilik yaşına çatmayanlar üçün müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulsun. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə rədd edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar