Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-755/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı oglunun cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə qarşı əmlakların qiymətləndirilməsi barədə 125 və 126/1 saylı, xx.xx.2020-ci il tarixli hesabatın ləgv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə qarşı əmlakların qiymətləndirilməsi barədə 125 və 126/1 saylı, xx.xx.2020-ci il tarixli hesabatın ləgv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh2" MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi atasına məxsus əmlakların qiymətləndirilməsi haqqında olan 126 və 126/1 saylı, 05.11..2020-Cİ il tarixli Hesabatın ləğv edilməsi və həmin əmlaklann yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddianın təmin tədbirinə dair qərardadın ləgv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Məhkəmə ərizəni və mülki işin sənədlərini araşdırıb hesab edir ki, İddiaçı oglunun cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh2 MMCyə və “xxxx” MMC-yə qarşı əmlakların qiymətləndirilməsi barədə 125 və 126/1 saylı, xx.xx.2020-ci il tarixli hesabatın ləgv edilməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oglunun cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə qarşı əmlakların qiymətləndirilməsi barədə 125 və 126/1 saylı, xx.xx.2020-ci il tarixli hesabatın ləgv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-755/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-755/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver