Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-77/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrö cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “əsassız olaraq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə hesablanmış ödəncin tutulması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış 24,361.12 (iyirmi dörd min üç yüz altmış bir manat, 12 qəpik) manat məbləğində ödəncin cavabdeh "X8” MMC-dən tutularaq ona ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ona əmək fəaliyyəti zamanı əsassız olaraq ödənilmiş 16629.96 (on altı min altı yüz iyirmi doqquz manat, 96 qəpik) manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. İlkin iddia tələbi belə əsaslandırmışdır ki, işəgötürən Cavabdeh MMC İddiaçı 01 may 2019-cu il tarixdə Əmək Müqaviləsi bağlamış, Əmək Müqaviləsinə əsasən Cavabdeh İddiaçını Qazax rayonunda yerləşən X6 aylıq 2,810.00 (iki min səkkiz yüz on) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə Satış Administrasiyası şöbəsinə şöbə rəisi vəzifəsinə işə qəbul etmişdir. 04 dekabr 2019-cu il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Əmək müqaviləsinə əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqım artırılaraq 5,646.00 (beş min altı yüz qırx altı) manat təşkil etmişdir. 23 noyabr 2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən 356 K saylı Əmrlə əmək müqaviləmə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq Cavabdeh tərəfindən əmək haqqının ödənilməsində cavabdehin təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də iddiaçı həmin vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, həmin dövrlərdə Cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. Çünki, Cavabdeh kommersiya hüquqi şəxsdir, sement məhsullarının istehsalı və satışı ilə məşğul olur. Aylar üzrə gecikmiş əmək haqqları, gecikmə günləri və gecikməyə görə ƏM-nin 172- ci maddəsinə əsasən hesablanmış ödəncin məbləği ümumilikdə 24361,12 manat təşkil edir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia tamamilə əsassız və ziddiyyətlidir, belə ki, İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, 01.05.2019-cu il tarixli ilkin əmək müqaviləsinə əsasən, İddiaçıya 2810 manat əmək haqqı təyin olmuşdur. Bundan sonra, İddiaçı ilə Cəmiyyət arasında bağlanmış 04.12.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən onun əmək haqqı 5646 manat (qanunvericiklə müəyyən edilmiş ödənişlər xaric) məbləğində razılaşdırılmışdır. Beləliklə, İddiaçı 04.12.2019-cu il tarixədək vergilər daxil olmaqla, cəmi 2810 manat məbləğində əmək haqqı almalı idi, lakin İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışdan müəyyən olunur ki. Cəmiyyət tərəfindən İddiaçının bank hesabına 04.07.2019-cu il tarixində 3500.01 manat; 06.08.2019-cu il tarixində 3461.09 manat; 19.09.2019-cu il tarixində 3297.86 manat; 18.10.2019-cu il tarixində 3500.01 manat; 26.11.2019-cu il tarixində 3500.01 manat; 02.12.2019-cu il tarixində 1500 manat; 29.12.2019-cu il tarixində 3500.02 manat; 14.02.2020-ci il tarixində 14872.58 manat; 06.03.2020-ci il tarixində 100 manat; 18.03.2020-ci il tarixində 50 manat; 19.03.2020-ci il tarixində 5010.71 manat; 14.05.2020ci il tarixində 5010.71 manat; 11.06.2020-ci il tarixində 5010.71 manat; 23.06.2020-ci il tarixində 5010.71 manat; 10.07.2020-ci il tarixində 5010.71 manat; 24.07.2020-ci il tarixində 5010.71 manat; 10.09.2020-ci il tarixində 10128.53 manat; 24.09.2020-ci il tarixində 5010.71 manat; 13.11.2020-ci il tarixində 4986.68 manat; 24.11.2020-ci il tarixində 4309.38 manat; 24.11.2020-ci il tarixində 5292.02 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu məbləğlər 04.12.2019-cu il tarixədək və ondan sonrakı müddətdə İddiaçının bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan iddiaçı üçün sual doğuran ödənişlərə dair araşdırma aparılmış və müəyyən edilmişdir ki, ödənişlərin heç bir hüquqi əsası olmamışdır. İddiaçının əmək haqqı (NET olaraq) 5010.71 manat təşkil etdiyi halda, ona 02.12.2019-cu il tarixində əlavə olaraq 1500 manat, 14.02.2020-ci il tarixində 9861.87 manat, 06.03.2020-ci il tarixində 100 manat, 18.03.2020-ci il tarixində 50 manat, 10.09.2020-ci il tarixində 5117.82 manat, ümumilikdə isə 16629.96 manat ödənilmişdir. Hesab edirik ki, İddiaçıya ödənilmiş həmin pul vəsaiti ondan geri alınaraq Cəmiyyətə ödənilməlidir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı qarşılıqlı iddia tələbinə etiraz etmiş və rədd edilməsini xahiş etmiş, bunu Əmək Məcəlləsinin 175-ci maddəsilə əsaslandırmışdır. Həmçinin qarşılıqlı iddia ərizəsində göstərilən əlavə ödənişlərin şirkətin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işçilərə ödədiyi mükafat, 100 manat və 50 manatın isə bayramla əlaqədar ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrılıqda ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə, təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə, ilkin iddia ərizəsi ilə bağlı etiraza uyğun izahat verib ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş: 01 may 2019-cu il tarixli əmək müqaviləsinin və həmin tarixli, 146 K saylı Əmrin surətindən görünür ki, İddiaçı Şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. 04 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən, həmin müqavilənin 4.1-ci bəndi yeni redaksiyada verilmiş və işçiyə hər ay vergilər daxil olmaqla, 5646 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 02 iyul 2017-ci il tarixli "xxxx" MMC-nin işəgötürəni ilə “ HGC Group” Həmkarlar Komitəsi arasında bağlanmış Kollektiv müqavilədən görünür ki, bu müqavilə 3 il müddətinə bağlanmış və tərəflər imzaladığı gündən qüvvəyə minir və müqavilə müddəti bitdikdən sonra yeni kollektiv müqavilə təsdiq edilənədək qüvvədə qalır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən Əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəti ayın 20-nə kimi ödəməyi, işin səmərələliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaradılması məqsədi ilə işçiləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərmək İşəgötürənin öhdəliyidir. 23 noyabr 2020-ci il tarixli 356 K saylı Əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən həmin tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 01 may 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMCdə müvafiq vəzifədə işləməyə başlamış, ona vergilər və digər ödənişlər daxil olmaqla 2810 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuş, 04 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən işçiyə hər ay vergilər daxil olmaqla, 5646 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 23 noyabr 2020-ci il tarixdə İddiaçı öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, İddiaçı işlədiyi müddətdə əmək haqqısı 02 iyul 2017-ci il tarixli "xxxx" MMC-nin işəgötürəni ilə “ HGC Group” Həmkarlar Komitəsi arasında bağlanmış Kollektiv müqaviləsinə zidd olaraq gecikmələr ilə ödənilmişdir. Ə.Rzayev Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad edərək 24361,12 manatın ödənilməsini mübahisələndirir, Cavabdeh MMC isə İddiaçı əmək fəaliyyəti zamanı əsassız olaraq ödənilmiş 16629.96 manatın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizaya əsasən mübahisə ilə bağlı iki audit rəyi mövcuddur. Məhkəmənin 18.03.2021-ci il tarixli, 2(005)-1666/2021 nömrəli qərardadına “X4” MMC-nin auditoru X7 tərəfindən aparılmış mühasibatlıq ekspertizasının rəyinə əsasən həmin auditor tərəfindən İddiaçı Əmək haqqı ödənişlərinin gecikdirilməsinə görə cavabdeh “X8" MMC-nin ödəməli olduğu önənc məbləği aşağıdakı cədvəldəki kimi yenidən hesablanaraq 14261,29 (on dörd min iki yüz altımış bir manat 29 qəpik) manat müəyyən edilmişdir. Məhkəmənin 16.09.2021-ci il tarixli, 2(005)-1666/2021 nömrəli qərardadına "xxxx" MMC-nin auditoru X1 tərəfindən aparılmış audit hesabatı rəyinə əsasən iddiaçı X2 ilə Cavabdeh MMC arasında bağlanmış 01 may 2019 tarixli əmək müqaviləsi (habelə 04.12.2019-cu il tarixli əmək müqaviləsinə əlavə) üzrə işəgötürən tərəfindən 2019-cu il dekabr - 2020-ci il oktyabr tarixləri üçün əmək haqqının gecikdirilməsi hallarına görə ödəncin məbləği 25195,89 (iyirmi beş min yüz doxsan beş manat səksən doqquz qəpik), ilkin iddia üzrə İddiaçı ilə cavabdeh “X10” MMC arasında bağlanmış 01 may 2019cu tarixli əmək müqaviləsinin (habelə 04.12.2019-cu il tarixli əmək müqaviləsinə əlavə) şərtləri nəzərə alınmaqla, cavabdeh təşkilat tərəfindən 04.07.2019-cu il tarixdən 24.11.2020-ci il tarixədək müqavilədə nəzərdə tutulandan əlavə ödəmələrin məbləği 16659,98 (on altı min altı yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə mübahisənin qanuni əsasını müəyyən etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 24 və 172-ci maddələrinə istinad edilməlidir. Əmək Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.2-ci maddəsinə əsasən Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172.3-cü maddəsinə əsasən Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yuxarıda göstərilən maddənin qeydində göstərilir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə ilkin iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, mövcud qanunvericilyə görə İşəgötürənlə işçi arasında əmək münasibətləri “Əmək müqaviləsi” və “Kollektiv müqavilə ilə nizamlanır. Azəybaycan Respublikasının Əmək Məcəlləcinin 43.1 maddəsinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış 01.05.2019-cu il tarixli, 137KJQ000400 saylı əmək müqaviləsinin əlavənin 4.2-ci bəndinə uyğun olaraq işçiyə əmək haqqının ödənilmə müddəti ayda bir dəfə razılaşdırılmışdır, bu halda konkret tarix göstərilməmişdir. 02.07.2017-ci il tarixli Kollektiv müqavilənin 3.4-cü bəndinə əsasən “Əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəli ayın 20nə kimi ödəməyi, işin səmərələliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaradılması məqsədi ilə işçiləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərmək" nəzərdə tutulmuşdur ki, iddiaçıya aylıq əmək haqqı ödənişlərinin gecikməsinə görə gecikmənin başlama günü olaraq növbəti ayın 20-si tarixi əsas götürülməlidir. Yuxarıda qeyd olunanların məntiqi davamı olaraq məhkəmə iddia tələbinin 2019-cu ilin dekabr ayından 2020-ci ilin oktyabr ayınadək əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı pul vəsaitin tutulması ilə bağlı qeyd edir ki, işçinin əmək haqqı hər ayın 20-nə kimi ödənilməmişdir. İşçi də 2021-ci ilin fevral ayının 11-i məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə iddia müddəti 2019-cu ilin dekabr ayı üçün əmək haqqının ödənilməsinin son günü 20.01.2020-ci il tarixi olduğundan, işçi öz hüquqlarının pozulmasını bilməli olduğu tarix həmin vaxtdan hesablandığından həmin ay üçün gecikdirilmiş əmək haqqı üzrə pul tələbinə dair hissədə iddia müddətini ötürmüşdür. Digər tarixlər üçün iddia müddəti ötürülmədiyindən ona vaxtında ödənilməmiş əmək haqqı üzrə pul vəsaiti 2020-ci ilin mart ayının 19-dan 2020-ci ilin noyabr ayının 24-dək olan 10 aylıq dövrü əhatə edir. Məhkəmə mötəbər sübut kimi qəbul etdiyi “X4” MMC-nin auditoru X7 tərəfindən aparılmış mühasibatlıq ekspertizasının rəyinə əsasən “X8" MMC-nin ödəməli olduğu ödənc məbləğini 13043,14 (on üç min qırx üç) manat 14 qəpik olduğu qənaətinə gəlir. Bundan başqa ilkin iddia üzrə iddiaçı məhkəməyə ödəniş tapşırıqları təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 01.11.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən MMC-in Maliyyə Departamentinin direktor müavini İddiaçı pul vəsaitlərinin hərəkətini idarə etmək, xərclərin planlaşdırılmasını və nəzarətin həyata keçirilməsi, bank, xəzinə, ƏDV deposit hesabı vasitəsilə həyata keçirilən ödənişlərin mövcud qanunvericilik və Cəmiyyətin prosedur qaydaları üzrə icrasına birbaşa nəzarət etməsi, icra olunacaq ödənişlərin mütəmadi təqvim qrafiklərinin hazırlanması və həmin qrafiklər üzrə ödənişin icra olunması işinin təşkilinin həyata keçirilməsi, icra olunacaq ödənişlər barədə birbaşa rəhbərinə və Cəmiyyətin rəhbərinə vaxtaşırı məlumat və hesabatlar təqdim edilməsi işçinin öhdəlikləri olduğundan işçinin təqsiri ucbatından bu ödənişlər gecikmişdir. İddiaçı isə MMC-də yüksək məvacib alanların əmək haqqının rəhbərliyin göstərişi ilə gecikdirildiyini bildirmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil. Məhkəmə bu hissədə hər iki arqumenti dəyərləndirib, qeyd edir ki, işçi əmək müqaviləsi üzrə “icra olunacaq ödənişlərin mütəmadi təqvim qrafiklərinin hazırlanması və həmin qrafiklər üzrə ödənişin icra olunması işinin təşkilinin həyata keçirilməsi” öhdəliyi götürmüş, həmin işlərin icra funksiyası səlahiyyəti birbaşa İddiaçı olmamış, yəni gecikmələrin sonuncunun təqsiri ucbatından olduğu sübuta yetməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ayrıca qeyd edir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edən zaman qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir (dekabr- 2019-cu il üçün əmək haqqı üzrə gecikdirilmiş pul tələbi istisna olmaqla), ona görə də yuxarıda qeyd edilən tarix üzrə tələbdən başqa digər tələblərə mübnasibətdə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2021-ci il tarixli qərarının məcburi göstərişinə (fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar) riayət etmişdir. Məhkəmmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı əmək fəaliyyəti zamanı əsassız olaraq ödənilmiş 16629.96 manat məbləğində pulun ödənilməsini əsas gətirilir. Məhkəmə Əmək Məcəlləsinin 175.3-cü və 175.5-ci maddələrinə istinad edərək qeyd edir ki, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Göründüyü kimi yuxarıda qeyd olunan maddənin imperativ göstərişinə əsasən MMC tərəfindən İddiaçı hesabına əlavə pul ödənilsə belə onu tələb edə bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 13043,14 (on üç min qırx üç manat 14 qəpik) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “əsassız olaraq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı mübahisə üzrə 30 manat dövlət rüsumu Cavabdeh MMC tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 1000 (bir min) manat məbləğində pul iddia tələbi qismən təmin edildiyindən tərəflərin tələbinə uyğun mütənasib bölünməli, İddiaçı iddia tələbinə uyğun olmaqla 410 manat, Cavabdeh MMC-dən 590 manat tutulmalı, “X4” MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13043,14 (on üç min qırx üç manat 14 qəpik) manat məbləğində ödənc tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 30 manat dövlət rüsumu tutulsun Dövlət Büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “əsassız olaraq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 1000 (bir min) manat məbləğində pul iddia tələbi qismən təmin edildiyindən tərəflərin tələbinə uyğun mütənasib bölünsün, İddiaçı iddia tələbinə uyğun olmaqla 410 manat, Cavabdeh MMC-dən 590 manat tutulsun, “X4” MMC-nin VÖEN **********, Bank: Unibank KB Q.Qarayev filialı, VÖEN: **********, Kod: 512145, MH-AZ46NABZ********************, HH-AZ17UBAZ**********0060AZN001, SWİFT Bik UBAZAZ22 hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-77/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-77/2022
03.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver