Məhkəmə qərarları › İş №2(005)-788/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-788/2023

27.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-788/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı, 2841 manat məbləğin, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqının, habelə iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddiasını onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.2019-cu il tarixli, cavabdeh təşkilatda Qazax-Gürcüstan sərhəd zolağı genişləndirilməsi vəzifəsinə işə qəbul edilmiş və həmin dövr əmək haqqı 2244,07 manat təşkil etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə layihəyə mühəndis vəzifəsinə keçirilmiş bundan sonra əmək haqqı 2841 manat təşkil etmişdir. İşlədiyi müddətdə əmək haqqı ona qismən ödənilmişdir. Belə ki, şirkətdə işlədiyi müddətə əmək haqları mütəmadi gecikdirilmiş və vaxtlı vaxtında ödəniş edilməmişdir. Cavabdeh təşkilat isə ona əmək haqqını 2021-ci ilin avqust ayı üçün cəmi 1000 manat, sentyabr, oktyabr və noyabr ayının 04-ü tarixinə kimi isə hər hansı pul ödənilməmişdir. Həmçinin işlədiyi müddətdə ona heç məzuniyyət puluda verilməmiş və son haqq hesab edilməmişdir. Buna görə əmək haqqını ala bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə ərizə verərək, işdən azad edilməsini xahiş etmişdir. Hazırda ona cavabdeh tərəfindən qeyd etdiyi dövr üçün ödəniş edilməmiş və buna görə əmək müfəttişliyinə müraciət etmiş, cavabdeh təşkilat barəsində xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-788/2023 nömrəli, 16 fevral 2023-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-788/2023 nömrəli, 16 fevral 2023-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, işin baxılması təzələnmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan sosial arayışdan görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də tikinti icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir (öz ərizəsinə əsasən). Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X3 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən 266 №-li əmr ilə xitam verilmişdir; AR ƏƏSMN yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, “Körpü Tunel Tikinti' MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar təqdim etdiyiniz əmək haqqı bank hesabından çıxarış sənədindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi" alt sisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə cəmiyyətin rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişinizlə xx.xx.2021-ci il tarixində xitam verildiyi, son haqqhesabınızın isə hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-nin direktoru Javad Talıbovı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cıi maddəsinə əsasoıı xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqq-hesabınızının hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə rəsmi məktub göndərilmişdir. Eyni zamanda, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə "Körpü Tunel Tikinti' MMC -nin rəhbərliyinə tərəfmizdən**********5 nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X5 arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci ildə həmin şirkətdən öz ərizəsinə əsasən işdən çıxarılmış, 2021-ci ilin avqust ayı üzrə 1840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı müvafiq olaraq 2841 manat məbləğində və noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqı, habelə iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə ona heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəf iddiaçının tələb etdiyi məbləğlərin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin: 9-cu maddəsinə Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı, 2841 manat məbləğin, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqının, habelə iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb Cavabdeh MMC-dən tutularaq X4 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, X3 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı, 2841 manat məbləğin, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqının, habelə iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyasının hesablanıb Cavabdeh MMC-dən tutularaq X4 verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunmadığından onun tərəfindən ödənilmiş 50 manat (mediasiya xərci) özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ : İddia təmin edilsin. 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı 2841 manat, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya hesablanıb Cavabdeh MMC-dən tutularaq iddiaçı X4 verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət mediasiya xərci özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar