Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-823/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Nərimanov rayon icra məmuru X3 qarşı əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Nərimanov rayon icra məmuru X3 qarşı əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61, 48 saylı mənzilin qiymətləndirilməsi barədə ekspertiza rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-675/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61, 48 saylı mənzilin açıq hərracda satılaraq, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri X4 və İddiaçı arasında paylara mütənasib olaraq bərabər şəkildə bölüşdürülməsi müəyyən edilmişdir. Həmin iş məhkəmənin icraatında olarkən iş üzrə qiymətləndirmə ekspertizası keçirilmiş və qeyd olunan mənzil 143880 manat məbləğində qiymətləndirilərək bu barədə rəy verilmişdir. X2 Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək «ümumi paylı mülkiyyət hüququna xitam verilməsini» xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-150/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdeh2 icra məmuru Elgiz Qəmbərov qanuna zidd olaraq mənzilin yenidən qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-nin eksperti X5 iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61, 48 saylı mənzilə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə gəlmişlər. Onun evdə olmaması mənzilin yenidən qiyəmətləndirilməsi xx.xx.2021-ci il tarixə saat 16.00-a təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə mənzilə gəlmədən mənzilə 115000 manat qiymət qoyularaq "xxxx" MMC onun ünvanına bildiriş göndərərək hərracın keçirilməsinin xx.xx.2021-ci ilə təyin edilməsini bildirmişlər. 2017-ci il tarixdə «X9» MMC mənzili 143880 manat məbləğində qiyəmətləndirilərək bu barədə rəy verdiyi halda 2021-ci ilin dekabr ayında evə baxış keçirmədən Cavabdeh1 MMC hansı əsasla 115000 manat məbləğində qiymətləndirərək rəy verə bilmişdir. 2017-ci ildə ev həm təmirsiz olmuş, həm də həmin vaxtdan bu günə kimi mənzil bazarında bir necə dəfə bahalaşmalar olmuşdur. Bu ilin payız ayında onun evi təmir edilmiş, təmirə 15000 manatdan artıq pul xəclənmişdir. Lakin Cavabdeh1 MMC evə baxış keçirtmədən ekspert hansı əsasla evə 115000 manat məbləğində qiymət qoya bilmiş və bu barədə rəy vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Eyni zamanda Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı, yuxarıda sözügedən mənzilin 115000 manat məbləğində qiymətləndirilməsini əsassız hesab etmişdir. Cavabdeh1 MMC ilə Bakı şəhəri Cavabdeh2 arasında xx.xx.2021-ci il taxində “Qiymətləndirmənin təşkili haqqında” müqavilə bağlanmışdır. İcra məmurunun qərarı əsasında təşkil edilən ekspert baxışı zamanı çəkilmiş şəkillərdən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçirilən ekspert baxışında həm iddiaçı həm də icra məmuru iştirak etmişdir. Cavabdeh hesab edir ki, qiymətləndirmə zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçı tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən olunur ki, qiymətləndirilmə zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı binanın, ümumi sahəsi 65,4 kv.m olan 48 saylı mənzilinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı ilkin olaraq qiymətləndirilən əmlaka xx.xx.2021-ci il tarixdə vizual baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, açıq eyvanı olan mənzil 3 otaqlıya düzəldilməklə, mənzilin mətbəxi qonaq otağının baş hissəsinə köçürülmüşdür. Mənzilin sanitar qovşağı və yataq otağı təmirlidir. Qeyd edilən mənzildə faktiki olaraq təmir işləri gedir və mənzilin qonaq otağının, orta otağın (qeyd: mətbəx sahəsi otağa dəyişdirilib) və giriş hissəsinin son tamamlama işləri davam edirdi. Qiymətləndirmə zamanı mənzilin yerləşdiyi rayonun satışda olan əmlaklarının bazar məlumatları araşdırılmış, uyğun analoqlar tapılmış, əmlakın faktiki yerləşdiyi ərazi nəzərə alınaraq dəyəri müəyyən edilmişdir. Nəticədə əmlakın satış dəyəri 115000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı binanın, ümumi sahəsi 67,1 kv.m olan 48 saylı mənzilin bazar dəyəri 155000 manat müəyyən olunmuşdur. Rəyə əlavə olunan fotoşəkillərdən mənzilin təmirinin əsasən başa çatdığı, otaqların əsasən təmirli olduğu müəyyən olunur. Mülki işin materiallarından müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-675/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61, 48 saylı mənzilin açıq hərracda satılaraq, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri X4 və İddiaçı arasında paylara mütənasib olaraq bərabər şəkildə bölüşdürülməsi müəyyən edilmişdir. X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək «ümumi paylı mülkiyyət hüququna xitam verilməsini» xahiş etmiş və iddia təmin edilməmişdir. Cavabdeh2 icra məmuru Elgiz Qəmbərov mənzilin yenidən qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-nin eksperti X5 iştirakı ilə qeyd olunan mənzilə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə gəlmişlər. İddiaçı evdə olmaması mənzilin yenidən qiyəmətləndirilməsi xx.xx.2021-ci il tarixə saat 16.00-a təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə mənzilə gəlmədən mənzilə 115000 manat qiymət qoyulmuşdur. Hazırda iddiaçı tərəf Cavabdeh1 MMC-nin mənzilə dair ekspert təyinin etibarsız olduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, 2021-ci il tarixdi icra məmurunun qərarı əsasında qiymətləndirmə ekspertizası təşkil edilən zaman mənzildə təmir işləri davam erdirdi. Bu hal həmin rəyə əlavə olunmuş fotoşəkillərdən və dəyərin hesablanması paraqrafından da müəyyən edilir. İddiaçının məhkəmə təqdim etdiyi 2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən isə mənzildə təmir işlərinin əsasən yekunlaşdığı görünür. Məhkəmə qeyd edir ki, mənzildə təmir işlərinin yekunlaşması, mənzilin təmirli olması təbii ki, həmin mənzilin dəyərinin artmasına səbəb olur. Lakin iddiaçının hazırki iddia tələbi Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsidir ki, həmin rəyin etibarsız olmasına əsas verən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı ərizəsində 2022-ci il tarixli rəyə əsaslanır ki, həmin rəy verilən zaman yekunlaşmış təmir işlərinin mənzilin dəyərinin artmasına səbəb olması 2021-ci il tarixdə aparılmış ekspertiza zamanı yarı təmirli mənzil üçün müəyən edilmiş dəyərin etibarsızlığına səbəb olmur. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə münasibətdə bildirir ki, həmin rəyin “4. Obyektin bazar dəyərinin müəyyən edilməsi” paraqrafında “analoji obyektlərin bazar dəyərinin təhlil olunması” və “ Uyğun obyektlərin müqayisəli təhlili” obyektin dəyərinin müəyyən edilməsi üçün mərhələ kimi göstərilsə də, rəyin məzmunundan heç bir analogiyanın və müqayisəli təhlilin aparılmadığı müəyyən olunur. Bu səbəbdən məhkəmə həmin qiymətləndirmə rəyini sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Bununla da məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı binanın, ümumi sahəsi 65,4 kv.m olan 48 saylı mənzilin Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatında göstərilən məbləğ əmlakın ekspertiza həyata keçirilən zamana olan real qiymətinə uyğundur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Nərimanov rayon icra məmuru X3 qarşı əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Nərimanov rayon icra məmuru X3 qarşı əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-823/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-823/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver