Məhkəmə qərarları › İş №2(005)-825/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-825/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-825/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı Bahadır oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bahadır oğlunun cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bahadır oğlu cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qiymətləndirilməsi Xidməti MMC-nin hesabatında əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisini ləğv edib, obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bahadır oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətari Rayon Məhkəməsinin e-2(011)-201/2020-032 nömrəli, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən birgə nikahdan olan 14.03.2012-ci il təvəllüdlü X2 və 25.03.2017-ci il təvəllüdlü X4 X1 himayəsində saxlanılması və İddiaçı Bahadır oğlundan 14.03.2012-ci il təvəllüdlü X2 və 25.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gələrilərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi müəyyən edilmişdir. Aliment məbləğinin ödənilməsində gecikmələr olduğu üçün icra məmuru tərəfindən aliment borcu mülkiyyətində olan "MERSEDES BENZ GL" 500 minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş və sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC-i tərəfindən ona məxsus "MERSEDES BENZ GL" 500 minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini müəyyən etmək üçün qiymətləndirmə işinin həyata keçirilməsi sifariş edilmişdir. "Əmlakın qiymətləndirilməsi barədə" hesabata əsasən həmin əmlak 28.000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisi düzgün göstərilməmiş, real bazar qiyməti əmlakın dəyərinə uyğun deyil. Qiymətləndirməni həyata keçirən qiymətləndirici qiymətləndirmə zamanı hansı meyarlardan istifadə etməsini, əmlakın bazar qiymətini hansı statistik məlumatlar və ya eyni ərazidə müvafiq əmlakın qiymətlə müqayisəli şəkildə təyin etməsini əsaslandırmamışdır. Belə ki, mülkiyyətində olan avtomobil dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir. Hazırda onun bazar dəyəri təxminən 40.000-50.000 manat arasındadır. Ona görə də hesab edir ki, hesabatda əmlakın bazar və ya digər dəyərləri həqiqətdə olduğundan 2-3 dəfə aşağı göstərilmişdir. Məhkəmə iclasında İddiaçı Bahadır oğlunun ərizəsi əsasında hazırkı mülki iş üzrə cavabdeh "xxxx" MMC əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. Eyni zamanda İddiaçı Bahadır oğlu 17.02.2022-ci il tarixdə ərizə təqdim edərək, mülki işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə cavabdeh "xxxx" MMC əsl cavabdeh "xxxx" MMC ilə əvəz edildiyindən aidiyyət məsələsinə yenidən baxılmalı, mülki iş hazırkı cavabdehin hüquqi ünvanını müəyyən edilməklə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1an Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Həmin məcəllənin 36.6-cı maddəsinə əsasən Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər; Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Bahadır oğlunun cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bahadır oğlunun cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar