Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-837/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC, Cavabdeh2, Respublika Xammal və Əmtəə birjasının "xxxx" MMC-nə qarşı, üçüncü şəxs X2 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi, mübahisəli əmlakın real bazar qiyməti yenidən müəyyən olunanadək hərracın dayandırılması, əmlakların real bazar qiymətlərinə uyğun yenidən qiymətləndirilməsi və müəyyən olunmuş qiymətlərlə hərracın keçirilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC, Cavabdeh2, Respublika Xammal və Əmtəə birjasının "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər X2 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi, mübahisəli əmlakın real bazar qiymətinin yenidən müəyyən olunanadək hərracın dayandırılması, əmlakların real bazar qiymətlərinə uyğun yenidən qiymətləndirilməsi və müəyyən olunmuş qiymətlərlə hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli 2(005)-837/2021 saylı qətnaməsi ilə İddiaçı MMC cavabdeh "xxxx" MMC, Cavabdeh2, Respublika Xammal və Əmtəə birjasının "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər X2 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi, mübahisəli əmlakın real bazar qiymətinin yenidən müəyyən olunanadək hərracın dayandırılması, əmlakların real bazar qiymətlərinə uyğun yenidən qiymətləndirilməsi və müəyyən olunmuş qiymətlərlə hərracın keçirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Mülki iş üzrə yekun məhkəmə aktı çıxarılarkən aparılmış ekspertiza tədqiqatının dəyərinin işdə iştirak edən şəxslərdən tutulmasına münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC, Cavabdeh2, Respublika Xammal və Əmtəə birjasının "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər X2 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi, mübahisəli əmlakın real bazar qiymətinin yenidən müəyyən olunanadək hərracın dayandırılması, əmlakların real bazar qiymətlərinə uyğun yenidən qiymətləndirilməsi və müəyyən olunmuş qiymətlərlə hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə əlavə qətnamə çıxarılmalıdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 aprel 2021-ci il tarixdə verilmiş hesab-fakturadan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ataturk prospekti 30/78A ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m olan mənzilin qiymətləndirilməsi ilə bağlı görülmüş ekspert xidmətlərinin qarşılığı olaraq cəmi 300 manat ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 300 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçındən tutulub “PAŞA bank ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ**********0000071944 SWİFT BİK PAHAAZ22, X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********1, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-837/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(005)-837/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver