Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-884/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir uşağın saxlanılması üçün hər ay 220 manat olmaqla, iki uşağa (xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X5) görə cəmi 440 manat sabit pul məbləğində alimentin, mediasiya üçün iddiaçının ödədiyi 50 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixində nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il tarixli X9, xx.xx.2013-cü il tarixli X5 dünyaya gəlmişdir. İddiaçı bildirir ki, cavabdehlə birgə yaşamağı qeyri-mümkündür. Cavabdeh uzun müddətdir ailəsi ilə maraqlanmır. Məhz onun ailəsinə biganəliyinin nəticəsində birgə yaşamaqları mümkün olmayıb. Birgə uşaqlarının olmasına baxmayaraq, cavabdehlə barışmağı, ailənin qorunub saxlanması mümkün deyil. Ancaq nikahın pozulması üçün müraciət etməmişlər. İddiaçı Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etsə də, ilkin mediasiya sessiyası zamanı cavabdehlə aralarında razılıq əldə edilməyib (X8n sonra prosesin davam etdirib bilməməsi barədə xx.xx.2023 tarixli arayış əlavə edilir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında qeyd etmişdir ki, uşaqlara maddi cəhətdən köməklik göstərmək istəyəndə iddiaçı bundan imtina etmiş və uşaqları ona göstərməmişdir. Hazırda aliment ödəməyə imkanının olmadığını, meyvə-tərəvəz satılan bazarda gündəlik fəhlə kimi işlədiyini, habelə 2-ci qrup əlilliyinə görə 100-200 manat pensiya aldığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 453925 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli X8 (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər İMS-də iştirak etmiş, 50 manat mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ 441225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu ildə doğulmuş, bu barədə akt qeydləri kitabında 1027 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İİİ 100195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə doğulmuş, bu barədə akt qeydləri kitabında 914 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, AZ-İİ 296890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə doğulmuş, bu barədə akt qeydləri kitabında 1284 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından onlar faktiki olaraq ayrı yaşayırlar. İddiaçı hazırda xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən aliment tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını, cavabdehin 2-ci qrup əlil olmasını, həmçinin onun digər rəsmi gəlirləri barədə məlumatın olmamasını nəzərə alaraq, aliment tələbinin qismən təmin edilməsini, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə ödənilməlidir . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim : Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-884/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-884/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver