Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-91/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “xxxx” BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər “xxxx” BOKT QSC və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin icraatında 2(008)-3764/2015 saylı iş üzrə "xxxx" ASC-nin iddiaçıya qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulması tələbinə dair işi olmuşdur. "xxxx" MMC tərəfındən müvafiq iş üzrə ekspertiza keçirilmişdir və xx.xx.2019-cu il tarixli 192 saylı rəyinə əsasən, ipoteka predmeti olan iddiaçıya məxsus "Volvo-C 30" minik markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 4000 ( dörd min ) manat müəyyən edilmişdir. Ekspert rəyi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə təkrar ekspertiza keçirilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Belə ki, qeyd olunan rəyin özü kifayət qədər aydın deyil və işin mahiyyətini kəsb etsə də, bir neçə suala aydınlıq gətirilməmiş, ekspert qarşısında qoyulmuş suallara cavablar formal xarakter daşımış, ətraflı cavab verilməmişdir. Sözügedən iki səhifəlik ekspert rəyi ilə tanış olduqda, məlum olur ki, rəyin əmtəəşünaslıq hissəsində ekspert əşyanın adını sadəcə sadalamaqla ona müxtəlif qiymət vermiş, lakin, rəyin heç bir yerində həmin malın barədə hər hansı bir qeyd yoxdur. Belə olan təqdirdə, xx.xx.2019-cu il tarixli 192 saylı rəyində əmtəəşünaslıq üzrə ekspert bazar qiyməti dedikdə nəyi nəzərdə tutmuşdur, bu barədə də hər hansı məlumat göstərilməyib, yəni, həmin malların hansı bazarda satılması, hazırki qiymətinin nə qədər təşkil etməsi, həmin malların ümumiyyətlə hazırda satılması və ya həmin mallara yaxın məhsulların qiymətinə uyğun qiymətin haradan əldə edilməsi mənbəyi heç bir yerdə göstərilməmişdir. Ekspertiza qiymətləndirməni Milli Qiymətləndirmə Standartlarına uyğun aparmalı idi. Belə ki, qiymətləndirilən malın istehsal tarixi, texniki vəziyyəti, istismara yararlığı haqqında ekspert rəyində heç bir qeyd aparılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC tərəfindən qəbul olunmuş xx.xx.2019- cu il tarixli 192 saylı ekspert rəyinin qanunsuz və əsassız olduğundan ləğv olunması, iş üzrə təkrar ekspertiza keçirilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” MMC tərəfindən qəbul olunmuş xx xxxxxxx 2019-cu il tarixli 192 saylı ekspert rəyinin qanunsuz və əsassız olduğundan ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “xxxx” BOKT QSC və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Üçüncü şəxs “xxxx” BOKT QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi və rədd edilməsini xahiş etdi. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli etirazda da bildirilmişdir ki, iddiaçı '"xxxx” ASC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı “xxxx” ASC nin xeyrinə 18477 (on səkkiz min dörd yüz yetmiş yeddi) ABŞ dolları məbləğində əsas borc, 7500 (yeddi min beş yüz) ABŞ dolları faiz borcu, 1900 (bir min doqquz yüz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 27877 (iyirmi yeddi min səkkiz yüz yetmiş yeddi )ABŞ dolları borcun tutulması, tutmanın cavabdeh İddiaçı tərəfindən ipoteka qoyulmuş **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı (buraxılış ili 2008, ban- YV1MK**********56, rəngi-GÜMÜŞÜ METAL) avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)- 3764/2015 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. İpoteka qoyulmuş avtomobilin hərracdan satılması üçün “xxxx” MMC tərəfindən 04.10.219-cu il tarixli, 192 saylı rəyindən narazı qalan cavabdeh İddiaçı təkrar ekspertiza keçirilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İcraatda olan İddiaçı cavabdeh “xxxxnə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə” dair iddia tələbi üzrə 2(005)-582/2020 saylı mülki işdə İddiaçı mülkiyyətində olan **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı (buraxılış ili 2008, ban- YV1MK**********56, rəngi-GÜMÜŞÜ METAL) avtomobilinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar ekspertiza keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir, ekspert tərəfindən avtomobilə bazar dəyəri 8000 (səkkiz min) manat məbləğində qiymət qoyularaq bu barədə xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyi məhkəməyə təqdim edilmişdir. Qeyd etmək istərdi ki, ipoteka predmeti olan avtomobilin real vəziyyətinə vizual baxış keçirilmədən qiymətləndirməsi məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və qiymətləndirmə obyektinə aid məlumatlara əsasən həyata keçirilmişdir. Məlumat üçün bildirmək istərdi ki, Sabunçu rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)-3764/2015 saylı qətnaməsinin icrası ilə əlaqədar Sabunçu rayon İcra və Probasiva Şöbəsi tərəfindən qiymətləndirmə keçirilmiş və iddiaçıya məxsus ipoteka predmeti olan **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30“ markalı (buraxılış ili 2008, ban-YVlMK**********56, rəngi-GÜMÜŞÜ METAL) avtomobilə xx.xx.2019-cu il tarixdə ilkin satış qiyməti 4000 (dörd min) manat olmaqla birinci hərrac alıcı olmaması səbəbi ilə baş tutmamış, xx.xx.2020-ci il tarixdə isə ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 3400 (üç min dörd yüz) manata ikinci hərraca keçirilmiş və hərrac yenidən alıcı olmaması səbəbi ilə baş tutmamışdır. Bundan sonra avtomobil 3400,00 (üç min dörd yüz) manatdan 25% aşağı qiymətə, 2550,00 (iki min beş yüz əlli) manata “xxxx” QSC-yə təklifedilmişdir və “xxxx” QSC bu təklifə müsbət rəy bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin qoyulmuş qiymətə hərracda satılmamış avtomobil artırılmış qiymətə hərracda satılması mümkün deyil. Bu hal isə Sabunçu rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)- 3764/2015 saylı qətnaməsinin icrasını süni şəkildə uzadılması ilə nəticələnir. Əlavə olaraq “VOLVO-C 30” markalı minik avtomobilinə dair ehtiyat hissələri Azərbaycan avtomobil bazarında nadir tapiİması qeyd olunan avtomobil markalarının az istismar olunması və avtomobil bazarında gec satılmasını məhkəmənin diqqətinə çatdırır. Belə olduğu təqdirdə cavabdeh tərəfindən verilmiş iddia ərizəsinin məqsədi Sabunçu rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)-3764/2015 saylı qətnaməsinin icrasının süni şəkildə uzatmaqdan ibarətdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 192 №-li əmlakın qiymətləndirilməsi haqqında hesabatından görünür ki, **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı avtomaşın 4000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli QXM-297 saylı rəyindən görünür ki, İddiaçı məxsus **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı avtomobil 8000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Görünüyü kimi iddiaçı **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı avtomobilin “xxxx” MMC tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını bildirmişdir. Qiymətləndirici tərəfindən avtomobilin olduğundan yüksək məbləğə dəyərləndirildiyini iddia edir. Bu səbəbdən qiymətləndirmə hesabatının ləğv edilməsi və avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” MMC tərəfindən xx.xx.2019-cu ul tarıxli 192 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatda və məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının xx.xx.2020-ci il tarixli QXM-297 saylı rəyində mübahisəli avtomobilə müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq müşahidə edildiyindən, ləğv edilməsi xahiş edilən hesabat həqiqətə uyğun olmadığından qüvvədə qala bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cı il tarixli hesabat ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VOLVO-C 30” markalı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu ul tarıxli 192 saylı hesabatı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-91/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-91/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver