Məhkəmə qərarları › İş №2(005)-949/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-949/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-949/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 avqust 2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (əmək haqqı və digər gəlirləri nəzərə alınmaqla) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X11 01.02.2021-ci il tarixində məhkəmənin dəftərxana vasitəsilə iddia ərizəsinə əlavə təqdim edərək, Məhərrəmova (İsmayılova) Həqiqət Ramiz qızı ilə Cavabdeh arasında 29 avqust 2015-ci il tarixdə bağlanmış və 1923 № ilə qeyd edilmiş nikahın ləğv edilməsi, 12 avqust 2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (əmək haqqı və digər gəlirləri nəzərə alınmaqla) dörddə bir hissəsi miqdarında alimentin tutularaq Məhərrəmova (İsmayılova) Həqiqət Ramiz qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və hazırda nikahları pozulmamışdır. Birgə nikahdan 12 avqust 2016-cı il tarixdə X10 dünyaya gəlmişdir. Cavabdehlə nikahlarının pozulmamasına baxmayaraq birgə yaşamırlar və birgə təsərrüfat aparmırlar. Xeyli müddətdir ki, iddiaçı azyaşlı qızı ilə birlikdə valideynlərinə məxsus mənzildə yaşayır. İddiaçı hazırda işləmir, heç bir maddi gəliri yoxdur, heç bir kömək olmadan azyaşlı uşağa baxmaq, onun qida, geyim və digər xərclərini ödəmək çətindir. Bu səbəbdən də uşağın saxlanılması üçün xərclər nəzərə alınmaqla Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh hərbi qulluqçudur və hazırda “N” saylı hərbi hissədə xidmət edir. Cavabdehin aylıq digər gəlirləri də daxil olmaqla aylıq əməkhaqqının məbləği barədə ona məlumat (arayış) verilməsi ünün 07 noyabr 2020-ci il tarixli ərizə ilə AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət etmiş, AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin 12/2425 nömrəli 19 noyabr 2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, qanunvericiliyə əsasən hərbi qulluqçuların aldıqları pul təminatı barədə arayışlar məhkəmə orqanlarının və məhkəmədə vətəndaşın hüquqlarını müdafiə edən nümayəndənin sorğusu əsasında verilə bilər. Digər şəxslərə belə arayışların verilməsi mümkün deyildir. İddiaçı azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 122 A, mənzil 33-də yaşamaqla, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 4, mənzil 72-də pasport qeydiyyatındadır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin aliment hissəsində dəyişdirilməsi barədə ərizə təqdim verərək, 12.08.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250,00 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsini, barışıq üçün məhkəmə tərəfindən müəyyən edilmiş 3 aylıq müddət ərzində barışığın olmadığını, onların birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkün olduğunu və nikahın pozulmasına təkid etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 (atası) yazılı ərizə təqdim edərək, 12.08.2016-cı ildə doğulmuş X1 üçün cavabdehdən 200 AZN aliment tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14.02.2017-ci il tarixdə ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonu, Mahmudlu kəndində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 29 avqust 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 063183 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X7 arasında 29.08.2015-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1923 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərəmova soyadı verilmişdir; 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 28.08.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 827979 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X10 12.08.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – İddiaçıdır; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə X7 arasında 29.08.2015-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərəmova soyadı verilmişdir. Tərəflərin birgə nikahından 12 avqust 2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Uşaq hazırda iddiaçının yanında qalır. İddiaçı nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini onun nikahın pozulmasına razı olmaması kimi qiymətləndirmiş və onların barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmışdır. Həmin müddət ərzində barışıq əldə edilməmiş, iddiaçı hazırda da nikahın pozulmasına təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur; 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Beləliklə, məhkəmə, tərəflər arasında barışığın olmamasını, iddiaçının nikahın pozulmasına təkid etməsini nəzərə alıb, hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyrimümkündür və onların arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə eyni zamanda, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan 12 avqust 2016-cı il təvəllüdlü X6 valideynlərindən hansının yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məsələlərini həll edərkən müəyyən edilmişdir ki, iddiaçı uşağın onun yanında saxlanılmasını tələb edir. Cavabdeh 12 avqust 2016-cı il təvəllüdlü X1 üçün 200 AZN aliment tutulmasına razıdır. İddiaçı Cavabdeh 250 manat miqdarında alimentin tutulmasını tələb edir. Məhkəmə iddiaçının uşağın onun himayəsinə verilməsi barədə tələbini, uşağın artıq iddiaçı ilə yaşamasını, habelə uşağın təvəllüdünü, cavabdeh tərəfin uşağın saxlanılması üçün 200 manat alimentin ödənilməsinə razı olmasını və digər diqqətəlayıq halları nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş 12 avqust 2016-cı il təvəllüdlü X2 Həqiqət Ramiz qızının yanında qalmalı, onun saxlanılması üçün 200 manat aliment tutulmalıdır. Məhkəmə eyni zamanda, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan 12 avqust 2016-cı il təvəllüdlü X6 valideynlərindən hansının yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məsələlərini həll edərkən müəyyən edilmişdir ki, cavabdeh birgə nikahından olmuş uşağın iddiaçının yanında qalmasına etiraz etməmişdir, iddiaçı uşağın onun yanında saxlanılmasını tələb edir. Məhkəmə uşağın məsələyə münasibətini, habelə onun təvəllüdünü nəzərə alıb, onun valideynlərinin hansının yanında qalması məsələsinə münasibət bildirilməsi üçün mülki işin Bakı Şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında "X5 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası"na göndərməsinə hər hansı zərurət görməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, tərəflərin maddi və ailə vəziyyətini, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməli, 12 avqust 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə iddia verdiyi vaxtdan, yəni 14.12.2020-ci il tarixdən etibarən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 12 avqust 2016-cı il təvəllüdlü X10 İddiaçı yanında qalmalı, 12 avqust 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə iddia verdiyi vaxtdan, yəni 14.12.2020-ci il tarixdən etibarən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Məhərrəmova (İsmayılova) Həqiqət Ramiz qızı ilə Cavabdeh arasında 29.08.2015-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi nikahın bağlanması haqqında akt qeydləri kitabında 1923 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq 12 avqust 2016-cı il təvəllüdlü X10 iddiaçı Məhərrəmova (İsmayılova) Həqiqət Ramiz qızının yanında qalsın. 12 avqust 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Məhərrəmova (İsmayılova) Həqiqət Ramiz qızının xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği 14.12.2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar