Məhkəmə qərarları › İş №2(005)-995/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-995/2025

18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-995/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədova Təhminə Nazim qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanılması üçün özünə hər ay 100 (bir yüz) manat alimentin, mediasiya arayışının alınması üçün ödənilmiş 60 (altmış) manat və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 70 (yetmiş) manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o - İddiaçı Cavabdeh ilə 2022-ci ildə nikaha daxil olmuşdu. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adını verdiyi övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. onların bundan sonra birlikdə yaşamağı qeyri-mümkündür. Cavabdeh övladının saxlanılması və müəyyən xərcləri qarşılanması ilə bağlı heç bir köməklik etmir, sözün əsil mənasında ümumiyyətlə maraqlanmır. Daha sonra Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında 08 iyul 2022-ci ildə Səadət Sarayında bağlanmış, akt qeydi kitabında 1035 sayla qeydə alınmış nikahın pozulmasını, uşağın ananın himayəsində saxlanılmasını, uşağın saxlanılması üçün onun məvacibinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına və aylıq məvacibinə yönəldilməsinə, alimentin tutulmasının 2025- ci ilin yanvar ayından hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdular. Birgə nikahdan xx.xx.2023-cü il tarixdə bir uşaqları- X3 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri artıq bir neçə aydır ki, pozulmuş, ayrı-ayrı ünvanlarda yaşayırlar, ayrı təsərrüfat aparırlar. Ailə faktiki olaraq dağılmışdır. Ona görə də nikahın pozulmasını istəyir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, uşağın saxlanılması üçün alimentin tutulmasını istəyir. Qeyd edir ki, onılar faktiki ayrıldığı vaxtdan o hər ay vaxtı- vaxtında alimenti ödəmişdir və ödəyir. Bununla bağlı heç bir narazıçılıq aralarında olmamışdır. Qeyd edir ki, faktiki ayrı yaşasalar da, o daim uşağın xərclərini qarşılamışdır. Bildirir ki, işləyir, aylıq məvacibi onun aylıq qazancını təşkil edir. Uşağın ananın yanında qalmasına etiraz etmir. Alimentlə bağlı cavabdeh mediasiya prosesindən keçmişdir. O da qarşılıqlı iddia vermək hüququndan istifadə edərək, hazırkı nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsinə dair, birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsinə dair, mediasiya arayışı üçün ödənilmiş 60 (altmış) manat, iddia ərizəsinin tərtibatı üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirmək istəyir ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı "alimenl tələbinə dair” ilkin iddia üzrə, Cavabdeh İddiaçı qarşı ‘‘nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia üzrə 2(005)-995/2025 saylı mülki iş vardır. Həmin mülki iş üzrə hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Həmin mülki iş üzrə qeyd edir ki, onlar cavabdehlə artıq uzun müddətdir ki, 2024-cü il sentyabr ayından ayrı yaşayırlar. Belə ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh özü də etiraf etmişdir ki, onlar artıq uzun müddətdir ayrı yaşayırlar. Cavabdeh həmin vaxtdan övladının maddi tələbatını ödəməmiş, ayrı qaldıqları müddət ərzində övladının baxım xərclərini qarşılamamışdır. Belə olduğu təqdirdə Cavabdeh bir ata kimi övladının saxlanılması xərclərini qarşılamalıdır. Məhz bu səbəbdən də cavabdeh ayrı yaşadıqları vaxtdan yəni, xx.xx.2024-cü il tarixindən aliment öhdəliyini icra etməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, qarşılıqlı iddia tələbini müdafiə etdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səadət sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 510370 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2022-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1035 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adıgözəlov, arvada Adıgözəlova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV 904424 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş və 50 manat mediasiya və 10 manat kargüzarlıq xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 552209*****3257 saylı karta 400 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 552209*****6893 saylı karta 100 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 552209*****6893 saylı karta 100 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 552209*****6893 saylı karta 500 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 552209*****6893 saylı karta 600 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 552209*****6893 saylı karta 100 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, onların birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Habelə müəyyən olunur ki, tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur və hazırda tərəflər nikahın pozulmasına təkid edir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri üzrə aşağıdakıları qeyd edir: Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Belə olan halda, məhkəmə qarşılıqlı iddia tələbini nikahın pozulması hissəsində əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə nikahın pozulması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəaları, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 faktiki olaraq anası ilə yaşamağını və ona bağlılıqlarını, fikirlərini, onun yaşını, valideynlərinin mənəvi və şəxsi keyfiyyətlərini, valideynlərin hər biri ilə onun arasındakı münasibətləri və işin sair faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin nikahı pozularkən xx.xx.2023-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalmalıdırlar. Bundan başqa məhkəmə iddia tələbi üzrə alimentin tutulması ilə bağlı tələblərlə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-cü maddəsinə əsasən məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ər-arvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulacağını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən uşağın üç yaşına çatanadək iddiaçının özü üçün hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin gəlirləri baxımından ədalətli deyildir və bu tələb qismən, hər ay cəmi 50 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən, yəni tərəflərin faktiki olaraq nikah münasibətlərinə son qoyulduğu tarixdən başlayaraq hesablanmalıdır. Belə ki, həmin tarixdən iddiaçı və cavabdehin faktiki olaraq ayrı yaşadıqları tərəflərin öz izahatları ilə sübuta yetmişdir. Alimentin 2025-ci ilin yanvar ayından tutulmalı olmasına dair cavabdehin etirazının dəlillərinə münasibətdə isə, məhkəmə bildirir ki, qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) özü izahatlarında tərəflərin birgə nikah dövründə kredit götürdüklərini etiraf edir. İlk iddiaçı bildirir ki, təqdim edilmiş qəbzlər aliment ödənişi olmamışdır, həmin ödənişlər birgə nikah dövründə onun adına götürülmüş kredit öhdəliyi üzrə borcun ödənilməsi məqsədilə edilmiş, həmin kreditin ödənilməsindən sonra bəzən qalıq qalan məbləğləri isə cavabdeh aliment ödənişi kimi göstərmək istəyir. Məhkəmə, ilk iddiaçının istinad etdiyi dəlilləri əsaslı hesab edir və bildirir ki, iş üzrə təqdim edilmiş qəbzlərin surətlərinə əsasən, qarşılıqlı iddiaçı tərəfindən sentyabr ayı üzrə 700 manat, oktyabr ayı üzrə 200 manat, noyabr ayı üzrə 400 manat, dekabr ayı üzrə 500 manat kart vasitəsilə digər karta köçürülmüşdür. Lakin cavabdeh tərəfindən məhkəməyə, yuxarıda qeyd edildiyi kimi bu ödənişlərin məhz aliment öhdəlikləri üzrə ödəniş olmasını təsdiqləyən mötəbər sübutlar (tərəflər arasındakı yazışmalar və s.) təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh 60 (altmış) manat mediasiya xərci və iddia ərizəsinin tərtibinə görə 70 (yetmiş) manat məbləğində xərc iddiaçı Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızına ödənilməli, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən edilsin. Cavabdeh ilə Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızı arasında 08 iyul 2022ci ildə Səadət Sarayı Bakı Nikah evi tərəfindən qeydə alınmış və 1035 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2023-cü il təvəllüdlü X3 (anası) Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının yanında saxlanılsın. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixdən, xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı ilədək 50 manat miqdarında aliment tutularaq, iddiaçı Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə ödənilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci və iddia ərizəsinin tərtibinə görə 70 (yetmiş) manat məbləğində xərc iddiaçı Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızına ödənilsin. Qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar