Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1006/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi MƏmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 ASC-nin nümayəndəsi X4, Cavabdeh3 nümayəndəsi X7 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X3 iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2 ASC-nə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2 ASC-nə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus-570” markalı (rəngi-qara, Ban- JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə **-OE-***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmçinin buna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına verilmiş qeydiyyat sənədinin ləğv edilməsi, eləcə də həmin avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Lexus-570” markalı (Ban-JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə **-OE-***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin buna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına verilmiş qeydiyyat sənədinin ləğv edilməsi, eləcə də həmin avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilərək iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən ona məxsus “Lexus-570” markalı, **-VM-*** (hazırda **-XD-***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 16.12.2016-cı il tarixli, 707 №-li “Əmlakın qiymətləndirilməsi” barədə hesabatın, “Lexus-570” markalı, **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair keçirilmiş hərracın nəticələrinin və hərrac yolu ilə X6 ilə “Daşınar və Daşınmaz Əmlakın Satış X14” MMC arasında aparılmış 14/04 №-li, 03.03.2017-ci il tarixli “Açıq hərracın nəticələri haqqında” protokolun, həmin protokola əsasən alqı-satqının, eləcə də həmin avtomobilə dair adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi (iş № 2(005)-3936/2017, 21.08.2017-ci il) iddianı qismən təmin edərək “Daşınar və Daşınmaz Əmlakın Satış X14” MMC-nin “Açıq hərracın nəticələri haqqında” 14/04 №-li, 03.03.2017-ci il tarixli protokolu etibarsız hesab edilməsinə, “Lexus-570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədinin ləğv edilməsi barədə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.04.2018-ci il tarixli, 2(103)-3417/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(102)-7835/18 saylı qərarı ilə yuxarıda qeyd edilən Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılaraq qanuni qüvvəsini almışdır. Onun tərəfindən Nərimanov Rayon Məhkəməsinə iddia qaldırılaraq qeyd edilən avtomobilin üzərinə yekun məhkəmə aktı qəbul edilənədək həbs qoyulması barədə ərizə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin edilərək, icraatında olan 2(005)-3936/2017 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək X3 mülkiyyətində olan “Lexus-570” markalı (rəngi-qara, Ban- JTJHY00W4C4087735, buraxılış ili – 2012), **-OE-*** dövlət nömrə nişanlı (köhnə nömrə **-VM-***) avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, qeyd edilən avtomobilə dair heç bir hərəkət (alqı-satqı, bağışlama və s.) keçirilə bilməzdi. Lakin buna baxmayaraq ona məlum olmayan səbəbdən “Lexus-570” markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobili DİN-nin X17 İdarəsi tərəfindən axır nəticədə Cavabdeh3 Sənani oğlunun adına rəsmiləşdirilərək yeni **-XD-*** dövlət nömrə nişanı verilmişdir. O isə öz növbəsində, hazırda ləğv prosesində olan Cavabdeh2 ASC-dən kredit götürərkən 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsi bağlayaraq yuxarıda qeyd edilən avtomobili girov qoymuşdur. Beləliklə, müəyyən edilir ki, faktiki olaraq məhkəmə qərarlarına əsasən üzərində həbs olan avtomobil ilk olaraq qanunsuz şəkildə başqa şəxsin adına rəsmiləşdirilir, sonradan həmin avtomobil kredit müqaviləsinin təminatı kimi yüklü edilir. Nərimanov Rayon Məhkəməsinin 21.08.2017-ci il tarixli, 2(005)-3936/2017 saylı qətnaməsi qüvvəsini aldıqdan sonra (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(102)-7835/18 saylı qərarı), yəni qeyd edilən hərracın nəticələri və X3 adına verilmiş qeydiyyat sənədi ləğv edildikdən sonra, İddiaçı “Lexus-570” markalı, **-VM-*** (**-OE-***) dövlət nömrə nişanlı avtomobilə aid hüququ bərpa edilmişdir. Beləliklə, 12.12.2018-ci il tarixdən sonra qeyd edilən avtomobillə bağlı onun razılığı olmadan edilən hər hansı bir hərəkət qanunsuz hesab edilməlidir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2, iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, hələ yuxarıda qeyd olunan iddia tələbinə və onun əsasında verilmiş iddianın təmin tədbiri barədə ərizəyə Məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər qeyd olunan avtomobil mülkiyyətçisi tərəfindən satılmış, buna dair qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış və yekun olaraq DİN-in X16 İdarəsi tərəfindən qanunvericiliyin tələbinə uyğun rəsmiləşdirilərək, yeni **-XD-*** dövlət nömrə nişanı verilmişdir. Daha sonra isə yuxarıda qeyd olunan avtomobilin yeni mülkiyyətçisi həmin avtomobili Bank qarşısında götürmüş olduğu öhdəliyin yerinə yetirilməsi təminatı olaraq girov qoymuşdur. Göründüyü kimi İddiaçı tələbi əsassızdır. Avtomobilin alınmasına dair alqı-satqı müqaviləsi Cavabdeh3 Sənani oğlu ilə X8 arasında bağlanmışdır. Həmçinin 19.03.2018-ci il tarixli Kredit Müqaviləsinin təminatı kimi bağlanmış İpoteka Müqaviləsi də Cavabdeh3 Sənani oğlu ilə Cavabdeh2 ASC (bank lisenziyası ləğv edilməmişdən öncə) arasında bağlanmışdır. İddia ərizəsindən məlum olduğu kimi, İddiaçı hal-hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Sonda Cavabdeh2 ASC-nin nümayəndəsi X9 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Abdullayev Asif Abdulla oğlu iddia tələbinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli 2(005)-3936/2017 saylı qərardadının surətindən görünür ki, X3 mülkiyyətində olan “Lexus LX 570” minik markalı ** OE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(005)-3936/2017 saylı qətnaməsinin surətindən görünür ki, “xxxx” MMC-nin “Hərracın nəticələri haqqında” 14/04 nömrəli 03 mart 2017-ci il tarixli protokolu etibarsız hesab edilmiş, “Lexus-570” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilə dair X3 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədi ləğv edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(103)-3417/2018 saylı qətnaməsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(005)-3936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali MƏhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(102)-7835/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(103)-3417/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi Cavabdeh2 ASC-nin Azadlıq filialı ilə Cavabdeh3 arasında bağlanmış 19 mart 2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinə əsasən yaşayış sahəsinin tikintisi və təmiri məqsədi ilə Bank cavabdehə 66000 manat məbləğində, 36 ay müddətində kredit ayırılmasını öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh3 üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 19 mart 2018-ci il tarixində Cavabdeh2 ASC-nin Azadlıq filialı ilə 19 mart 2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsi bağlamışdır. İpotekaya qoyulan əmlak “Lexus LX 570” markalı ** XD *** dövlət nömrə nişanlı avtomobildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin çıxarışından görünür ki, “Lexus LX570” minik markalı 10VM006 nömrəli qeydiyyat nişanlı avtomobil 26 noyabr 2013-cü ildə İddiaçı mülkiyyətində olmuş, 11 aprel 2017-ci ildə “Lexus LX570” minik markalı 10OE088 nömrəli qeydiyyat nişanlı avtomobil hərrac protokolu əsasında X3 mülkiyyətinə keçmiş və 19 mart 2018-ci ildə “Lexus LX570” minik markalı 10XD003 nömrəli qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı “xxxx” İKB-nın xeyrinə cəmi 54700 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, həmin tutmanın İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş “Lexus 570” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin hərracın yekunları barədə 14/04 nömrəli 03 mart 2017-ci il tarixli protokoluna əsasən Nəsimi rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli icra vərəqəsinin və Nizami rayon İcra Şöbəsinin 18 yanvar 2017-ci il tarixli sifariş məktubundan əsasən hərraca çıxarılmış və İddiaçı məxsus “Lexus 570” markalı ** VM *** nömrə nişanlı avtomobil 4000 manata X1. Həmin hərracda alıcı qismində yalnız X8 iştirak etmişdir.İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən “xxxx” MMC-nin 16 dekabr 2016-cı il tarixli ekspert rəyindən məlumatı olmamışdır. İddiaçı “xxxx” MMC tərəfindən ona məxsus “Lexus-570” markalı, **-VM-*** (hazırda **-XD-***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 16.12.2016-cı il tarixli, 707 №-li “Əmlakın qiymətləndirilməsi” barədə hesabatın, “Lexus-570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair keçirilmiş hərracın nəticələrinin və hərrac yolu ilə X6 ilə “Daşınar və Daşınmaz Əmlakın Satış X14” MMC arasında aparılmış 14/04 №-li, 03.03.2017-ci il tarixli “Açıq hərracın nəticələri haqqında” protokolun, həmin protokola əsasən alqı-satqının, eləcə də həmin avtomobilə dair adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədinin ləğv edilməsi barədə tələblə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İlk öncə işə mahiyyəti üzrə baxılanadək Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli 2(005)-3936/2017 saylı qərardadı ilə X3 mülkiyyətində olan “Lexus LX 570” minik markalı ** OE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Yekunda Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(005)-3936/2017 saylı qətnaməsi ilə “xxxx” MMC-nin “Hərracın nəticələri haqqında” 14/04 nömrəli 03 mart 2017-ci il tarixli protokolu etibarsız hesab edilmiş, “Lexus-570” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilə dair X3 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədi ləğv edilmişdir. Həmin qətnamədən narazı qalan “xxxx” İKB ASC apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(103)-3417/2018 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(005)-3936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan “xxxx” İKB ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali MƏhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(102)- 7835/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(103)-3417/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qüvvədə olan məhkəmə aktlarına baxmayaraq “Lexus-570” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilə dair heç bir hərəkət keçirilə bilməzdi. Lakin buna baxmayaraq mübahisəli avtomobili DİN-nin X17 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına rəsmiləşdirilərək yeni **-XD-*** dövlət nömrə nişanı verilmişdir. Cavabdeh3 isə bundan istifadə edərək Cavabdeh2 ASC-nin Azadlıq filialı ilə 19 mart 2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsi bağlamış, Bank Cavabdeh3 66000 manat məbləğində, 36 ay müddətində kredit ayırılmasını öhdəsinə götürmüşdür. Cavabdeh3 üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 19 mart 2018-ci il tarixində Cavabdeh2 ASC-nin Azadlıq filialı ilə 19 mart 2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsi bağlamışdır. İpotekaya qoyulan əmlak “Lexus LX 570” markalı ** XD *** dövlət nömrə nişanlı avtomobildir. Halbu ki, 12.12.2018-ci il tarixdən sonra “Lexus LX 570” markalı avtomobillə bağlı iddiaçının razılığı olmadan edilən hər hansı bir hərəkət qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Beləliklə, yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktlarına əsasən iddiaçının tələbi əsaslı olduğu müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 390.2-ci maddəsinin tələbinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunula və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, “Lexus-570” markalı (Ban-JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə **- OE-***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına verilmiş qeydiyyat sənədi ləğv edilməli, həmin avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə Cavabdeh2 ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış, 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməli və qeyd edilən avtomobil Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilərək İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Lexus-570” markalı (Ban-JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə **-OE- ***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına verilmiş qeydiyyat sənədi ləğv edilsin. Həmin avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə Cavabdeh2 ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış, 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilsin və qeyd edilən avtomobil Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilərək İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1006/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1006/2021
27.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver