Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1023/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğvi və borc məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğvi və borc məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 616 nömrəli «Nisyə alqı-satqı» haqqında müqavilə bağlanmışdır. Eyni zamanda əsas müqavilənin icrası qaydasının müəyyən edilməsi məqsədi ilə tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi» bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə» və «Müqavilənin Əlavəsi»nə əsasən satış obyektlərinin bir hissəsi (Mini Nd:YAG; H5050 9 funksiyalı kombayn; Sentrifuqa və Dr.pen A6) xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına və qalan digər hissəsi (V-MAX Pro və Purisma) isə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən X4 təhvil verilmişdir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktları Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin aktlara əsasən o, «təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını» təsdiq etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin olaraq 23.400 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrasından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən qərəzli şəkildə bu günə kimi heç bir ödəniş edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli «Nisyə alqı-satqı» haqqında müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla «Sifarişçi», yəni Cavabdeh Cəmi oğlu, tərəfindən əsas müqavilənin icrası qaydasını müəyyən edən xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi»nin 2.2-ci bəndində qeyd edilmişdir: 2.2. Satış obyektinin toplam satış qiyməti iki cür razılaşdırılır; 2.2.1. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir; 2.2.2. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir. Satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən qəbul edilməklə sifarişin tam olaraq çatdırılmasının tamamlanması nəzərə alınaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün 24.000 manat məbləğində ödənişin 05 iş günü ərzində icra edilməsinə dair tərəflərindən xx.xx.2021-ci il tarixdə Cavabdeh məktubla müraciət edilmişdir (məktubun poçt vasitəsilə çatdırılması barədə bildirişə əsasən xx.xx.2021-ci il tarixdə qəbul edilib). Müraciətdə həmçinin qeyd edilmişdir ki, ödəniş edilmədiyi halda, sözügedən «Müqavilə Əlavəsi»nin 2.2.2-ci bəndi qüvvəyə minəcəkdir. Həmçinin, sözügedən müraciət məktubu Cavabdeh elektron poçt ünvanına da göndərilmişdir. Cavabdeh müqavilənin şərtlərinə və eyni zamanda müraciət məktubuna əsasən ödəniş etmək niyyətində olmadığını və həmçinin heç bir hüquqi əsası olmadan «Purisma» cihazının geri qaytarılmasını bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə tərəflərindən Cavabdeh ünvanına (həmçinin elektron poçt ünvanına) xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubundan qeyd edilmişdir: «Müqavilə Əlavəsinin 2.2.1-ci bəndinə əsasən 24.00 manat məbləğində ödəniş 05 iş günü ərzində icra edilmədiyi üçün Müqavilə Əlavəsinin 2.2.2-ci bəndi (Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir) və 2.3.2-ci bəndində qeyd edilən ödəniş qrafiki qüvvəyə minmişdir (X7 2.3.1-ci bəndi «Sifarişçi tərəfindən icra olunmadığı halda, X7 2.2.2-ci bəndində qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50.000 manat qüvvəyə minmiş hesab olunur və aşağıda qeyd edilən 19 mərhələdən ibarət olmaqla «Sifarişçi» tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır). Belə ki, «Sifarişi» tərəfindən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixdə təhvil aldığını nəzərə alaraq Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən ödəniş mərhələsi olan «Mərhələ 2» üzrə xx.xx.2021-ci il tarixdə olan 1477 manat məbləğində ödənişin icra edilməsi tələb edilmişdir». Göndərilmiş müraciət və xəbərdarlıq məktubuna Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, eyni məzmunlu məktublarla və eyni zamanda elektron poçt vasitəsilə cavab olaraq bildirmişdir ki, «Purisma» cihazı müasir tələblərə cavab vermir, müqavilə üzə sifariş vermiş cihazla təmin edilməmiş, «Purisma» cihazı xoşuna gəlmədiyi üçün geri qaytarılıb eynisi ilə və sifarişə uyğun müasir cihazla təmin edilməsini xahiş etmişdir. Cavabdeh sözügedən xx.xx.2021-ci il tarixli müraciətinə tərəflərdən xx.xx.2021-ci il tarixli məkətubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, «sizə xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi»nə uyğun məhsullar təhvil verilmişdir. Müraciətinizdə qeyd edildiyi kimi «yararsız cihazın geri qaytarılması» barədə istəyinizin heç bir hüquqi əsası yoxdur. Geri qaytarmaq istədiyiniz «Purizma» cihazında hər hansı texniki və ya digər bir problem yoxdur. Bu səbəbdən cihazın geri qaytarılması barədə təklifiniz tərəfimizdən qeyri-məqbul hesab edilmişdir». «Müqavilə Əlavəsi»nin 2.3.2-ci bəndinə əsasən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə 1477 manat, xx.xx.2021-ci il tarixdə 1477 manat və 17.11. 2021-ci il tarixdə 1477 manat, cəmi 4431 manat ödəməli olduğu halda qeyd edilən ödənişlər fiziki şəxs Cavabdeh tərəfindən qərəzli şəkildə icra edilməmişdir. Müqavilə Əlavəsinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqailəyə zidd əməl hesab olunur. Məlumat üçün bildirirlər ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış «Müqavilə» və «Müqavilə Əlavəsi» üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə tərəflərdən xx.xx.2021-ci il tarixdə Cavabdeh «Mediasiya prosesinin tətbiqi barədə» Təklif məktubu göndərilmişdir. Sözügedən məktubun çatmasından 10 gün çox müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir münasibət bildirilmədiyi üçün tərəflərdən xx.xx.2021-ci il tarixdə «Mediasiya prosesinin tətbiqi»nə dair Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator (X2, № 0056) tərəfindən 2021-007642 nömrəli iş üzrə mübahisənin qarşılıqlı həll edilməsi üçün tərəflərə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı dəvət məktubu göndərmişdir. İlkin medasiya sessiyasında iştirakı ilə bağlı ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq özünün və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Nəticə olaraq meditor (X2, № 0056) tərəfindən 2021-007642 nömrəli iş üzrə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq «İlkin mediasiya sessiyasında iştirak edilməməsi» (Cavabdeh münasibətlə) barədə arayış təqdim edilmişdir. Hesab edirlər ki, qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla iddia ərizəsi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış «Nisyə alqı-satqı» haqqında 616 nömrəli müqavilə öhdəliyin yaranması faktını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddət təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli «Nisyə alqı-satqı» haqqında Müqavilənin 4.1.1-ci bəndinə əsasən satış obyekti təhvil verildiyi gün ödənilməli məbləği və eyni zamanda Müqavilə Əlavəsində qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər tələb etmək «İcraçı»nın hüququ kimi müəyyən edilmişdir. Həmçinin Müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə əsasən bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir və mübahisələr "Tərəflər"in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Buna istinad edərək İddiaçı MMC tərəfindən cavabdehin ünvanına bir neçə dəfə olmaqla mübahisənin məhkəməyə qədər nizama salınması məqsədi ilə borcun ödənilməsi barədə xəbərdarlıq (həmçinin mediasiyaya müraciət olunub) məktubu göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyinin icrası istiqamtində heç bir addım atmamış, qanunvericiliyin və müqavilənin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin «Müqavilə Əlavəsi»nin 3.5-ci bəndində qeyd edilmişdir ki, bu Müqavilə imzalandığı andan «Sifarişçi» (Cavabdeh) qeyri-şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin qanunvericiliyin və müqavilənin bu tələbləri Cavabdeh tərəfindən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq ödənişlər edilmədiyi üçün pozulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli «Nisyə alqı-satqı» haqqında Müqavilənin 4.1.5-ci bəndinə əsasən «Sifarişçi» Müqavilə Əlavəsi ilə müəyyənləşdiirilmiş məbləği ödəmədiyi halda, «İcraçı» gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 1%-i miqdarında birdəfəlik cərimə ödənilməsini tələb etmək hüququna malikdir. Hesab edirlər ki, qanunvericiliyin və müqavilənin qeyd edilmiş tələbləri üzrə Cavabdeh gecikdirilmiş məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hesablanmış faiz və ya cərimə tələb etməkdə haqlıdırlar. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli,616 nömrəli «Nisyə alqı-satqı» haqqında Müqavilənin 1.1, 4.4.1-ci bəndləri və xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu İddiaçı MMC-nin müqavilə bağlanandan və satış obyektləri təhvil veriləndən sonra cavabdehin ödənişlərinə ümid etməsi, lakin Cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün İddiaçı MMC-nin ödənilməli olan pul vəsaitindən xeyli dərəcədə məhrum olmasında öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli,616 nömrəli «Nisyə alqı-satqı» haqqında Müqavilənin 9.2-ci bəndinə əsasən bu Müqaviləyə «İcraçı» tərəfindən «Sifarişçi»nin bu Müqavilə üzrə və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Müqavilə Əlavəsilə üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi halda birtərəfli qaydada xitam verilə bilər. «Müqavilə»nin 9.2.1-ci bəndinə əsasən Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Əgər Müqavilə ləğv edilən zaman tərəflərdən birinin digər qaşısında bu Müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyi qalmışsa, həmin tərəfin öhdəliyinə yalnız müvafiq öhdəliyin yerinə yetirilməsindən sonra xitam verilə bilər. Göstərilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli «Nisyə alqı-satqı» haqqında Müqaviləni ləğv etməklə həmin müqavilə üzrə qalıq borc məbləğ olan 26.600 manat borcun, 200 manat mediasiya xərcinin, 170,40 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda qətnamə qəbul olunan tarixədək müqavilə üzrə hər gecikdirilən gün üçün hesablanmış faizlərin (dəbbə pulunun, cərimənin) Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri icra edilmədiyi üçün Müqavilənin 4.1.5-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat 153 gün icra edilmədiyi üçün 2259,81 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 153 gün = 2259,81 manat); xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat 123 gün icra edilmədiyi üçün 1816,71 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 123 gün = 1816,71 manat); xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat 92 gün icra edilmədiyi üçün 1358,84 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 92 gün = 1358,84 manat); xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat 62 gün icra edilmədiyi üçün 915,74 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 62 gün = 915,74 manat); xx.xx.2022-ci il tarixdə ödənilməli olan 1477 manat 31 gün icra edilmədiyi üçün 457,87 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 31 gün = 457,87 manat), cəmi 6808,97 manat məbləğində cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli «Nisyə alqı-satqı» haqqında Müqaviləni ləğv etməklə həmin müqavilə üzrə qalıq borc məbləğ olan 26.600 manat borcun, 200 manat mediasiya xərcinin, 170,40 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda xx.xx.2021xx.xx.2022-ci il tarixləri əhatə edən müqavilə üzrə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış 6808,97 manat məbləğində cərimə borcunun Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmənin iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, müqaviləyə qol çəkən zaman etibarından suiistifadə edilib. Belə ki, ilk dəfə iddiaçıya malik olan müəssisənin binasına yaxınlaşdıqda onu çox mehriban qarşıladılar və məndə özlərinə qarşı inam yaratdılar. Sifariş verdiyi apparat gətiriləndə dərhal açıb baxmadı, onlara olan inamın buna vadar etdi. Sonrada o aparatın onun sifariş verdiyi apparat olmadığını görmüşdür. Özlərinin qeyd etdikləri nömrələrlə nə qədər əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verən olmadı. Məhsul hələ də işlədilməyib və qutudadır, qəbul vermək istəyir qəbul etmirlər. Odur ki, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. PLEXR tibbi avadanlığının və digər tibbi avadanlıqlarının alınması ilə bağlı iddiaçı şirkəti ilə razılığa gəlmişlər. Şirkətin səlahiyyətli nümayəndəsi adı qeyd edilən tibbi avadanlığı və digər ona lazım ola biləcək və müasir dövrün tələblərinə cavab verərək cihazları ona gətirə biləcəyinə söz vermişdir (PLEXR PRO). Müəyyən müddətdən sonra ona sənədləri və sertifikatı düzgün olmayan PURİSMA cihazı gətirmişdir. Həmin cihaz müasir tələblərə cavab vermir. Onun əlində daha vacib sübutlar və sənədlər vardır ki, yanlış gətirilən PURİSMA cihazı insan sağlamlığına əks təsir göstərir. Çıxılmaz vəziyyətdə qalmışdır. X3 görüşmək istəsə də, nəticəsi olmayıb. Rəsmi məktublarına, messajlarına və zənglərinə cavab verməmişdir. Müraciətdə ona cihaz işə yaramadığını, tibbi tələblərə və standartlara uyğun gəlmədiyini bildirmişdir. Mübahisəli tibbi avadanlığa bu günədək toxunmamışdır və istifadə etməmişdir. Çünki tibbi baxımdan insan orqanizminə ziyandır. Məhkəmə və ya onun özü tərəfindən mütəxəssis dəvət oluna və cihaza baxış keçirə bilər. Belə nəticəyə gəlmək olar ki, o, onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Təbii ki, faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq. Ona görə təklif etmişlər ki, bu cihazı aparsınlar, onlara lazım olanı gətirsinlər və onlar öz birliklərini davam etdirsinlər. Əhəmiyyəti olmadı. Hüquqi bazası olmayan iddia ərizəsində hazırki mübahisəyə aidiyyatı olmayan mülki hüquq normalarına istinad etmişdir. Hesab edir ki, hüquqi baxımından müqavilənin tələblərinə o, yox, iddiaçı tərəf əməl etməmiş və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddiaçı mediasiya qurumu ilə bağlı qeyd edir ki, guya onlar ora getməmişlər. Bu da növbəti bir uydurmadır. Onlar iştirak etmişlər. Əli Adıgözəlov cənablarının yanında iki dəfə olmuşlar və əksinə iddiaçı tərəf həmin mediasiyaya gəlməmişdir. İddiaçı göstərir ki, onları müqaviləni icra edirlər. İddiaçı onun istədiyi tibbi standartlara cavab verən PREXR PRO cihazını təhvil veribmi? Onun etibarından suiistifadə edərək yalnış cihaz gətirmişlər. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan «Sifarişçi» qismində Cavabdeh ilə «İcraçı» qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı haqqında 616 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, «Sifarişçi» Cavabdeh satış obyektini sifariş edib «İcraçı» İddiaçı MMC-yə razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, İddiaçı MMC isə Cavabdeh ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı (bundan sonra «Xidmət») öhdəsinə götürmüşdür. Göstərilməli «Xidmət» üzrə satış obyekti və onun satış qiyməti, bu Müqaviləyə əlavə edilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Müqavilə Əlavəsi ilə müəyyənləşdirilmişdir.
9. İş materiallarında olan «Sifarişçi» qismində Cavabdeh ilə «İcraçı» qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əlavəsinin təsdiq olunmuş surətindən görünür ki, göstərilməli «Xidmət» üzrə satış obyekti, satış obyektinin satış qiyməti, satış qiymətinin ödənilmə mərhələləri və tarixi: satış obyektinin təsviri: Mini Nd: YAG, H5050 9 funksiyalı kombayn, V-MAX Pro, Purisma, Sentrifuqa, Dr pen A6 (bənd 2.1). Satış qiymətinin toplam satış qiyməti iki cür razılaşdırılır (bənd 2.2.). Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir (bənd 2.2.1.). Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir (bənd 2.2.2.). X7 2.2.1-ci bəndinə əsasən razılaşdırılmış satış obyektinin toplam satış qiyməti 02 mərhələdən ibarət olmaqla «Sifarişçi» Cavabdeh tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gündən artıq olmayan müddət ərzində tam şəkildə icra olunmalıdır: Mərhələ 1: 23.400 manat (ödəniş məbləğ), xx.xx.2021-ci il tarixli (ödəniş tarixi), 24.000 manat (ödəniş sonrası qalıq məbləğ); Mərhələ 2: 24.000 manat (ödəniş tarixi) (bənd 2.3.1). X7 2.3.1-ci bəndi «Sifarişçi» Cavabdeh tərəfindən icra olunmadığı halda, X7 2.2.2-ci bəndində qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50.000 manat qüvvəyə minmiş hesab olunur və 19 mərhələdən ibarət olmaqla «Sifarişçi» Cavabdeh tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır: Mərhələ 1: 23.400 manat (ödəniş məbləğ), xx.xx.2021-ci il tarixli (ödəniş tarixi), 26.600 manat (ödəniş sonrası qalıq məbləğ); Mərhələ 2-18: 1477 manat (ödəniş məbləği); Mərhələ 19: 1491 manat (ödəniş məbləği) (bənd 2.3.2).
10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh qeyd olunmuş və 616 nömrəli müqavilə əsasında ona çatdırılmalı bütün predmetləri (Mini ND YAG, H5050 9 Funksiyası Kombayn, Sentrifuqa, Dr.Pen A6) təhvil almışdır. Onların öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və yuxarıda qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını imzası ilə təsdiq etmişdir.
11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh qeyd olunmuş və 616 nömrəli müqavilə əsasında ona çatdırılmalı bütün predmetləri (V Max Pro, Purisma) təhvil almışdır. Onların öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və yuxarıda qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını imzası ilə təsdiq etmişdir.
12. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 616 nömrəli «Müqavilə» imzalanmışdır. Eyni zamanda «Sifarişçi» tərəfindən əsas müqavilənin icrası qaydasının müəyyən edilməsi məqsədi ilə tərəflər arasında «Müqavilə»nin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi» imzalanmışdır. Satış obyektləri (Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V- Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6) xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Təhviltəslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli Təhvil-təslim aktları Cavabdeh tərəfindən imzalanmışdır və həmin sənədlərə uyğun olaraq «təhvil aldığınız predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiyi və qeyd olunmuş bütün predmetlərin arzu etdiyiniz keyfiyyətə sahib olduğu» təsdiq edilmişdir. Xüsusi olaraq vurğulamaq istəyirlər ki, «Müqavilə Əlavəsi»nin 3.5-ci maddəsinə əsasən bu Müqavilə imzalandığı andan «Sifarişçi» qeyri şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüş olur. «Müqavilə Əlavəsi»nin 2.2-ci maddəsində qeyd edilmişdir: 2.2. Satış obyektinin toplam satış qiyməti iki cür razılaşdırılır; 2.2.1. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir; 2.2.2. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir. Müqavilə Əlavəsinin 2.2.1-ci maddəsinə əsasən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən qəbul etməsini nəzərə alaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün Cavabdeh tərəfindən 24.000 manat məbləğində ödənişin 05 iş günü ərzində icra edilməsini xahiş edirlər. Cavabdeh tərəfindən ödəniş edilmədiyi halda, sözügedən müqavilənin 2.2.2-ci maddəsi qüvvəyə qüvvəyə minəcəkdir. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınması xahiş olunur.
13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 616 nömrəli «Müqavilə» imzalanmışdır. Eyni zamanda «Sifarişçi» tərəfindən əsas müqavilənin icrası qaydasının müəyyən edilməsi məqsədi ilə tərəflər arasında «Müqavilə»nin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi» imzalanmışdır. Satış obyektləri (Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V- Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6) xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Təhviltəslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli Təhvil-təslim aktları Cavabdeh tərəfindən imzalanmışdır və həmin sənədlərə uyğun olaraq «təhvil aldığınız predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiyi və qeyd olunmuş bütün predmetlərin arzu etdiyiniz keyfiyyətə sahib olduğu» təsdiq edilmişdir. Xüsusi olaraq vurğulamaq istəyirlər ki, «Müqavilə Əlavəsi»nin 3.5-ci maddəsinə əsasən bu Müqavilə imzalandığı andan «Sifarişçi» qeyri şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüş olur. Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətində bildirilmişdir ki, «Müqavilə Əlavəsinin 2.2.1-ci maddəsinə əsasən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən qəbul etməsini nəzərə alaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün Cavabdeh tərəfindən 24.000 manat məbləğində ödənişin 05 iş günü ərzində icra edilməsini xahiş edirlər. Cavabdeh tərəfindən ödəniş edilmədiyi halda, sözügedən müqavilənin 2.2.2-ci maddəsi qüvvəyə qüvvəyə minəcəkdir». Nəzərinə çatdırırlar ki, sözügedən müraciətlərinə əsasən Cavabdeh tərəfindən 24.000 manat məbləğində ödəniş 05 iş günü ərzində icra edilmədiyi üçün Müqavilə Əlavəsinin 2.2.2-ci maddəsi qüvvəyə minmişdir: «Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir». Yuxarıda qeyd edilənlərlə yanaşı bildirmək istəyirlər ki, Müqavilə Əlavəsinin 2.3.2-ci maddəsində qeyd edilən ödəniş qrafiki qüvvəyə minmişdir: «X7 23.1-ci bəndi «Sifarişçi» tərəfindən icra olunmadığı halda, X7 2.2.2-ci bəndində qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50.000 manat qüvvəyə minmiş hesab olunur və aşağıda qeyd edilən 19 mərhələdən ibarət olmaqla «Sifarişi» tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır. Belə ki, «Sifarişçi» tərəfindən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixdən Cavabdeh təhvil verildiyi nəzərə alsalar, Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən ödəniş mərhələsi olan «Mərhələ 2» üzrə xx.xx.2021-ci il tarixə olan ödənişi 1477 manat təşkil edir. Belə ki, Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 1477 manat ödənilməli olduğu halda qeyd edilən ödəniş Cavabdeh tərəfindən icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Nəzərinə çatdırmaq istəyirlər ki, bu kimi hal Mülki Məcəlləyə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Qeyd edilənləri nəzərə alaraq Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat pul vəsaitinin ödənilməsinə dair öhdəliyini 05 gün müddətində icra etməsini xahiş edirlər. Əks təqdirdə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün məhkəməyə müraciət etməklə, əsas borcla yanaşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada borcun ödənilməsini gecikdirdiyinə görə hər gecikdirilən gün üçün dəbbə pulu, dəymiş ziyanın əvəzinin ödənilməsi və əldən çıxmış fayda tələb olunacaqdır. Qeyd: Bu müraciətə Cavabdeh tərəfindən hər hansı bir rəsmi münasibət bildirilməməsi qanunvericiliyə uyğun olaraq hərəkətsizlik kimi qiymətləndiriləcək və nəticə etibarı ilə müvafiq məhkəməyə müraciət ediləcəkdir.
14. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli «Nisyə alqı-satqı» haqqında müqavilə üzrə xx.xx.2021ci il tarixə yaranmış müqavilə üzrə qalıq borc üzrə 26.600 manat, müqavilə müddəti, yəni xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən dövr ərzində müqavilə üzrə ödəniş məblğinin hər gecikdirilən gün üçün hesablanmış cərimə üzrə 6808,97 manat, mediasiya xərci 200 manat, dövlət rüsumu qismində ödənilmiş 170,40 manat, cəmi 33.779,37 manat məbləğində borcu qalmışdır.
15. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X6 İddiaçı MMC-nin təmsilçisi Nümayəndə tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisə üzrə xx.xx.2021-ci il tarixdə, 14.00-15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən poçt, telefon vasitəsi ilə məlumatlandırılmışdır. Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən mediator X1 200 manat mediasiya haqqı ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı haqqında müqaviləsinə və həmin tarixli müqavilə əlavəsinə əsasən iddiaçı satış obyektləri Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6 cavabdehdən almış və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. Müqavilə Əlavəsinin 2.2.1-ci bəndinə əsasən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilmişdir. Müqavilə Əlavəsinin 2.2.2-ci bəndinə əsasən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun iddiaçıya müqavilə üzrə qalıq borc üzrə 26.600 manat, cərimə borcu üzrə 6808,97 manat borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
19. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
21. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
22. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
23. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
25. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).
29. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı haqqında müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6 iddiaçıdan almışdır. Cavabdeh aldığı əmlaka görə pulun ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhviltəslim aktlarına əsasən həmin satış obyektləri cavabdehə təhvil verilmişdir.
33. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə xx.xx.2022-ci il tarixə ödənilməmiş 26600 manat əsas borc, 6808,97 manat cərimə borcu yaranmışdır.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
35. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
36. Məhkəmə qeyd edir ki, Cavabdeh nisyə alqı-satqı haqqında müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, təhvil-təslim aktında sifariş olunan əşyanın başqa əşya olmasına dair hər hansı bir qeyd etməmiş və bugünədək isə hər hansı ödəniş də etmədiyindən bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda iddiaçı nisyə alqı-satqı haqqında müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
37. Lakin cavabdeh özünə düşən vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi nisyə alqı-satqı haqqında müqaviləsinin ləğv edilməsi, 26.600 manat əsas borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
38. Məhkəmə iddia tələbinin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən müqavilə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış 6808,97 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, iddiaçının xeyrinə tutulacaq cərimə borcu 1600 manat məbləğində müəyyən edilməlidir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 170,40 manat məbləğində pul tutulmalıdır.
43. Məhkəmə iddia tələbinin 200 manat mediasiya xərcinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
44. Belə ki, Mediasiya Haqqında Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri , ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiya prosesindən məcburi keçməlidir. Lakin Hazırki mübahisə bunların heç birinə aid olmadığından və iddiaçı tərəf bu prosesi könüllü sürətdə etdiyindən qeyd olunan xərcin cavabdehdən tutulması qanuna uyğun deyildir.
45. Bu səbəbdən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
46. Məhkəmə həmçinin cavabdehin etirazına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf onun müqavilənin formal olaraq bağlandığını və bunun nəticəsində aldadıldığını qeyd etsədə bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bunun əksinə olaraq isə qeyd olunan avadanlıq ona təhvil-təslim aktı ilə təqdim olunarkən özü şəxsəm imza edərək razılaşmaqla təhvil almışdır. Bu hal isə qeyd olunan müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
47. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli «Nisyə alqı-satqı» haqqında müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli «Nisyə alqı-satqı» haqqında müqaviləsi üzrə 26.600 (iyirmi altı min altı yüz) manat əsas borc, 1600 (bir min altı yüz) manat məbləğində dəbbə pulu, 170,40 (yüz yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 28.370,40 (iyirmi səkkiz min üç yüz yetmiş manat, qırx qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli «Nisyə alqı-satqı» haqqında müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli «Nisyə alqı-satqı» haqqında müqaviləsi üzrə 26.600 (iyirmi altı min altı yüz) manat əsas borc, 1600 (bir min altı yüz) manat məbləğində dəbbə pulu, 170,40 (yüz yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 28.370,40 (iyirmi səkkiz min üç yüz yetmiş manat, qırx qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov