Məhkəmə qərarları › İş №2(006)-1031/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1031/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1031/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin əvəzləşdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3199/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra sənədi üzrə artıq ödənilmiş 12.275,88 manat aliment məbləğinin 2(006)-372/2019 saylı, xx xxxxx 2019-cu il icra sənədi üzrə ödəniləcək aliment məbləğindən çıxalması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, keçmiş həyat yoldaşım. xx xxxxxx 2013-cü il tarixli 2(006)- 3199/2013 icra sənədi üzrə tələbkar Cavabdeh mənə qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək onunla Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 881 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması, məndən yəni İddiaçı xx xxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh qızma ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq xx xxxxxx 2013-cü il tarixli 2(006)-3199/2013 nömrəli icra vərəqəsi icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsi icra olunması üçün Qaradağ rayon Sahil-Qazma İşlər İdarəsinə, nəzarət üçün isə Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin xx xxxxx 2014-cü il tarixli, 17/65-28/2 saylı məktubu ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-3199 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsi üzrə xx xxxxxx 2013-cü il tarixdə verilmiş icra vərəqəsi “İcra Haqqında" Azərbaycan Respublikası qanunun 10.1-ci və 24.1.2-ci maddələrinə əsasən qeydiyyat yeri üzrə icra edilməsi üçün geri qaytarılmışdır. İcra sənədi Nəsimi rayon icra şöbəsinə qaytarılsa da 2014-cü ilin fevral ayından başlayaraq işlədiyi “Kompleks qazma işləri trestində” aliment məbləği tutulmağa başlamışdır. 2015-ci ilin fevral ayında iş üzrə tələbkar Cavabdeh ilə barışmış, xx xxxxxx 2016-ci ildə 5 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyat Şöbəsində nikahları təkrarən 227 nömrə ilə qeydə alınmış, birgə nikahlarından xx xxxx 2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Tələbkarla barışdıqları üçün o xx xxxx 2015-ci il tarixdə Nəsimi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Nəsimi Rayon Məhkəməsinin 2(0061-3199/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsinin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Nəsimi rayon icra Şöbəsi tərəfindən icra sənədi məhkəməyə geri qaytarılsa da işlədiyi “Kompleks qazma isləri trestində” icra sənədinin qaytarılması barədə məktub göndərilməmişdir. Əgər icra sənədi seri qaytarılırdısa onun əsasında qəbul edilmiş bütün icra hərəkətləri dayandırılmalı idi. Lakin icra məmuru bunu etməmiş, icra sənədi üzrə aliment məbləği 2019-cu ilin oktyabr ayına kimi ondan tutulmuşdur. Bununla başlı dəfələrlə müvafiq icra şöbələrinə müraciət etsə də heç bir faydası olmamış, nə müraciətləri araşdırılmamış nə də ki, bu barədə ona məlumat verilməmişdir. Belə ki, 2014-cü ilin fevral ayından 2019-cu ilin oktyabr ayına kimi X4 xeyrinə 16670.39 manat aliment məbləği tutulmuşdur ki, bununda 12.275,88 manat məbləği icra sənədi məhkəməyə qaytarıldıqdan sonra tutulmuşdur. 2019-cu ildə münasibətləri Cavabdehın səhvi ucbatından təkrarən pozulmuş. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 372/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə yəni İddiaçı arasında bağlanmış nikah pozulmuş, xx xxxxxx 2009-cu il təvəllüdlü X10, xx xxxx 2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 anası Cavabdeh yanında saxlanılması, cavabdeh, yəni İddiaçı xx xxxxx 2019-cu il tarixindən başlayaraq xx xxxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 700 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-372/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədi icra olunması üçün Salyan rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən ondan 2019-cu ilin aprel-sentyabr ayları üçün yığılmış 3.500 (üç min beş yüz) manat məbləğində aliment borcu tələb olunmuşdur. Halbuki yuxarıda qeyd etdiyi kimi, onun 2015-ci ilin mart ayından 2019-cu ilin oktyabr ayına kimi 12.275.88 (on iki min iki yüz yelmiş beş manat səksən səkkiz qəpik) manat artıq ödənilmiş aliment pulu var idi. Qeyd olunanları icra məmurunun nəzərinə çatdırsa da ondan aliment borcu tələb olunmaqla yanaşı əgər ödənilməzsə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. Halbuki onun yox tələbkarın ona borclu olduğu məbləğ vardır. Hazırda göstərilən alment borcu məcburi qaydada onun əmək haqqından çıxılmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq artıq ödənilmiş aliment məbləği hazırki 2(006)-372/2019 saylı, xx xxxxx 2019cu il tarixli icra sənədi üzrə ondan tutulan aliment məbləği ilə əvəzləşdirilmir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)-3199/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhər Nəsimi Rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 881 nömrə ilə qeyd alınmış nikah pozulması, xx xxxxxx 2010-cu il təvəllüdlü X10 anası Cavabdeh yanında saxlanılması, X2 xx xxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-372/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər Nəsimi Rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 881 nömrə ilə qeyd alınmış nikah pozulması, xx xxxxxx 2010-cu il təvəllüdlü X10 anası Cavabdeh yanında saxlanılması, X2 xx xxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X7, xx xxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 700 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan 05 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T №032948 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx xxxx 2016-cı il təvəllüdlü X5 valideynləridir. İş materiallarında olan 05 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T №032947 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx xxxx 2017-ci il təvəllüdlü X6 valideynləridir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, tərəflər xx xxxxxx 2010-cu il təvəllüdlü X7 valideynləridir. İş materiallarında olan 05 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 007113 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2016-ci il tarixdə rəsmi nikah bağlayaraq, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-ci il tarixdə 227№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mənsimov, arvada Mənsimova verilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Məmmədov tərəfindən qəbul edilmiş xx xxxx 2015-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3199/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icrasız olaraq məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valimdeyinlər uşaqlarını saxlamağa borcludurlar. Uşağlarını saxlamağın qayda və formasını valideyinlər müstəqil müəyyən edirlər. Valideyinlər bu Məcəllənin 16-çı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə) saziş bağlamaq hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəf iddia tələbini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir və bundan başqa onun irəli sürdüyü tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar