Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-104/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə cavabdeh "X35 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və digər cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh5 vəkili Nümayəndə iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X3 cəlb etməklə cavabdehlər Cavabdeh1, "X35 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, "Cavabdeh3" Mənzil-Tikinti Kooperativinə və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh5 qarşı «ipoteka müqavilələrinin (sonrakı ipotekaların) etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X3 cəlb etməklə cavabdehlər Cavabdeh1, "X35 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, "Cavabdeh3" Mənzil-Tikinti Kooperativinə və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh5 qarşı «ipoteka müqavilələrinin (sonrakı ipotekaların) etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məlum olmuşdur ki, kürəkəninin tanışı olan Cavabdeh1, Cavabdeh3 Mənzil Tikinti Koperativi və “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında, həyat yoldaşı X16 ilə birgə nikah dövründə əldə etdikləri, yeganə yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu Cavabdeh5 tərəfındən xx.xx.2012-ci il tarixli 55084/1 nömrəli kredit müqaviləsinin təminatı kimi, xx.xx.2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsinin təminatı kimi, xx.xx.2015-ci il tarixli 001 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) təminatı kimi, üç tərəfli “İpoteka Müqavilələri”ni (sonrakı ipotekaları) qeydə almışdır. Kürəkəni Vaqiflə yaxınlıq edən Cavabdeh1 iddiaçının adından qanunsuz olaraq çıxış edərək, bu kredit əməliyyatlarını, ona bir dəfəyə və tam başqa məqsədlər üçün xx xxxxxx 2009-cu il tarixdə verilmiş AR-1 068312 saylı Reyesterdə 7-E-20-7688 Ns-li etibarnaməni öz xeyrinə istifadə edərək, onu dəfələrlə iddiaçının və yoldaşının mənafelərinə tam zidd olaraq istifadə etmiş, ayrı-ayrı vaxtlarda təsisçisi olduğu Cavabdeh3 MTK-nın adına xüsusi ilə külli miqdarda biznes kreditləri götürərək, iddiaçını yaşlı və köməksiz insan kimi cavabdeh bank qarşısında əlverişsiz vəziyyətə salmışdır. Hazırda iddiaçının 72 yaşı, etibarnamə tərtib olunanda isə 62 yaşı var idi. Bu səbəbdən də iddiaçı bir evdar xanım kimi adı çəkilən etibarnamənin mövcudluğunu belə artıq çoxdan yaddan çıxarmışdır. İddiaçı indi xəbər tutur ki, Cavabdeh1 adı çəkilən etinarnamədəki səlahiyyətlərini öz işçisi olan X11 ötürərək, sonuncunu iddiaçını heç tanımadığı halda natariusda əvəzindən çıxış etməyə sövq etmiş, özü isə cavadeh Cavabdeh3 MTK-nın adından çıxış edərək qeyd edilən qanun pozuntusuna yol vermişdır. Eyni zamanda bu silsilə və qaranlıq “İpoteka Müqavilələri”ni təsdiq edən cavabdeh notariat ofisi (kontoru) xüsusi notariusu Cavabdeh5 iddiaçının və həyat yoldaşının razılığını almamaqla ciddi qanun pozuntularına yol vermişdir. Göstərilənlərə əsasən, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Mənzil Tikinti Koperativi və “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair Bakı şəhəri 9 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu Cavabdeh5 tərəfindən bağlanan xx.xx.2012-ci il tarixli 55084/1 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli 001 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) “İpoteka Müqavilələri”nin (sonrakı ipotekaların) etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, Cavabdeh3 MTK-nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə mülki işə mahiyyəti üzrə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndsi və vəkili X20 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının kürəkəni Vaqiflə 20 ildir yaxınlıq edir. İlk olaraq 2012-ci ildə onun payı olan Cavabdeh3 Mənzil Tikinti Koperativinə biznes layihəsini başa vurmaq üçün külli miqdarda pula ehtiyyacı olmuşdur. “X35 Azərbaycan QSC ona bu pul məbləğini ayırmağa hazır idi, lakin onlara əlavə olaraq bir neçə tutarlı girov lazım idi. Bir gün məclislərin birində söz arası bu barədə ən Vaqifə məlumat vermişdir. Daha bir neçə gün sonra o özü onu yığaraq ona böyük inamı olduğundan, gələcəkdə əldə edəcəyi gəlirin bir hissəsinə onu da şərik edəcəyi təqdirdə, qaynanasının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti, ev 14 ünvanında yerləşən fərdi yaşayış evini müəyyən müddətə ipoteka ilə yüklü edilməsinə razılıq verdiyini bildirmişdir. Daha sonra yadına salmışdır ki, vaxtı ilə 2009-cu ilin noyabr ayında qaynanası üçün digər bir əmlakın alınması və sənədləşmə içinin görülməsi üçün onun adına verilmiş baş etibarnamə hal-hazırda da qüvvədədir. Vaqif ona bildirmişdir ki, narahat olmasın, qaynanası ilə danışacaq, o, yaşlı arvaddır, evdə onsuzda tam rahat yaşayır. Daha sonra bank əməkdaşları ilə natariusda olanda, mülkiyyətçinin həyat yoldaşının olması barədə ona heç bir məlumat verən olmamışdır. Əslində bu işlərdə birbaşa məsuliyyəti Vaqif daşıdığını hesab edir. Daha sonra dünyada böhran başladığından 2012-ci ilin kreditindən heç bir xeyir götürə bilmədiyindən, adı çəkilən fərdi yaşayış evini xx.xx.2014-cü il tarixdə həmin bankda təkrar yüklü edib bu vəsaiti, 2012-ci ildə götürdüyü kreditın bağlanmasına xərcləmişdir. Bundan sonra isə Cavabdeh3 Mənzil Tikinti Koperativinin tikınti layıhələrinı başa vurmaq üçün həmin əmlakı təkrar yüklü edib bir neçə dəfə kredit portfelindən faydalanmışdır. Hazırda kreditin ödənilməsini tam təmin edib İddiaçı xüsusi mülkiyyətini girovdan azad etmək istiqamətində işlər görür. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "X35 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb edərək iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, güya hazırda ona bəlli olmuşdur ki, kürəkəninin tanışı olan cavabdeh X21, Cavabdeh3 MTK və ''X35 Azərbaycan” QSC arasında bağlanılmış kredit müqavilələri üzrə götürülmuş kreditlərin təminatı olaraq, ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka müqavilələrinə əsasən bankda yüklü edilmişdir. Sonra qeyd edir ki, kürəkəni Vaqiflə yaxınlıq edən cavabdeh X21 onun adından qanurısuz olaraq çıxış edərək, ona bir dəfəyə və tam başqa məqsədlər üçün xx.xx.2009cu il tarixdə verilmiş AR-İ seriyalı 068312 saylı Reyesterdə 7-E-20-7688 nömrəli etibarnaməni öz xeyrinə istifadə edərək, onun və həyat yoldaşının mənafelərinə tam zidd olaraq istifadə etmiş, Cavabdeh3 MTK-nın adına kreditlər götürmüş, onu bank qarşısında əlverişsiz vəziyyətə salmışdır. Bu səbəbdən də o evdar xanım kimi etbarnamənin mövcudluğunu belə çoxdan yaddan çıxarmışdır. İndi xəbər tutmuşdur ki, cavabdeh X21 etibarnaməni üzrə səlahiyyətləri öz işçisi olan X11 ötürərək, əvəzindən natariusda çıxış edərək, özü isə Cavabdeh3 MTK-nin adından çıxış edərək qanun pozuntusuna yol vermişdır. Eyni zamanda qaranlıq ipoteka müqavilələrini təsdiq edən cavabdeh notarius RZ.Sadıqov iddiaçının və həyat yoldaşımın razılığını almamışdır. İddia ərizəsində göstərilənlər formal xarakter daşıdığından, hesab edir, bu iddia ilə məhkəməyə müraciət etməkdə məhz “xxxx” QSC-nə olan kredit borclarının bu üsulla ödəməkdən yayınmaq məqsədi daşıyır. Belə ki, iş üzrə Cavabdeh3 MTK ilə “X35 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 1.999.000 manat məbləğində kreditin, xx.xx.2015-ci il tarixdə kredit xəttinin açılması barədə müqaviləyə əsasən 700000 manat ayrılmış limit çərçivəsində xx.xx.2017-ci il tarixli 06 saylı Kredit sazişinə görə verilmiş 73.000 manat məbləğində kreditin, xx.xx.2017-ci il tarixli 07 saylı Kredit sazişinə görə verilmiş 68.000 manat məbləğində kreditin, xx.xx.2017-ci il tarixli 08 saylı Kredit sazişinə görə verilmiş 48.900 manat məbləğində kreditin, xx.xx.2017-ci il tarixli 09 saylı Kredit sazişinə görə verilmiş 444.000 manat məbləğində kreditin və xx.xx.2017-ci il tarixdə kredit xəttinin açılması barədə müqaviləyə əsasən xx.xx.2017-ci il tarixli 01 nömrəli Kredit sazişinə görə verilmiş 500.000 manat məbləğində kreditin verilməsi barədə kredit müqavilələri bağlanılmışdır. İpoteka qoyan İddiaçı ilə “X35 Azərbaycan” QSC-nin arasında “xxxx" MTK ilə “X35 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə yaranmış öhdəliyin təminatı olaraq xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli İpoteka müqavilələrinə əsasən ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank qarşısında götürülmüş öhdəliklər vaxtında icra edilmədiyindən, bank tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. İpoteka müqavilələrinin notariat kontorunda imzalanması ilə bağlı onu bildirmək istəyir ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə X17 verilmiş etibarnamə əsasında, xx.xx.2012-ci il tarixdə X13 X14 verilmiş etibarnaməyə görə X19 tərəfindən imzalanmışdır. Yəni, X15 tərəfindən X17 verilmiş etibarnaməyə əsasən həmin etibamamə üzrə səlahiyyət başqa şəxsə verilməsi təspit olunmuşdur ki, onun əsasənda X21 tərəfındən səlahiyyətlər X14 ötürülmuşdür. xx.xx.2019-cu il tarixdə X4 X17 verdiyi etibarnamədən görünən odur ki, ötürülmüş sahiyyətlər çərçivəsində həm də, ...bütün əmlakı idarə etməyi, bütün əqdləri, o cümlədən: ...əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq haqqında səlahiyyətlər verilmişdir. İddiaçının iddia etməsi ki, onun adından qanunsuz olaraq başqa məqsədlər üçün verilmiş etibarnamə üzrə hərəkətlər yerinə yetirilmişdir, heç bir hüquqi əsası yoxdur. Bundan başqa iddiaçının iddia etməsi ki, X17 verilmiş etibarnamə üzrə öz xeyrinə istifadə edib Cavabdeh3 MTK-nın adına kreditlər götürmüş, onu bank qarşısında əlverişsiz vəziyyətə salmışdır deməsinin həmçinin heç bir əsası yoxdur. Görünən isə odur ki, kreditin verilməsinə dair əqdlər hüquqi şəxs olan Cavabdeh3 MTK ilə bank arasında bağlanılmışdır. X21 hüquqi şəxsin təmsilçisi kimi müqavilələri imzalamışdır. İddiaçının iddia etməsi ki, ...ipoteka müqavilələrini təsdiq edən cavabdeh notarius Cavabdeh5 iddiaçının və həyat yoldaşının razılığını almamışdır deməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qanunverciliyə əsasən ipoteka müqavilələrinin notarial qaydada təsdiq edilməsi üçün ər/arvadın razılığı tələb olunur ki, buna dair notariat işində sübutlar vardır. Eyni zamanda, ipoteka qoyulması ilə bağlı razılıq ərizəsi olmadığı təqdir, ipoteka müqaviləsinin notarial qaydada təqdiq edilməsi mümkün deyildir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh5 vəkili Nümayəndə iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirdi ki, əmlakın ipotekaya qoyulması barədə məlumatsız olduğunu, ərizənin ona aid olmadığını əsas gətirmişdir. Məhkəmə tərəflərin izahalarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan MH seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam müılkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2012-ci il tarixli 55084/1 saylı ipoteka müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh3 MTK-nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli Ərizənin surətindən görünür ki, iddiaçının əri X18 iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən (sonrakı ipoteka) görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh3 MTK-nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən (sonrakı ipoteka) görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh3 MTK-nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli reyestrdə 7E-10089 nömrə ilə qeydə alınmış Ərizənin surətindən görünür ki, iddiaçının əri X7 adından X8 iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş və razı olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-154/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X9 qarşı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi tələbinə dair, müstəqil tələb irəli sürən X5 cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X9, Cavabdeh1, X6, "X35 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə və "Cavabdeh3" Mənzil- Tikinti Kooperativinə qarşı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012ci il tarixli 55084/1 saylı, xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələri ilə Cavabdeh3 MTK-nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin evin ipoteka qoyulmasına iddiaçının əri tərəfindən razılıq verilərək etiraz edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilələr xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə bağlanmış, lakin həmin tarixlərdən təqribən 8, 6 və 5 ildən artıq müddətlər keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə iddia ilə bağlı əlavə olaraq qeyd edir ki, iddia ərizəsində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla əsassızdır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının verdiyi etibarnamə və iddiaçının ərinin razılıq ərizəsi əsasında cavabdeh “X35 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir ki, həmin xüsusatlar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, məhkəmə tədqiqatı zamanı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X3 cəlb etməklə cavabdehlər Cavabdeh1, "X35 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, "Cavabdeh3" Mənzil-Tikinti Kooperativinə və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh5 qarşı «ipoteka müqavilələrinin (sonrakı ipotekaların) etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-104/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-104/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver