Məhkəmə qərarları › İş №2(006)-104/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-104/2022

12.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-104/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19.07.2014-cü il tarixli 637 №-li alqı-satqı müqaviləsi (07.06.2016, 20.09.2017, 03.10.2017, 22.05.2018-ci il tarixli əlavələri ilə birgə) ləğv edilməsi, 1 (bir) Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan minik avtomaşın Cavabdeh1 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsi, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 2100 manat 6 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1% miqdarında 30 günə görə 105 manat, qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1050 manat (180 günə görə 1155 manat cərimə borcu) cəmi: 3255 manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 637№-li 19.07.2014-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 1 (bir) ədəd Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 21386 (iyirmi bir min üç yüz səksən altı) manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəf ilkin ödəniş 1550 manat ödəməklə qalan 19836 (on doqquz min səkkiz yüz otuz altı) manat məbləği 36 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 551 (beş yüz əlli bir) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 19.07.2017-ci il tarixini müəyyən etmişlər. 07.06.2016-cı il tarixdə cavabdeh cəmiyyətə müraciət edərək müqavilənin müddətini 02.06.2018-ci il tarixinədək uzadaraq avtomobilin qalan dəyərini 11160 (on bir min yüz altmış) manat məbləği 24 aya bölünərək aylıq 465 (dörd yüz altmış beş) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 20.09.2017-cı il tarixdə cavabdeh cəmiyyətə müraciət edərək Müqavilənin müddətini 02.10.2020-ci il tarixinədək uzadaraq avtomobilin qalan dəyərini 15948 (on beş min doqquz yüz qırx səkkiz) manatı 36 aya bölünərək aylıq 443 (dörd yüz qırx üç) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 03.10.2017-cı il tarixdə cavabdeh yenidən ödənişlərdə dəyişiklik edərək avtomobilin qalan dəyərini 16992 (on altı min doqquz yüz doxsan iki) manatı 36 aya bölünərək aylıq 472 (dörd yüz yetmiş iki) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 22.05.2018-ci il tarixdə cavabdeh müqavilənin restrukturizasiya edərək yaranmış borclar hesabına avtomobilin dəyərini 36063 (otuz altı min altmış üç) manat qiymətləndirməklə müqavilənin müddətini 22.05.2022-ci il tarixinədək uzadaraq və avtomobilin qalan dəyərini 16800 (on altı min səkkiz yüz) manat məbləği 48 aya bölünərək aylıq 350 (üç yüz əlli) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin 5.2-ci yarımbəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Müqavilənin 5.1.2 yarımbəndinə görə “satıcı” yəni İddiaçı MMC "alıcı”-dan yəni cavabdehdən alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödənilməsini tələb etmək; 5.1.3-cü yarımbəndinə görə “Alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək; 5.1.4-cü yarımbəndinə görə “Alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, avtomaşının yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin “Alıcı”-nm əmlakına yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1 yarımbəndinə görə “Alıcı” maşının tam dəyərini alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3 yarımbəndinə görə “Alıcı” alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 on beş) gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 (on beş) gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşını təhvil verilməsi, qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomaşına görə ödənilmiş pulun "Satıcı” tərəfindən geri qaytarılmaması tələbini eyni zamanda gecikdirdiyi dövrdə yaranmış əsas borcu və faizləri ödəməyi qəbul edir. Müqavilənin 6.2.4 yarımbəndinə görə “alıcı” avtomaşının tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 4.2-ci yarımbəndinə əsasən, “Alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində cərimə ödəməlidir. Müqavilənin 4.3-ci yarımbəndinə əsasən, “Alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə növbəti aylar ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində cərimə ödəməlidir. Müqavilənin 9.2.2-ci yarımbəndinə əsasən Müqaviləyə əlavə edilmiş əsas ödəniş cədvəlinə əsasən “alıcı” öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə “Satıcı” tərəfindən ləğv edilə bilər. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 20813 (iyirmi min ) manat ödəniş etmişdir. O da 22.05.2018-ci ilin razılaşması üzrə 7355 (yeddi min üç yüz əlli beş) manat ödəniş etmişdir o da 21 ay dövrü əhatə edir. (2018-ci ilin iyun- 2020-cu ilin fevral ayları) 2020 cu ilin mart ayından etibarən cavabdeh İddiaçıMMC ödəniş üzrə borcu yaranmışdır və bununla da iddiaçıya 9445 (doqquz min dörd yüz qırx beş) manat əsas borcu qalmışdır. Cavabdeh 6 ay müddətində (2020- ci il mart- avqust ayları) ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 350 (üç yüz əlli) manat məbləği cəmi 2100 (iki min yüz) manatı ödəməmişdir. Cavabdehə müqavilə şərtinə riayət etmək aylıq ödənişləri ödəmək, yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin, o öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh avtomaşını aldığı gündən bu günədək İddiaçı MMC-2100 (iki min yüz) manat gecikmə borcu vardır. Beləliklə, cavabdeh müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək iddiaçıya ziyan vurmaqda davam edir. Eyni zamanda cavabdeh həmin gecikdirilmiş məbləğə görə əlavə 1% hər gün üçün 30 günə görə 105 (yüz beş) manat qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1050 (bir min əlli) manat cəmi: 3255 (üç min iki yüz əlli beş) manat ödəməlidir. Eyni zamanda 637 saylı 19.07.2014-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh1 zamin durmuş tərəflər arasında eyni tarixdə bağlanmış “zaminlik müqaviləsi”nə əsasən Cavabdeh2 "Satıcı” qarşısında öhdəlik daşıyır. Zaminlik müqaviləsinə əsasən Zamin “Satıcı” qarşısında “Borcödəyənin” müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. Öz növbəsində qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin 637 saylı 19 iyul 2014-cü il, 07.06.2016-cı il, 20.09.2017-ci il, 03.10.2017-ci il, 22.05.2018-ci il tarixli müqavilələrin ləğv edilməsi hissəsindən başqa digər hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən artıq ödənilmiş 6439 manat vəsaitin alınaraq ona ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq 20 000 manat vəsaitin alınaraq ona ödənilməsi, **-AC-*** dövlət nömrə nişanlı "Changan" markalı nəqliyyat vasitəsinin reyestrdə onun adına qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılması vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi haqda qətnamə çıxarılması, cavabdeh təşkilatın vəzifəli şəxslərinin əməllərində, yəni avtomobil barədə saxta sənədlərin hazırlanması və işlənmiş avtomobilin bərpa edilərək ona yeni adıyla satılması hərəkətlərində cinayət tərkibinin olmasının istisna edilmədiyi üçün xüsusi qərardad çıxararaq müvafiq prokurloğu verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı: “Sirena" MMC ilkin iddia üzrə cavabdehə qarşı ərizə ilə müraciət edərək, ona məxsus nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin ləğvi, adıçəkilən avtomobilin ondan alınaraq ilkin iddiaçıya verilməsi və toplam 3255 manat vəsaitin alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mən 2014-cü ildə ilkin iddiaçı ilə ** AC *** dövlət nömrə nişanlı nangan" markalı nəqliyyat vasitəsinin əldə edilməsi məqsədi ilə alqışı müqaviləsi imzaladım. Bu haqda iş materialında 19 iyul 2014-cü il tarixli, 637 saylı müqavilə mövcuddur. Nəqliyyat vasitəsini əldə etdiyi zaman ona bildirildi ki, avtomobil 2012-ci ildə istehsal edilsədə yürüşü 0 km-dir və ilk alıcısı odur. İlkin olaraq tərəfindən 2700 manat ödəniş edildi. Lakin, hazırda ilkin iddiaçının məhkəməyə təqdim etdiyi sənəddə həmin məbləğ 1500 manat kimi göstərilir. Əvvəllər avtomobil idarə etməmişdi. O səbəbdən də nəqliyyat vasitəsinin yeni və yaxud işlənmiş olduğunu təyin bilməmişdir. Yalnız avtomobili müəyyən müddət idarə etdikdən sonra ustaya müraciət etdikdən sonra müəyyən edildi ki, avtomobil öncələr idarə edilmiş qəza keçirmiş və bərpa edilərək ona təkrar satılmışdır. Bu məqsədlə dövlət orqanına saxta sənədlər təqdim edilmiş və ona verilən texniki pasportda buraxılış ili kimi 2014-cü il yazılmışdır. Beləliklə, həm ona qəzalı avtomobil təkrar 2-ci dəfə satılmış və ödədiyi ilkin məbləğ az qeyd edilmişdir. Daha sonra bildirmişdir ki, bütün bunlara baxmayaraq avtomobil üzrə ödənişləri vaxtlı-vaxtında edirdi. Lakin, bir müddət sonra Azərbaycan Respublikası manatının 2 dəfə devalvasiya etməsi səbəbindən bir çoxları kimi onun da maddi vəziyyəti çətinləşdi və ödəmələrdə gecikmələr yarandı. Bununla əlaqədar olaraq tərəfindən ilkin iddiaçıya müraciət edildi və 07 iyun 2016-cı il, 20 sentyabr 2017-ci il və 03 oktyabr 2017-ci il tarixli müqavilələr imzalanaraq, ödəniş müddətləri imzalandı. O, avtomobili aldığı zaman toplam şirkətə 21386 manat ödəməli idi. Tərəfindən hazırki ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, bu məbləğ 26625 manatdır. Lakin, iddia ərizəsində bu məbləğ 20813 manat 20813 manat göstərilir və qeyd edilir ki, hazırda onun ilkin iddiaçıya 9445 manat borcu qalmışdır. Beləliklə, ödəniş qəbzlərindən görünür ki, iddia tələbi bu hissədədə yanlışdır və məhkəməni çaşdırmağa hesablanmşdır. Əlavə edir ki, ilkin müqavilədə onun nəqliyyat vasitəsini aldığı qiymət 21386 manatdır. Ödədiyi məbləğ isə 27825 manatdır. Beləliklə, onun 6439 manat artıq ödəməsi mövcuddur. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Həmçinin, avtomobil reyestrdə ilkin iddaçı təşkilatın adındadır, ona faktiki olaraq lizinqə verilmişdir. İlkin iddiaçı hansı bir lizinq təşkilatı deyil və hazırki müqaviləni imzalamaq hüququ yox idi. Həmçinin bildirmişdir ki, o, avtomobililə 2017-ci ildə qəzaya uğramışdır. Şirkətə bu hadisə ilə əlaqədar müraciət edərək, təhqiqat aparan orqana yeni etibarnamə tələb edildiyini demişdir. Şirkətin vəzifəli şəxsləri hər dəfə bir bəhanə ilə ona bu sənədi verməkdən imtina edirdilər. Hətta bunun üçün ona 200 manat vəsait belə ödətdirsələr də etibarnaməni vermədilər. Sonradan ona məlum oldu ki, bunun səbəbi qarşılıqlı iddia üzrə cavabdehin etdiyi səhlənkarlıq səbəbindən müqavilə uzadılan zaman sığortanın uzadılmamasıdır. Halbuki, avtomobil mülkiyyətçisi "xxxx" MMC-dir. Şirkət nəticədə nəqlyyat vasitəsini təmir etdi və xərcləri 7000 manat hesablayaraq, həmin məbləği onun ödəyəcəyi məbləğin üzərinə gəldilər. Avtomobilin detallarına dəymiş zərər böyük deyildi və digər ustaların hesablamasına görə maksimum 1000 manat xərc tələb edərdi. Beləliklə, şirkətin səhvinə görə saxta hesablama əsasında ona əlavə 7000 manat borc hesablanmışdır. Hesab edir ki, hazırda məhkəmə ekspertiza keçirilməsi və zərərin real məbləğinin hesablanması üçün qərardad çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehin Seymur adlı əməkdaşı onun şirkətə yaxınlaşaraq məhkəmədən kənar barışığa gəlmək üçün dəvət etmişdir. Bütün baş verən qanunsuzluqlar nəticəsində ona külli miqdarda mənəvi zərər də vurulmuşdur. Belə ki onun vəziyyətindən istifadə edərək, onun üçün öncədən ağır şərtlər nəzərdə tutulan müqavilə imzalanmışdır. Hesab edir ki, müqavilənin ləğvi hissəsində ilkin iddia qəbul edilməli və avtomobilin dövlət reyestrində adına keçirilməsi üçün müvafiq sənədləşmə aparılması vəzifəsi ilkin iddiaçının üzrəinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi X3 ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh2 məhkəmə baxış iclasında iştirak etməmiş və qabaqcadan iştirak etməmələri ilə bağlı heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan 19 iyul 2014-cü il tarixli, 637 №-li alqı-satqı müqaviləsinə əsasən,”Sirena” MMC 1 (bir) ədəd Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan nəqliyyat vasitəsini Cavabdeh1 satmışdır. Bağlanmış müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 21.386 (iyirmi bir min üç yüz səksən altı) manat müəyyən olunmuşdur. Həmin müqavilənin 6.2.3-cü bəndinə görə alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşının təhvil verilməsi, avtomaşın yarasız olduğu və ya baxımsızlıqdan yarasız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin özünün əmlakına yönəldilməsini və avtomaşına görə ödənilmiş pulun satıcı tərəfindən geri qaytarılmaması tələbini qəbul etmək alıcının vəzifələri sırasında göstərilmişdir. İş materiallarında olan 19 iyul 2014-cü il tarixli, 637 №-li alqı-satqı müqaviləsi üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəf ilkin ödəniş 1550 manat ödəməklə qalan 19836 (on doqquz min səkkiz yüz otuz altı) manat məbləği 36 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 551 (beş yüz əlli bir) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 19.07.2017-ci il tarixini müəyyən etmişlər. İş materiallarında olan 07 iyun 2016-cı il tarixli, 637 №-li alqı-satqı müqaviləsindən görünür ki, 07.06.2016-cı il tarixdə cavabdeh İddiaçı MMC-yə müraciət edərək müqavilənin müddətini 02.06.2018-ci il tarixinədək uzadaraq, avtomobilin qalan dəyərinin 11160 (on bir min yüz altmış) manat məbləği 24 aya bölünərək aylıq 465 (dörd yüz altmış beş) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 sentyabr 2017-ci il tarixli, 637 №-li alqı-satqı müqaviləsindən görünür ki, 20.09.2017-cı il tarixdə cavabdeh İddiaçı MMC-yə müraciət edərək Müqavilənin müddətini 02.10.2020-ci il tarixinədək uzadaraq avtomobilin qalan dəyərini 15948 (on beş min doqquz yüz qırx səkkiz) manatı 36 aya bölünərək aylıq 443 (dörd yüz qırx üç) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 03.10.2017-cı il tarixdə cavabdeh yenidən ödənişlərdə dəyişiklik edərək avtomobilin qalan dəyərini 16992 (on altı min doqquz yüz doxsan iki) manatı 36 aya bölünərək aylıq 472 (dörd yüz yetmiş iki) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 may 2018-ci il tarixli, 637 №-li alqı-satqı müqaviləsindən görünür ki, 22.05.2018-ci il tarixdə cavabdeh müqavilənin restrukturizasiya edərək yaranmış borclar hesabına avtomobilin dəyərini 36063 (otuz altı min altmış üç) manat qiymətləndirməklə müqavilənin müddətini 22.05.2022-ci il tarixinədək uzadaraq və avtomobilin qalan dəyərini 16800 (on altı min səkkiz yüz) manat məbləği 48 aya bölünərək aylıq 350 (üç yüz əlli) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 iyul 2014-cü il tarixli, 637.1 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, borclu Cavabdeh1 satıcı ilə bağladığı müqavilənin şərtləri üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirənədək zamin Cavabdeh2 borcödəyən Cavabdeh1 ilə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 2023, 5065, 6077, 6973, 2611, 3552,1560, 4837, 2667, 6392, 3150, 6577, 4034, 404, 5296, 843, 6061, 6349, 7129, 624, 352A, 2073, 3083, 3312, 2968A, 3387A, 7203, 5916A, 519A, 2579A, 3360, 7730A, 5119, 11267A, 4100, 3696A, 4654A, 20166, 21595, 2518B, 0726G, 3354, 5942, 7248, 8804,10646, 11732, 12679, 2057 №-li İddiaçı MMC tərəfindən Cavabdeh1 verilən Etibarnamələrdən görünür ki, Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan nəqliyyat vasitəsi Cavabdeh1 B dərəcəsi üzrə idarə etməyə etibar edilmişdir. İş materiallarında olan Restrukturizasiya müqaviləsi üzrə Maliyyə arayışları və mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə müxtəlif vaxtlarda ödənişlər edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-4872/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadına əsasən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3541/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadına əsasən, Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan nəqliyyat vasitəsinin istifadəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli, 9/7313 №-li ekspert rəyindən görünür ki, 19.07.2014-cü il tarixli, 637 №-li alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 27.08.2021-ci il tarixə İddiaçı MMC-yə olan borcu 9445,00 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Sirena” MMC ilə Cavabdeh1 arasında 63 7№-li 19.07.2014-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı 1 (bir) ədəd Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 21386 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəf ilkin ödəniş 1550 manat ödəməklə qalan 19836 manat məbləği 36 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 551 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 19.07.2017-ci il tarixini müəyyən etmişlər. 07.06.2016-cı il tarixdə cavabdeh cəmiyyətə müraciət edərək müqavilənin müddətini 02.06.2018-ci il tarixinədək uzadaraq avtomobilin qalan dəyərini 11160 manat məbləği 24 aya bölünərək aylıq 465 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 20.09.2017-cı il tarixdə cavabdeh cəmiyyətə müraciət edərək Müqavilənin müddətini 02.10.2020-ci il tarixinədək uzadaraq avtomobilin qalan dəyərini 15948 manatı 36 aya bölünərək aylıq 443 (dörd yüz qırx üç) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 03.10.2017-cı il tarixdə cavabdeh yenidən ödənişlərdə dəyişiklik edərək avtomobilin qalan dəyərini 16992 manatı 36 aya bölünərək aylıq 472 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 22.05.2018-ci il tarixdə cavabdeh müqavilənin restrukturizasiya edərək yaranmış borclar hesabına avtomobilin dəyərini 36063 manat qiymətləndirməklə müqavilənin müddətini 22.05.2022-ci il tarixinədək uzadaraq və avtomobilin qalan dəyərini 16800 manat məbləği 48 aya bölünərək aylıq 350 (üç yüz əlli) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin 5.2-ci yarımbəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 20813 manat ödəniş etmişdir. Cavabdehin 2020-ci ilin mart ayından etibarən İddiaçıMMC-yə ödəniş üzrə borcu yaranmışdır və bununla da iddiaçıya 9445 manat əsas borcu qalmışdır. Cavabdeh 6 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 350 manat məbləği cəmi 2100 (iki min yüz) manatı ödəməmişdir. Cavabdehə müqavilə şərtinə riayət etmək aylıq ödənişləri ödəmək, yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin, o öhdəlikləri yerinə yetirməkdən imtina edir. Eyni zamanda 637 saylı 19.07.2014-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh1 zamin durmuş tərəflər arasında eyni tarixdə bağlanmış “zaminlik müqaviləsi”nə əsasən Cavabdeh2 "Satıcı” qarşısında öhdəlik daşıyır. Zaminlik müqaviləsinə əsasən Zamin “Satıcı” qarşısında “Borcödəyənin” müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. İş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, 19.07.2014-cü il tarixli, 637 №-li alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 27.08.2021-ci il tarixə İddiaçı MMC-yə olan borcu 9445,00 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə onun «Sirena MMC-yə borcu yaranmış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və lizinq obyektini iddiaçıya (lizinq verənə) geri qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin ləğvi tələbi onu ehtiva edir ki, müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmiş, lakin hazırda şəraitin dəyişməsi nəticəsində həmin müqavilənin icrası qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». İş materiallarında olan ekspertiza rəyinə əsasən, cavabdehin iddiaçıya 9445,00 manat məbləğində borcu olduğu müəyyən edilsə də, məhkəmə bu hissədə hesab edir ki, Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan nəqliyyat vasitəsi cavabdehdən alınıb iddiaçıya geri qaytarıldığından borc pulun tutulması hissəsində iddia tələbi əsassızdır və rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbinin müqavilələrin ləğv edilməsi hissəsindən başqa digər hissədə təmin edilməməsi, cavabdehə artıq ödənilmiş pulun və vurulmuş mənəvi zərərin geri qaytarılması, alqı-satqı müqaviləsi əsasənda əldə edilmiş avtomobilin iddiaçının adına qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etsə də, göstərdiyi halları sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir və bildirir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19.07.2014-cü il tarixli 637 №-li alqı-satqı müqaviləsi (07.06.2016, 20.09.2017, 03.10.2017, 22.05.2018-ci il tarixli əlavələri ilə birgə) ləğv edilməli, 1 (bir) Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan minik avtomaşın Cavabdeh1 geri alınıb İddiaçı MMC-yə təhvil verilməli, qarşılıqlı iddia tələbi isə rədd edilərək, ilkin iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh arasında bağlanmış 19.07.2014-cü il tarixli 637 №-li alqı-satqı müqaviləsi (07.06.2016, 20.09.2017, 03.10.2017, 22.05.2018-ci il tarixli əlavələri ilə birgə) ləğv edilsin. 1 (bir) Changan CS-35 AT markalı, 2012-ci buraxılış ili, tipi universal, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** AC *** olan minik avtomaşın Cavabdeh1 geri alınıb İddiaçı MMC-yə təhvil verilsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar