Məhkəmə qərarları › İş №2(006)-1049/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1049/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1049/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla, cavabdeh İcbari Sığorta Bürosuna qarşı «sığorta ödənişinin ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı «sığorta ödənişinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daimler Chrysler C180 minik” markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşına görə iddiaçının sığorta vəsaiti hesabına ödənilmiş 1500 manat sığorta ödənişinin ləğv edilməsi və ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İcbari Sığorta Bürosu və Azərbaycan Respublikası Mərkəzi Bankı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əsl cavabdeh İcbari Sığorta Bürosu ilə əvəz edilməsini, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını, eyni zamanda iddia tələbini dəqiqləşdirərək, icbari sığorta üzrə sığorta haqqının hesablanmasında ona tətbiq edilmiş və əsassız olaraq ləğv edilmiş bonusların bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti əsl cavabdeh İcbari Sığorta Bürosu ilə əvəz edilmiş, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Daimler Chrysler C180 minik” markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi X4r. Həmin avtomaşına idarə etməyə görə M.Bağırov ona 30 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən 2017-ci ilin oktyabr ayında sözügedən avtomaşını idarə etmək məqsədilə Cavabdeh2 sürücülük vəsiqəsinin müddətində idarə etməyə vermişdir. Cavabdeh2 “Daimler Chrysler C180 minik" markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşına görə verdiyi etibarnaməni 2020-ci ildə ləğv etmiş və həmin avtomaşını mülkiyyətçi X5 qaytarmışdır. X7 21 avqust 2022-ci ildə 9 il 11 ay 24 gün müddətinə avtomaşını Cavabdeh2 idarə etməyə vermişdir. Nəqliyyat vasitəsi Cavabdeh2 idarəetməsində olan zaman icbari qaydada sığortalanmış və PDS**********5 saylı sığorta şəhadətnaməsi verilmişdir. Cavabdeh2 16 aprel 2022-ci ildə “Daimler Chrysler C180 minik" markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən avtoqəza hadisəsi törətmiş və avtoqəza səbəbindən bir nəfər şəxs bədən xəsarəti almışdır. Həmin şəxsə (qadına) sığorta ödənişi onun adından edilmişdir. Hal-hazırda digər bir avtomaşın almışdır. Həmin avtomaşını icbari sığorta etdirmək üçün sığorta şirkətinə müraciət etdikdə ona bildirilmişdir ki, onunla bağlanmış icbari sığortaya görə sığortasına əsasən 1500 manat sığorta ödənişi edilmişdir (16 aprel 2022-ci ildə xəsarət alan şəxsə). Bu zaman ona hər hansı bir məlumat verilməmiş, sığorta ödənişi üçün razılığı alınmamışdır. Cavabdeh2 2021-ci ilin oktyabr avının 15-də “Daimler Chrysler C180 minik” markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşını icbari sığorta edərkən onun xəbəri və icazəsi olmadan, habelə onun həmin avtomobilə heç bir hüququ olmadan adına icbari sığorta yazılmışdır. Nəticədə yeni aldığı avtomaşını sığorta etdirərkən (xx.xx.2022-ci il) aşkar olunmuşdur ki, onun adına avtoqəza var və tibbi sığortadan 1500 manat pul çıxarılmışdır. Ona bildirilmişdir ki, yeni aldığı avtomaşını icbari sığorta etdirmək üçün 225 manat ödəməlidir. Əslində 75 manat icbari sığorta ödənişi etməlidir. Bundan sonra cavabdehə müraciət etmiş, müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, PDS********** saylı sığorta şəhadətnaməsi ilə “Daimler Chrysler C180 minik” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada şirkətlə digər şəxs tərəfindən 15 oktyabr 2022-ci il tarixdə sığortalanmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, X3 mülkiyyətində olan "Daimlər Chrysler C180 minik" markalı **-CB- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli, ƏN-V 501670 nomrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə əsasında Cavabdeh2 idarə etməyə vermişdir. Sözügedən avtonəqliyyat vasitəsi sonuncunun sahibliyində və istifadəsində olduğu müddətdə şəxs avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında sığortalanması məqsədilə Şirkətə müraciət etmiş, buna müvafiq olaraq, avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində PDS********** nömrəli icbari sığorta müqaviləsi əsasında Şirkət tərəfindən sığortalanmışdır. Lakin avtonəqliyyat vasitəsi sığortalandığı zaman Cavabdeh2 adına deyil, İddiaçı adına sığortalanmışdır. Həmin icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə xx.xx.2022-ci il tarixində Cavabdeh2 sığortalanmış avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə yolda piyada qismində hərəkətdə şəxsi vuraraq ona az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Sonuncu, baş vermiş sığorta hadisəsi nəticəsində sağlamlığına dəymiş zərərlə əlaqədar sığorta ödənişinin verilməsi tələbiylə bağlı Şirkətə müraciət etmiş, toplanmış sənədlər əsasında və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə uyğun olaraq, baş vermiş sığorta hadisəsinə görə Şirkət tərəfindən zərərçəkən üçüncü şəxsə 1500 manat məbləğində sığorta ödənişi verilmişdir. Sığorta hadisəsinin baş verməsində “Daimler Chrysler C180 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən - Cavabdeh2 təqsirli hesab edildiyi, həmçinin avtomobil həmin vaxt İddiaçı adına sığortalandığı üçün avtomobillərin icbari qaydada sığortalanması zamanı sonuncuya tətbiq olunan bonuslar ləğv edilmişdir. Buna görə də, iddiaçı digər bir avtomobilin icbari qaydada sığortalanması ilə əlaqədar müraciət etdiyi zaman, şəxsin adına sığorta hadisəsi qeydə alınmış olduğundan, sığorta haqqı yüksək müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, hazırkı sığorta münasibətində iddiaçının hər hansı iştirakı olmadığı halda onun əlaqəsi olmadığı bir sığorta hadisəsi nəticəsində ona hesablanmış bonuslar ləğv edildiyindən, bonusların bərpa olunmasına köməklik göstərilməsi məqsədilə, sığorta hadisəsi ilə əlaqədar toplanmış materiallar əlavə edilməklə, Şirkət tərəfindən İcbari Sığorta Bürosuna müraciət edilmişdir. Lakin bonus sisteminin tənzimlənməsi, o cümlədən bonusların bərpa olunması İcbari Sığorta Bürosunun səlahiyyətlərinə aid olduğundan, Şirkətin qeyd olunan prosesə müdaxiləsi qeyri-mümkün olduğu kimi, Şirkətin hər hansı təqsiri də mövcud deyildir. İşin hallarına əsasən, Şirkətdə icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsinin sahibinin, törədilməsində təqsirli hesab edildiyi sığorta hadisəsi nəticəsində zərərçəkən üçüncü şəxsin sağlamlığına dəymiş zərərə görə ödənilmiş sığorta ödənişinin ləğv edilməsinin hər hansı hüquqi əsası mövcud deyildir və iddiaçıya yüksək məbləğdə sığorta haqqının hesablanması həmin sığorta ödənişinin ləğvi üçün əsas təşkil edə bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AB seriyalı 405895 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daimler Chrysler C180 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X3 adına qeydiyyata alınmışdır. AN-Vİ seriyalı 171279 saylı etibarnamədən görünür ki, X1 Tehran Allahverən oğluna “Daimler Chrysler C180 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. PDS********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Daimler Chrysler C180 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığortalı qismində iddiaçı göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 10-08-259 saylı məktubdan görünür ki, Büronun elektron informasiya sistemində etibarnamənin qüvvədə olub-olmaması ilə bağlı məlumatlar mövcud deyil və kağız daşıyıcıda etibarnamənin qüvvədən düşməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan başqa, yuxarıda qeyd olunan məlumatların hər-hansı birinin təqdim edildiyi təqdirdə vətəndaşa tətbiq edilmiş bonus-malus əmsalına yenidən baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.1-ci bəndinə əsasən Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X7 mülkiyyətində olan "Daimlər Chrysler C180 minik" markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli, ƏN-V 501670 nomrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə əsasında Cavabdeh2 idarə etməyə vermişdir. Sözügedən avtonəqliyyat vasitəsi Cavabdeh2 sahibliyində və istifadəsində olduğu müddətdə avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində PDS********** nömrəli icbari sığorta müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Lakin avtonəqliyyat vasitəsi sığortalandığı zaman Cavabdeh2 adına deyil, İddiaçı adına sığortalanmışdır. Həmin icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə - xx.xx.2022-ci il tarixində Cavabdeh2 sığortalanmış avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə yolda piyada qismində hərəkətdə şəxsi vuraraq ona az ağır dərəcəli bədən xəsarəti yetirmiş və nəticədə baş vermiş sığorta hadisəsinə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən üçüncü şəxsə 1500 manat məbləğində sığorta ödənişi verilmişdir. Sığorta hadisəsinin baş verməsində “Daimler Chrysler C180 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh2 təqsirli hesab edildiyi, həmçinin avtomobil həmin vaxt İddiaçı adına sığortalandığı üçün avtomobillərin icbari qaydada sığortalanması zamanı İddiaçı tətbiq olunan bonuslar ləğv edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi sığorta müqavilələri üzrə tətbiq olunan güzəştlər və əlavələr (bonus) tətbiq edilməklə sığorta haqlarının artması və ya azalması nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsindən asılıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi “Daimler Chrysler C180 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş sığorta hadisəsinə görə sığorta müqaviləsi üzrə iddiaçıya tətbiq edilməli olan güzəştlər və əlavələr (bonus) ləğv edilmişdir. Halbuki, həmin sığorta hadisəsi iddiaçının təqsirindən baş verməmiş, avtomobilin mülkiyyətçisi iddiaçı deyil, habelə avtomobili idarə etmək səlahiyyəti iddiaçıya verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Avto icbari sığorta üzrə sığorta haqqının hesablanmasında İddiaçı tətbiq edilmiş və ləğv edilmiş bonuslar bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar