Məhkəmə qərarları › İş №2(006)-1049/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1049/2024

04.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1049/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ödənilməmiş əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ödənilməmiş əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə bir faiz olmaqla ödənc ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 15 avqust 1998-ci il tarixindən sabiq "xxxx"nda əmək fəaliyyətinə başlamışdır. Müxtəlif vəzifələrdə çalışmışdır. 03 oktyabr 2022-ci il tarixindən 16 noyabr 2022-ci il tarixinədək AAHM-də, 26 avqust 2002-ci il tarixindən 07 mart 2006-cı il tarixinədək "xxxx" MMC-də müvəqqəti olaraq rəis vəzifəsini icra etmişdir və həmin tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Uzun müddət keçməsinə və dəfələrlə müraciət və şikayət etməyinə baxmayaraq bu günədək son haqq-hesabı ödənilməmişdir. Bu barədə etdiyi şikayət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsində araşdırılmış, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilmiş və barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 14 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Əmək mübahisəsinin mediasiya vasitəsi ilə həll olunması barədə mediasiya şurasına müraciət etmişdir, lakin cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. Cavabdehdən ödənilməmiş əmək haqqının könüllü ödənilməsini tələb etsə də, müraciətlərinin bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh "xxxx" MMC ilə onun arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır, işəgötürən "xxxx" MMC işlədiyi müddət ərzində ona ödənilməli olan əmək haqqını könüllü ödəməkdən imtina edir, 26 avqust 2002-ci il tarixində həmin vəzifədən azad olunsa da, işəgötürən tərəfindən əmək haqqı bu günədək ödənilməmişdir. Ona görə də cavabdehin həmin hərəkətlərinin qanunsuz sayılması və ona ödənilməli olan əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə bir faiz olmaqla ödənc ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 02 sentyabr 1996-cı il tarixindən 22 iyul 2022-ci il tarixinədək olan müddət üzrə son haqq-hesabı daxil olmaqla ona 7.000 manat məbləğində pul ödənilməli idi. Həmin məbləğin 2.500 manat məbləğini 2022-ci ilin oktyabr ayında almışdır. Hazırda cavabdeh “B.Sərdarov adına Maşınqayırma Zavodu" MMC-nin ona 4.500 manat məbləğində borcu qalmışdır. 03 oktyabr 2022-ci il tarixindən 16 noyabr 2022-ci il tarixədək olan müddət üzrə əmək haqqı ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" MMC-də ona ödənilməmiş 550 manat əmək haqqı borcu qalmışdır. Uzun müddət keçməsinə və dəfələrlə müraciət və şikayət etməyinə baxmayaraq bu günədək son haqq-hesabı və qalıq əmək haqqı ödənilməmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur, işəgötürən "xxxx" MMC işlədiyi müddət ərzində ona ödənilməli olan əmək haqqını könüllü ödəməkdən imtina edir, 26 avqust 2022-ci il tarixində həmin vəzifədən azad olunsa da, işəgötürən tərəfindən əmək haqqı bu günədək ödənilməmişdir. Ona görə də cavabdehin həmin hərəkətlərinin qanunsuz sayılması və ona ödənilməli olan əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə bir faiz olmaqla ödənc ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Sonda o, cavabdeh “B.Sərdarov adına Maşınqayırma Zavodu" MMC-dən onun xeyrinə 03.10-xx.xx.2022-ci il dövrü üzrə ödənilməmiş 550 (beş yüz əlli) manat məbləğində əmək haqqı borcunun və 2022-ci ilin oktyabr ayından məhkəmə qətnaməsi çıxarılanadək olan dövr üzrə ödənilməmiş 4500 manat məbləğində pulun hər gecikdirilmiş gün üçün bir faizi məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC Mühafizə şöbəsində AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 2 (iki) ay müddətinə müvəqqəti olaraq rəis vəzifəsinə işə qəbul edilib. xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməklə işdən azad edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 3-17-5/2-Q-14011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd edilən məsələlərin araşdırılması məqsədilə "xxxx" MMC-nin (ünvan 1 ünvanına 3- 17-5/2-7023/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, lakin poçt xidmətinə məxsus f-20 formasında “zavod köçmüşdür“ qeyd edilərək məktub geri qaytarılmışdır. Həmçinin tələb olunan sənədlərin təqdim olunması məqsədilə müəssisənin elektron (mailto:sales@bsardarov.azElektron ünvan ) ünvanına da məktub göndərilmişdir. Lakin tələb olunan müvafiq sənədlər təqdim edilməmişdir. Müraciət ilə əlaqədar Bakı Dost Mərkəzinə təqdim etdiyi izahatdan, əmək haqqı bank çıxarışından və həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən "xxxx" MMCnin rəhbərliyi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi, son haqq-hesabın bu Məcəllənin 172-cı maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozularaq ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən "xxxx" MMC-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş son haqqhesabın Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 30 (otuz) gün ərzində hesablanıb ödənilməsi üçün müəssisə rəhbərliyinə məktub ünvanlanmışdır. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış əmək haqqının ödənilməsi ilə bağlı ərizə xx.xx.2023-cü il tarixdə poçtla göndərilmiş və müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən ünvanlanmış “Mediasiya prosesinin tətbiqi barədə təklif” "xxxx" MMC-yə poçtla göndərilmiş və cavabdeh müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin mediasiya təklifində də iddiaçı son olaraq xx.xx.2022-ci l tarixdə işdən azad edilməsi ilə bağlı son haqq-hesabın ödənilməsini xahiş etmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01057 saylı Arayışdan görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə (elektron kabinetdə xx.xx.2023-cü il tarixdə qeydə alınmış) müraciət edərək bildirmişdir ki, iddiaçı ilə Cəmiyyət arasında iki əmək müqaviləsi, yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən əmək müqaviləsi bağlanılmışdır. Belə ki, iddiaçı uzun müddət Cəmiyyətdə işləmiş və onun xahişinə əsasən onunla Cəmiyyət arasında xx.xx.2011-ci il tarixdə birinci dəfə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (bu hal iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək kitabçasının surəti və 56/K saylı, xx.xx.2023-cü il tarixli əmrlə təsdiqini tapır). Sonradan, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə onunla Cəmiyyət arasmda yenidən, yəni ikinci dəfə əmək müqaviləsi bağlanılmış və iddiaçı Cəmiyyətdə Mühafizə şöbəsinin rəisi vəzifəsinə işə götürülmüşdür. Lakin İddiaçı ərizəsi əsasında onunla Cəmiyyət arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (bu hal iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək kitabçasının surəti və 13/K saylı, xx.xx.2022-ci il tarixli əmrlə təsdiqini tapır). Məlum olduğu kimi, işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və əmək qanunvericiliyinin tələbinə əsasən işçinin pul və digər əmlak tələbləri ilə əlaqədar iddia müddəti (işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən) 1 il təşkil edir. Odur ki, iddia tələbinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış ikinci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan dövrə aid ödənilməmiş əmək haqqının Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsi iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edilməklə iddia müddəti ötürülməsə də, iddia tələbinin xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış birinci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan dövrə aid ödənilməmiş əmək haqqının Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsi iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edilməklə 1 (bir) illik iddia müddəti ötürülmüşdür. Göründüyü kimi, iddia ərizəsində iddiaçının Cəmiyyətdə işlədiyi bütün dövrlər üzrə yaranmış və ona ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi tələb edilsə də, iddia tələbinin iddiaçının birinci əmək müqaviləsinə əsasən Cəmiyyətdə işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üzrə ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Sonda İddiaçı “B.Sərdarov adma Maşınqayırma Zavodu" MMC-dən onun xeyrinə ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin ödənilməsi tələbinin iddiaçının Cəmiyyətdə işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış birinci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan dövrə düşən ödənilməmiş əmək haqqı və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsinin iddia müddətinin keçməsi səbəbindən iddia müddətinin tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair dəqiqləşdirilmiş vəsatət (elektron kabinetdə xx.xx.2024-cü ildə qeydə alınmış) təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqinə dair vəsatət təqdim edilmişdir. Vəsatətdə İddiaçı ilə Cəmiyyət arasında bağlanılmış birinci əmək müqaviləsinin xitam tarixində və əmrin tarixində 2022-ci il əvəzinə səhvən 2023-cü il göstərilmişdir. Odur ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqinə dair vəsatətin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən həmin mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı ilə Cəmiyyət arasında iki əmək müqaviləsi, yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən əmək müqaviləsi bağlanılmışdır. Belə ki, iddiaçı uzun müddət Cəmiyyətdə işləmiş və onun xahişinə əsasən onunla Cəmiyyət arasında xx.xx.2011-ci il tarixdə birinci dəfə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (bu hal iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək kitabçasının surəti və 56/K saylı, xx.xx.2022-ci il tarixli əmrlə təsdiqini tapır). Sonradan, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə onunla Cəmiyyət arasında yenidən, yəni ikinci dəfə əmək müqaviləsi bağlanılmış və iddiaçı Cəmiyyətdə Mühafizə şöbəsinin rəisi vəzifəsinə işə götürülmüşdür. Lakin, İddiaçı ərizəsi əsasında onunla Cəmiyyət arasmda bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (bu hal iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək kitabçasının surəti və 13/K saylı, xx.xx.2022-ci il tarixli əmrlə təsdiqini tapır). Məlum olduğu kimi, işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və əmək qanunvericiliyinin tələbinə əsasən işçinin pul və digər əmlak tələbləri ilə əlaqədar iddia müddəti (işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən) 1 il təşkil edir. Odur ki, iddia tələbinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış ikinci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan dövrə aid ödənilməmiş əmək haqqqının Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsi iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edilməklə iddia müddəti ötürülməsə də, iddia tələbinin xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış birinci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan dövrə aid ödənilməmiş əmək haqqqınm Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsi iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edilməklə 1 (bir) illik iddia müddəti ötürülmüşdür. Göründüyü kimi, iddia ərizəsində iddiaçının Cəmiyyətdə işlədiyi bütün dövrlər üzrə yaranmış və ona ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi tələb edilsə də, iddia tələbinin iddiaçının birinci əmək müqaviləsinə əsasən Cəmiyyətdə işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. İddiaçı "xxxx" MMC-dən onun xeyrinə ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin ödənilməsi tələbinin iddiaçının Cəmiyyətdə işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış birinci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan dövrə düşən ödənilməmiş əmək haqqı və gecikdirilmiş müddət üçün hər günə görə bir faiz olmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi hissəsinin iddia müddətinin keçməsi səbəbindən iddia müddətinin tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" TASC-nin xx.xx.2022-ci il tarixli, 56/K saylı əmrindən görünür ki, İddiaçı – mühafizə şöbəsində rəis, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 13/K saylı əmrindən görünür ki, İddiaçı – mühafizə şöbəsində rəis, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə öz xahişi ilə işdən azad edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X2 tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən onlara düşən ödənclərin ödənilməsi zamanı AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. X1 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1100 manat cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının B.Sərdarov adına maşınqayırma zavodundan ona çatacaq əməkhaqqı və son haqq-hesabın verilməsinə köməklik göstərilməsi barədə müraciətinə (daxilolma qeydiyyatı: İN-D/O-Q-570/2022 xx.xx.2022-ci il) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 135 nömrəli sərəncamı ilə "xxxx" X6 Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş və xx.xx.2022-ci il tarixində özəlləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil təsərrüfat subyekti olduğunu nəzərə alaraq aidiyyəti üzrə müraciət edilməsi xahiş olunmuşdur. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1, 379.1.6, 379.4-1-ci maddələrinə görə, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə son haqq-hesabın ödənilməməsi X3 Xidmətinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə təsbit olunur. Bu hal işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1996-xx.xx.2022-ci il iş dövrü üçün ödənilməmiş əmək haqqı tələbinə münasibətdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinin məhkəmədə irəli sürülməsidir. İddiaçı cavabdeh müəssisədə ilkin olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti göstərmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı öz ərizəsinə əsasən işdən azad edildikdən sonra yenidən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə əmək fəaliyyəti göstərmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən onun son haqq-hesabının ödənilməməsi ilə bağlı işəgötürənə, müvafiq icra hakimiyyəti orqanlarına müraciətləri vardır. Yəni iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən etibarən hüquqlarının bərpası üçün müraciətlər etmişdir. Məhkəmə xüsusilə diqqətə çatdırır ki, işəgötürənə ödənilməmiş əmək haqqı tələbi ilə ilkin mediasiya təklifi xx.xx.2023-cü il tarixdə göndərilsə də, həmin təklifdə iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi nəticəsində ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdir. Belə olan halda isə İddiaçı hazırki iddia tələbində irəli sürdüyü kimi xx.xx.1996-cı ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün son haqq-hesabının ödənilməsi tələbini vaxtında irəli sürmədiyi üçün iddia müddətini ötürmüşdür. İddia tələbinin 2022-ci ilin oktyabr ayından məhkəmə qətnaməsi çıxarılanadək olan dövr üzrə ödənilməmiş 4500 manat məbləğində pulun hər gecikdirilmiş gün üçün bir faizi məbləğində pul tutulması hissəsi ilə bağlı məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 4500 manat məbləğində pul onun xx.xx.1996-cı ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş son haqq hesabını təşkil edən 7000 manat məbləğindən ona ödənilməmiş hissədir.Məhkəmə iddianın bu hissəsi ilə bağlı bildirir ki, iddiaçı və cavabdeh arasında fərdi əmək mübahisəsi yarandığından işçi ödənilməmiş əmək haqqına hər gecikdirilmiş gün üçün bir faiz əlavə tələb etməkdə haqlı deyildir. Məhkəmə İddiaçı işdən azad olunduğu tarixdə son haqq-hesabın ödənilməməsi faktının müvafiq inzibati xəta haqqında qərarla təsbit olunduğunu müəyyən edərək bu nəticəyə gəlir ki, iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün son haqq-hesab cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının özünün tələbində qeyd etdiyi kimi xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün ödənilməmiş əmək haqqı məbləğini təşkil edən 550 manat məbləğində pul “B.Sərdarov adına Maşınqayırma Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub İddiaçı ödənilməlidir. İddia tələbinin digər hissəsinə münsaibətdə isə 4500 manat məbləğində son haqq hesabın ödənilməsi tələbinə dair münsibətdə iddia müddəti ötürüldüyü üçün, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc hissəsi isə əsassız olduğundan iddia həmin hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün ödənilməmiş əmək haqqı məbləğini təşkil edən 550 (beş yüz əlli) manat məbləğində pul “B.Sərdarov adına Maşınqayırma Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar