Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1052/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümyəndəsi X2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini cəlb etməklə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini cəlb etməklə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyəti ilə məşğuldur. Son olaraq xx.xx.2010-cu ildə «X10 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə yeni əmək müqaviləsi bağlayaraq Əməliyyat Departamentinin texniki xidmət şöbəsinə sementləyici aqreqatın maşınisti vəzifəsində çalışmışdır. Ümumiyyətlə həmin idarədə 14 ildən artıq işləmişdir. İşə götürən tərəfindən tibbi və həyat sığortası olduğu üçün iddiaçı səhhətində narahatçılıqla bağlı tibbi sığorta şirkətini məlumatlandırdıqdan sonra xx.xx.2017-ci ildə müalicə olunmaq üçün «Modern Hospital» klinikasına göndərilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin klinikada müalicə alaraq, xx.xx.2017-ci il tarixdən ərazi üzrə 15 nömrəli Birləşmiş şəhər Xəstəxanasının poliklinikasında həkim nevropatoloqun qeydiyyatına alınaraq, müalicəni davam etdirirdi. Səhhətində ağırlaşmalar olduğu üçün iddiaçı müxtəlif aylarda digər klinika və xəstəxanalarda müalicə olunaraq səhhətində müsbət irəliləyiş olmadığından ərazi üzrə ambulator müalicəni davam etdirilməli olmuşdur. Səhhətini nəzərə alaraq ərazi üzrə poliklinikanın baş həkimi xx.xx.2017-ci il tarixdə iş yerində əmək şəraitinin sanitar-gigiyenik xarakteristikasının verilməsi barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanlanmış, sorğu əsasında xx.xx.2017-ci il tarixdə iddiaçıının iş yerində sanitariya müayinə aktı tərtib edilərək xx.xx.2017-ci il tarixdə əmək şəraitinin sanitariya-gigiyenik xarakteristikası müəyyənləşdirilməklə müvafiq sənədlə aidiyyatı üzrə 15 nömrəli Birləşmiş Şəhər poliklinikasına göndərilmişdir. Bundan sonra iddiaçı müayinə və müalicə olunması üçün V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasına göndərilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək orada müalicə olunaraq bel fərəqəsinin osteoxondrozu, degenerativ sklerotik dəyişikliklər fonunda davamlı tez-tez kökcük ağrıları ilə hissə və hərəkət pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası diaqnozu qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə Res.G və Em-nin ƏG və ƏMM Bölməsi, 15 nömrəli BŞX və «xxxx» şirkəti tərəfindən birgə tərtib edilmiş X8 Aktı ilə xəstəliyi müəyyənləşdirilərək qeyd edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə işlədiyi «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əlillik qrupu və əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi barədə TSEK-na sorğu göndərilmişdir. TSEK-nın reyestrində peşə xəstəlikləri ilə əlaqədar xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2018-ci il tarixli onlayn qiymətləndirmə daxil edilməsi mümkün olmadığından müvəqqəti olaraq əlillik və sağlamlıq imkanının məhdudluğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2018-ci il tarixdən xəstəlik vərəqəsi bağlanılaraq ambulator müalicəsi dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Təbii ki, iddiaçı bununla razılaşmayaraq israrlı tələblə yenidən müayinə və müalicəsi davam etdirmişdir. Daha sonra xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında müalicə olunaraq xx.xx.2019-cu ildən əlilliyin və əmək qabiliyyətinin itirilmə faizinin müəyyən olunması üçün TSEK-ə onlayn qeydiyyat göndərilmişdir. Onlayn müraciətə baxılarkən xx.xx.2019-cu ildə ikinci qrup peşə xəstəliyi (əlilliyin) təsdiqlənərək 65% əmək qabiliyyətinin itirilməsi təsdiq edilmişdir. Daha sonra müvafiq sənədlər bütün qurumlardan tamamilə toplandıqdan sonra iddiaçı «xxxx» ASC-yə ödənişlərin həyata keçirilməsi üçün təqdim etmişdir. İddiaçının müraciətinə «xxxx» ASC tərəfindən imtina edilərək, xx.xx.2020-ci il tarixli, O-H-2020-0166 nömrəli məktubunda bildirmişdir ki, hadisə baş verən tarixdə qüvvədə olan və iddiaçının xeyrinə bağlanmış icbari sığorta müqaviləsi olmadığı üçün baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Halbuki xxxxŞ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin BE/14-326 saylı, xx.xx.2018-ci il tarixli məktubu əsasında Cavabdeh Sığorta Şirkəti ilə bağlanmış olduğu müqaviləyə 2018-ci ildə xitam verilmişdir. Sığorta hadisəsi, yəni peşə xəstəliyinin müəyyənləşdirildiyi tarix peşə xəstəliyinin tərtib edildiyi xx.xx.2017-ci il tarixli yekun aktın tarixidir, həmin vaxt icbari sığorta müqaviləsi qüvvədə olmuş və sığorta hadisəsi Respublika GEM-nin xx.xx.2017-ci il tarixli iş yerində tərtib etdiyi aktla, V.Y.Axundov adına X3 xx.xx.2017-ci il tarixli Peşə Xəstəlikləri diaqnozla və xx.xx.2017-ci il tarixli yekun aktı ilə müəyyənləşdirilmişdir. Bütün bunlar əsasında da iddiaçının xx.xx.2019-cu ildə İİ qrup peşə xəstəsi əlilliyi təsdiq olunmuşdur. Beləliklə də tamamilə müəyyən olunur ki, sığorta hadisəsinin (peşə xəstəliyinin) baş verdiyi tarix iddiaçının iş yeri ilə sığorta təşkilatı arasında olan icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzindədir. Buna görə də peşə xəstəliyinə görə sığorta məbləği hesablanıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən peşə əmək qabiliyyətinin itirilməsi nəticəsində iddiaçıya ödənilməli olan sığorta məbləğinin hesablanaraq ödənilməsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı işlədiyi vaxtda peşə xəstəliyi qazanmışdır və hadisə baş verərkən işdə olmuş və dərhal xəstəxanaya aparılmışdır. Lakin siğorta şirkəti müxtəlif bəhanələrlə sığorta ödənişini verməkdən yayınır. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, X1 iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının çalışdığı «X11 Company Limited» Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi ilə Cavabdeh Sığorta Şirkəti arasında xx.xx.2016-cı il tarixli ATE16040207 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından» icbari sığorta müqaviləsi bağlanmış və iddiaçı sığorta olunanlar siyahısında göstərilmişdir. Lakin qeyd olunan müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə yəni sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə peşə xəstəliyi səbəbindən baş il müddətinəikinci dərəcəli əlillik təyin edilmişdir «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunun 2.0.12-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Göründüyü kimi, Qanunun tələbinə əsasən peşə xəstəliyi nəticəsində sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində baş verməlidir, yalnız o zaman hadisə sığorta hadisəsi hesab edilir. Baxılan halda, iş materiallarından görünür ki, iddiaçının peşə xəstəliyi xx.xx.2017-ci il tarixdə, əmək qabiliyyətini itirməsi isə xx.xx.2019-cu il tarixdə müəyyən edilib. İddiaçının peşə xəstəliyi və əmək qabiliyyətini itirməsi fərqli vaxtlarda müəyyən edilib, hansı ki, iddiaçının əmək qabiliyyətini itirməsi müəyyən edilən zaman onun xeyrinə bağlanmış icbari sığorta müqaviləsi qüvvədə olmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının qanunun tələbləri üzrə ərizədə qeyd edilən hadisə sığorta hadisəsi kimi tanınmamış və buna görə də Cavabdeh Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul etmişdir. İddiaçı maliyyə baxarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ərizəsi ilə müraciət etmiş və ona Mərkəzi Bank tərəfindən xx.xx.2020-ci il tarixli 26-10487-2020 saylı məktubla hadisənin sığorta müqaviləsinn qüvvədə olduğu müddət ərzində baş vermədiyi, bu səbəbdən sığorta hadisəsi hesab edilmədiyi və MM-nin 935.1.8-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Bundan əlavə həmin məktubla iddiaçıya məhkəməyə müraciət etmək hüququ barədə məlumat verilmişdir. Göründüyü kimi, maliyyə bazarlarına nəzarət orqanı olub əsas məqsədi maliyyə bazarlarının istehlakçılarının hüquqlarını qorumaq olan Mərkəzi Bank aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində Cavabdeh Sığorta Şirkətinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar etməmişdir. Bundan başqa, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçının əlilliyi ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin dəqiqləşdirilməsi zərurəti vardır. Belə ki, iş materiallarına daxil olan xx.xx.2017-ci il tarixli V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının X əstəlik Tarixindən Çıxarış adlı sənəd əsasında iddiaçının peşə xəstəliyi müəyyən olunsa da, həmin peşə xəstəliyinin iddiaçının əlilliyi ilə bilavasitə səbəbli əlaqəsi digər iş materialları ilə sübut olunmur. Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) xx.xx.2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatında qeyd olunur ki, köməkçi diaqnostik müayinələrdəki ağırlaşma ilə diaqnoz arasındakı fərq oldkğknp görə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyəq edilməsindən imtina edilib. Bu sözlə iddiaçının 2017-ci ildə təsdiq edilmiş peşə xəstəliyi nəticəsində 2019-cu ildə peşə əmək qabiliyyətini itirməsi arasında səbəbli əlaqə mövcud deyildir. Yalnız xx.xx.2019-cu il tarixli V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının X6 adlı sənədində şəxsin əlilliyinə səbəb ola biləcək peşə xəstəliyi müəyyən olunmuş və 0027003AAC2K saylı Göndəriş əsasında iddiaçının xx.xx.2019-cu il tarixdə 2-ci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçıda 2 dəfə müxtəlif vaxtlarda peşə xəstəliyi müəyyən olunmuş, xx.xx.2017-ci il tarixli peşə xəstəliyinin nəticəsində əlillik təsdiq edilməmiş, yalnız 2-ci dəfə müəyyən edilmiş peşə xəstəliyinin əsasında xx.xx.2019-cu il tarixdə 2-ci dərəcəli əlillik təsdiq olunmuşdur. Bu vaxt isə iddiaçı «xxxx» Sığorta Şirkəti ASC-də sığorta olunmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs «X12 Company Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Qrand Hospital” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı “Onurğanın bel hissəsinin degenerativ-sklerotik dəyişiklikləri. L5 fəqərənin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L1-L2 diskin degenerasiyası. L2- L3, L4-L5 intervertebral diklərin dehidrasiyası. L4-L5 intervertebral diskin dehidrasiyası və fibroz halqasının arxa fraqmentinin qabarması. L5-S1 intervertebral diskin degenerasiyası və L5 fəqərənin ön listezinə bağlı geniş arxa psevdoprotruziyası” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 15 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli xəstənin tibbi kartasından çıxarışının kserosurətindən görünür ki, «X12 Company Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyən İddiaçı “L5 fəqərəlinin intravertebral diskin listezi, L5-S1 fəqərə diskin protruziyası” disqnozu qoyulmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “X12 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Azərbaycan Respublikasının ”İstehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna və Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 196 saylı Qərarına əsasən baş vermiş hadisənin sığorta hadisəsi kimi tanınması üçün faydalanan şəxsin imzaladığı sığorta tələbi; qanunvericilikdə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında faktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarın surəti; sığorta hadisəsi nəticəsində sğorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən, istehsalatda bədbəxt hadisə nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən şəhahətnamənin əsli; faydalanan şəxsin şəxsiyyət vəsiqəsinin surəti; sığorta olunanın əmək müqaviləsinin şirkət tərəfindən təsdiq edilmiş surəti; İddiaçı 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayına kimi hər ay üzrə ödənilmiş tarif (vəzifə) maaşı və digər ödənişlər barədə açıqlama Cavabdeh Sığorta Şirkəti ASC-yə təqdim olunmasını xahiş edilmişdir. İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən “xxxx” Əməliyyat Şirkətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunun kserosurətindən görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Modern Hospital”da “L5 intravertebral disk listezi, L5-S1 intravertebral disk protruziyası, osteoporoz” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ərazi poliklinikasında həkim-nevropatoloqda ambulator müalicə almış, xəstənin vəziyyəti ağırlaşdığı üçün xx.xx.2017-ci il tarixdə “Azərsutikinti” Xəstəxanasına göndərilmişdir. Xəstə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Azərsutikinti” Xəstəxanasının nevrologiya stasionar müalicədə olmuşdur. Diaqnoz: “Beloma fəqərələrinin osteoxondrozu. L4-L5 və L5-S1 fəqərəarası diskin protuziyası. L5-S1 fəqərəarası diskin arxa psevdo yırtığı güclü kökcük ağrıları ilə, aşağı ətrafların hipestenziyası”. xx.xx.2017-ci il tarixdə xəstə müalicə olunmaq üçün AR Səhiyyə Nazirliyinin V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri Klinikasına göndərilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək orada tam müalicə almışdır. Diaqnoz: “Bel, fəqərələrin osteoxondrozu. Degenerativ sklerotik dəyişiklikləri fonunda davamlı, teztez fəsadlaşan kökcük ağrıları ilə, hissi və hərəki pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası”. Xəstənin sağlamlıq imkanlarının məhdudluğunun itirilmə dərəcəsinin təyin edilməsinə görə AR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün sorğu verilməsini xahiş edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsinə imtina edilib. Səbəb: Göndərişin natamam doldurulması. Ətraflı: köməkçi diaqnostikmüayinələrdəki ağırlaşma ilə diaqnoz arasında fərqin olmasını, «Xroniki depatoxolesistit. Şmorle düyünləri (yırtıqları), Bel-oma fəqərələrinin osteoxondrozu, L5 İntervertebral disk listezi. L5-S1 interverbral disk protuziyası. Osteoporoz (Peşə xəstəliyi). Qabarıq asteno-nevrotik vegetativ sindrom» diaqnozu qoyulmuşdur. İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Poliklinikası tərəfindən «X12 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, X13 Şirkətində sementləyici aqreqatın maşinisti işləyən 1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək Modern Hospitalda “L5 intravertebral disk listezi, L5-S1 intraverbertal disk protruziyası osteoporoz” diaqnozu ilə stasionar müalicədə olub. xx.xx.2017-ci il tarixdə GRAND Hospitalda MRT müayinəsi keçib. Nəticə: “Onurğanın bel hissəsinin degenetativ sklerotiv dəyişiklikləri. L5 fəqərənin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L1-L2 diskin dehidrasiyası. L2-L3, L3-L4 intervertebraldisklərin dehidrasiyası. L4-L5 intervebral diskin dehidrasiyası və fibros halqasının arxa fraqmentinin qabarması. L5-S1 intervertebral diskin degenerasiyası və L5 fəqərənin ön listezinə bağlı geniş arxa protuziyası”. xx.xx.2017-ci il tarixdən müalicəsini müalicəsini ambulator şəraitdə həkim nevropatoloqda davam etdirib. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AR SN-nin “Azərsutikinti” Xəstəxanasının nevrologiya şöbəsində müalicə olunub. Diaqnoz: Bel-oma fərəqələrinin osteoxondrozu.L4- L5 və L5-S1 fəqərəarası diskin protruziyası. L5-S1 fəqərəarası diskin arxa psevroyırtığı. Güclü kökcük ağrıları ilə, aşağı ətrafların hipertenziyası”. İddiaçı əmək şəraitinin sanitariya-gigiyenik xasiyyətnaməsinin verilməsi barədə 15 nömrəli Birləşmiş Şəhər Poliklinikası tərəfindən xx.xx.2017-ci il tarixdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu məktubu göndərilmiş, həmin məktuba cavab olaraq Respublikası G və EM-i xx.xx.2017-ci il tarixli 7 saylı xasiyyətnaməni təqdim etmişdir. Xasiyyətnamədə bildirilmişdir ki, “İşçinin peşə xəstəliyinə tutulmaq ehtimalı yüksək olan iş yerlərinin siyahısına, AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısına” daxildir. Xəstə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AR Səhiyyə Nazirliyinin V.Y.Axundov adına ETTPİ peşə xəstəlikləri Klinikasında müayinə və müalicə olunub. Diaqnoz: Bel-oma fəqərələrinin osteoxondrozu. Degenerativ slerotik dəyişiklikləri fonunda davamlı, tez-tez fəsadlaşan kökcük ağrıları ilə, hissi və hərəki pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası. Ağaşı ətrafların parezi”. ETTPİ peşə xəstəlikləri Klinikası tərəfindən xəstəyə ambulator müayinəni davam etdirmək, həmçinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi tövsiyə olunub. xx.xx.2017-ci il tarixdə İddiaçı işlədiyi “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən də TSEK-in sədrinə İddiaçı əlillik qrupunun və əmək qabiliyyətinin itirilməsi faizinin təyin edilməsi barədə sorğu göndərilib. TSEK-in registrinə peşə xəstəlikləri ilə əlaqədar onlayn qiymətləndirilmə daxil edilmədiyi üçün, xəstənin əlillik və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi mümkün olmayıb. Bununla əlaqədar xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərində də xəstənin əlillik və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına məlumatların onlayn qaydada göndərilməsinə baxmayaraq, TSEK-in registrinə peşə xəstəlikləri ilə əlaqədar qiymətləndirmə daxil edilmədiyi üçün, xəstənin əlillik və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də İddiaçı xəstəlik vərəqəsi xx.xx.2018-ci il tarixdən bağlanır. İş materiallarında olan «X12 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli 83 saylı əmrin surətindən görünür ki, əməliyyat departamentinin nəqliyyat şöbəsinin avtonəqliyyat sahəsində sementləyici aqreqatın maşinisti peşəsində çalışan İddiaçı ilə Nümayəndəlik arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Əsas: İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli ərizəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri Klinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X6ın kserosurətindən görünür ki, xəstə İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək klinikasında müayinə və müalicə olunub. Diaqnoz: Bel fəqərələrinin osteoxondrozu. Degenerativ slerotik dəyişikliklər fonunda davamlı kökcük ağrıları ilə, teztez fəsadlaşan, hərəki və vegetativ reaksiyalarla xroniki bel-oma radikulopatiyası, ağaşı ətrafların parezi”. Klinika tərəfindən xəstəyə Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi tövsiyə olunub. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019-cu il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlildir, 65% əmək qabiliyyətin itirmiş, «Şmorle düyünləri (yırtıqları), Bel fəqərələrinin osteoxondrozu, degenerativ sklerotik dəyişiklikləri fonunda davamlı, tez-tez fasadlaşan kökcük ağrıları ilə, hissi və hərki pozuntularla gedən xroniki bel-oma radikulopatiyası aşağı ətrafların hemiparezi. L5 fəqərəsinin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L5-S1 interverbral disk protuziyası. Qalça sümüklərinin xroniki asteporozu. (Peşə xəstəliyi) Nevrasteniya. Qabarıq asteno-vegetativ sindrom» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, təqdim edilən sənədlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə peşə xəstəliyi səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, «X12 Company Limited» Şirkətinin AR nümayəndəliyi ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə «X12 Company Limited» Şirkətinin AR nümayəndəliyinin BE/14-326 saylı, xx.xx.2018-ci il tarixli məktubu əsasında 2018-ci il tarixdən xitam verilmişdir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal hesab edilir. Beləliklə göründüyü kimi İddiaçıla hadisə baş verən tarixə qüvvədə olan və xeyrinə bağlanmış icbari sığorta müqaviləsi olmadığına görə baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh Sığorta Şirkəti qeyd edilən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə görə baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.12-ci maddəsinə görə sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Qanunun 3.1.1-ci maddəsinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquq müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər bu Qanun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Qanunun 7.3-cü maddəsinə görə bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisəbə sığorta olunan vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisənin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş sənədlərə əsasən “X12 Company” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə bağlanmış ATE16040207 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və İddiaçı barəsində peşə xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermədiyi üçün hadisə sığorta hadisəsi hesab edilməmiş və Mülki Məcəllənin 935.1.8ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi nəzərdə tutulmur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti,qanunvericiliklə qadağan olunmayan fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2010-cu il tarixdən «X12 Company Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əmək müqaviləsi bağlayaraq əməliyyat departamentinin nəqliyyat şöbəsinin avtonəqliyyat sahəsində sementləyici aqreqatın maşınisti vəzifəsində çalışmışdır. Ümumiyyətlə iddiaçı həmin idarədə 14 ildən artıq işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı işə götürən tərəfindən tibbi və həyat sığortası olunduğu üçün səhhətində olan narahatçılıqla bağlı tibbi sığorta şirkətini məlumatlandırdıqdan sonra xx.xx.2017-ci ildə müalicə olunmaq üçün “Modern Hospital” klinikasına göndərilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin klinikada müalicə almış, xx.xx.2017-ci il tarixdən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasında həkim-nevropatoloqun qeydiyyatına alınaraq müalicəni davam etdirmişdir. Səhhətinldə ağırlaşmalar olduğu üçün müxtəlif aylarda digər klinika və xəstəxanalarda müalicə olunaraq səhhətində müsbət irəliləyiş olmadığından ərazi üzrə ambulator müalicəsini davam etdirməli olmuşdur. İddiaçıya “bel fəqərəsinin osteoxondrozu, degenerativ sklerotik dəyişikliklər fonunda davamlı tez-tez kökcük ağrıları ilə hissi və hərəkət pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası” diaqnozu qoyulmuşdur və tərtib edilmiş X8 Aktı ilə peşə xəstəliyi müəyyənləşdirilmişdir. Lakin TSEKin reyestrində peşə xəstəlikləri ilə əlaqədar müxtəlif vaxtlarda onlayn qiymətləndirmə daxil edilməsi mümkün olmadığından iddiaçının əlillik və sağlamlıq imkanının məhdudluğunu müəyyən etmək mümkün olmamışdır. «X12 Company Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlil olması, 65% əmək qabiliyyətinin itirilməsi, «Şmorle düyünləri (yırtıqları), Bel fəqərələrinin osteoxondrozu, degenerativ sklerotik dəyişiklikləri fonunda davamlı, tez-tez fasadlaşan kökcük ağrıları ilə, hissi və hərki pozuntularla gedən xroniki bel-oma radikulopatiyası aşağı ətrafların hemiparezi. L5 fəqərəsinin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L5-S1 interverbral disk protuziyası. Qalça sümüklərinin xroniki asteporozu. (Peşə xəstəliyi) Nevrasteniya. Qabarıq astenovegetativ sindrom» diaqnozu təsdiq edilmişdir. Məhkəmə iclasında habelə müəyyən edilmişdir ki, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar almış olduğu peşə xəstəliyi ilə və ona təyin edilmiş əlilliyə görə sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu hadisə baş verən tarixə icbari sığorta müqaviləsi olmadığına görə baş vermiş hadisənin sığorta hadisəsi olmaması əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə cavabdehin hadisə baş verən tarixə icbari sığorta müqaviləsi olmadığına görə hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olmaması ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, bu dəlillər əsassızdır. Sığorta - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır və istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunvericiliyindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir. Sığorta insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində tutarlı bir iqtisadihüquqi kateqoriyadır. Sığorta münasibətləri Azərbaycan Respublikası Konstitusiyasına əsaslanır və bu sahədə aparıcı yer tutan Mülki Məcəllə ilə yanaşı digər qanunvericilik, normativ-hüquqi aktlarla və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən: 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi - istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasən müəyyən edililr. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri sayılır. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılması olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması halı sayılır. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi peşə xəstəliyin nəticəsində təyin olunduğundan və həmin xəstəliyin iddiaçının əmək funksiyalarını həyata keçirərkən baş verməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunduğundan, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi ilə bağlı imtinası tam qanunsuz olmuşdur. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilən 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas kimi göstərilmişdir. Yəni sığorta ödənişinin verilməsindən imtina konkret və mötəbər faktlara söykənməli, sığortalının hərəkətləri AR Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi ilə nəticələnərsə, bu halda Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etməlidir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün göstərilmiş hal iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız hesab edilməli və iddiaçının sığortalı kimi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik tərəflərin özlərinin üzərinə istinad etdiyi halların sübut etmə vəzifəsini qoymuşdur. Lakin cavabdeh sığorta ödənişinin verilməsindən imtina üçün əsas gətirdiyi halları qanuni əsaslarla sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətanətlərin həm mövcudluğunadn, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə iddiaçının sığorta ödənişinin tələb edilməsi ilə bağlı tələbinin əsaslı və qanuni olması məhkəmə iclasında öz təsdiqini tapdığından, eyni zamanda cavabdehin sığorta ödənişinin verilməsindən imtina ilə bağlı gətirdiyi dəlillər əsaslı olmadığından, iddia tələbi təmin edilməli və cavabdehin üzərinə iddiaçıya sığorta ödənişinin verilməsi həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-in 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə İddiaçı istehsalatda peşə əmək qabiliyyətinin itirilməsi və İİ qrup əlil olması, bununla da sığorta hadisəsinin baş verməsi ilə əlaqədar birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1052/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1052/2021
16.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver