Məhkəmə qərarları › İş №2(102)-6155/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6155/2021

20.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6155/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək qabiliyyətinin itirilməsi hallında sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizxxx oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdehin nümay əndəsi X5 xxx qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)5744/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 01 oktyabr 2010-cu il tarixdən “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əmək müqaviləsi bağlayaraq əməliyyat departamentinin nəqliyyat şöbəsinin avtonəqliyyat sahəsində sementləyici aqreqatın maşınisti vəzifəsində çalışmışdır. İddiaçı işəgötürən tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-də tibbi və həyat sığortası olunmuşdur. Səhhətində olan narahatçılıqla bağlı tibbi sığorta şirkətini məlumatlandırdıqd an sonra İddiaçı 06 fevral 2017-ci ildə müalicə olunmaq üçün “Modern Hospital” klinikasına göndərilmiş, həmin tarixdən 16 mart 2017-ci il tarixədək həmin klinikada müalicə almış, 16 mart 2017-ci il tarixdən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasında həkimnevropatoloqun qeydiyyatına alınaraq müalicəni davam etdirmişdir. Səhhətində ağırlaşmalar olduğu üçün müxtəlif aylarda digər klinika və xəstəxanalarda müalicə olunaraq səhhətində müsbət irəliləyiş olmadığından ərazi üzrə ambulator müalicəsini davam etdirməli olmuşdur. İddiaçıya “bel fəqərəsinin osteoxondrozu, degenerativ sklerotik dəyişikliklər fonunda davamlı tez-tez kökcük ağrıları ilə hissi və hərəkət pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası” diaqnozu qoyulmuş və tərtib edilmiş X2 Aktı ilə peşə xəstəliyi müə yyənləşdirilmişdir. Lakin TSEK-in reyestrində peşə xəstəlikləri ilə əlaqədar müxtəlif vaxtlarda onlayn qiymətləndirmə daxil edilməsi mümkün olmadığından iddiaçının əlillik və sağlamlıq imkanının məhdudluğunu müəyyən etmək mümkün olmamışdır. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə nümayəndəliyin 04 may 2018-ci il tarixli məktubu əsasında 2018-ci il tarixdən xitam verilmişdir. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 07 avqust 2018-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsin in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 03 dekabr 2019-cu il tarixdə İddiaçı peşə xəstəliyi ilə əlaqədar 03 dekabr 2024-cü il tarixədək ikinci qrup əlil olması, 65% əmək qabiliyyətinin itirilməsi, “Şmorle düyünləri (yırtıqları), Bel fəqərələrinin osteoxondrozu, degenerativ sklerotik dəyişiklikləri fonunda davamlı, tez-tez fasadlaşan kökcük ağrıları ilə, hissi və hərki pozuntularla gedən xroniki bel-oma radikulopatiyası aşağı ətrafların hemiparezi. L5 fəqərəsinin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L5-S1 interverbral disk protuziyası. Qalça sümüklərinin xroniki asteporozu. (Peşə xəstəliyi) Nevrasteniya. Qabarıq asteno-vegetativ sindrom” diaqnozu təsdiq edilmişdir. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar almış olduğu peşə xəstəli yi ilə və ona təyin edilmiş əlilliyə görə sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu hadisə baş verən tarixə icbari sığorta müqaviləsi olmadığına görə baş vermiş hadisənin sığorta hadisəsi olmaması əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə əmək qabiliyyətinin itirilməsi nəticəsində iddiaçıya ödənilməli olan sığorta məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edi lmişdir. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, sığorta hadisəsinin (peşə xəstəliyinin) baş verdiyi tarixdə iddiaçının iş yeri ilə sığorta təşkilatı arasında olan icbari sığorta müqaviləsi qüvvədə olmuş və peşə xəstəliyinə görə sığorta məbləği hesablanıb iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)1052/2021 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə İddiaçı istehsalatda peşə əmək qabiliyyətinin itirməsi və İİ qrup əlil olması, bununla da sığorta hadisəsinin baş verməsi ilə əlaqədar birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi “Sığorta fəaliyyəti haqqında” Azər baycan Respublikası Qanununun 1-ci maddəsinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.9, 2.0.10, 2.0.12, 10.1.1-ci maddələrinə, Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi peşə xəstəliyin nəticəsində təyin olunduğundan və həmin xəstəliyin iddiaçının əmək funksiyalarını həyata keçirərkən baş verməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunduğundan, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi ilə bağlı imtinası tam qanunsuz olmuşdur. Cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün göstərilmiş hal iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız hesab edilməli və iddiaçının sığortalı kimi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-1052/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)-5744/2021 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-1052/2021 nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas kimi göstərilmişdir. Yəni sığorta ödənişinin verilməsindən imtina konkret və mötəbər faktlara söykənməli, sığortalının hərəkətləri Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi ilə nəticələnərsə, bu halda Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etməlidir. Odur ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün göstərilmiş hal iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi cavabdehin sığort a ödənişinin verilməsindən imtinasını əsassız hesab edərək iddiaçının sığortalı kimi hüquqlarının pozulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi peşə xəstəliyin nəticəsində təyin olunduğundan və həmin xəstəliyin iddiaçının əmək funksiyalarını həyata keçirərkən baş verməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunduğundan, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi ilə bağlı imtinası tam qanunsuz olmuşdur. Belə ki, cavabdeh sığorta ödənişinin verilməsindən imtina üçün əsas gətirdiyi halları qanuni əsaslarla sübuta yetirə bilməmişdir. Cavabdeh Sığorta Şirkəti ASC apellyasiya şikayətində 24 iyul 2017-ci il tarixli V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının X1 adlı sənəd əsasında iddiaçının peşə xəstəliyi müəyyən olunsa da, həmin peşə xəstəliyinin iddiaçının əlilliyi ilə bilavasitə səbəbli əlaqəsinin sübut olunmadığını, həmçinin iddiaçının məs 2017-ci ildə təsdiq edilmiş peşə xəstəliyi nəticəsində 2019-cu ildə peşə əmək qabiliyyətini itirməsi arasında səbəbli əlaqə mövcud olmadığını göstərsə də, qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş və apellyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Sığorta Şirkəti ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)-5744/2021 nömrəli qətna məsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarına əsasən iddiaçıda 2 dəfə müxtəlif vaxtlarda peşə xəstəliyi müəyyən olunmuş, 24 iyul 2017-ci il tarixli peşə xəstəliyinin nəticəsində əlillik təsdiq edilməmiş, ikinci dəfə müəyyən edilmiş peşə xəstəliyinin əsasında 03 dekabr 2019cu il tarixdə əlillik təsdiq olunmuşdur. Həmin tarixdə isə iddiaçının xeyrinə cavabdeh Şirkətdə sığorta müqaviləsi qüvvədə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respubli kası Mərkəzi Bankının mütəxəssisinin işə cəlb etməmişdir. Məhkəmə cavabdehin üzərinə birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsini qoymaqla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X5 xxx qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərb aycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunv ericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.10. istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 2.0.11. peşə xəstəliyi – əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlikdir. 2.0.12. sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. 2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda b ədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 16.1. Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: 16.1.1. aylıq sığorta ödənişi; 16.1.2. birdəfəlik sığorta ödənişi; 16.1.3. əlavə sığorta ödənişi. 16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək h aqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; 16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. 17.1. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. 17.2. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 18.1. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olara q işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından kassasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası i lk olaraq sığorta hadisəsinin sığorta müqaviləsinə xitam verildikdən sonra baş verməsinə dair kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, həmin dəlili əsassız hesab edir. Belə ki, sığorta hadisəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10-cu maddəsində göstərilən sənədlər əsasında müəyyən olunur. Lakin qanunvericilikdə həmin sənədlərin sığorta müqaviləsi qüvvədə olduğu dövrdə alınması tələb olunmur. Qanunun 2.0.12-ci maddəsinin məzmununa əsasən isə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində baş verdikdə sığorta hadisəsi sayılır. Hazırki işdə isə işin faktiki hallarını araşdıran məhkəmələr işdə olan sübutlara, o c ümlədən tibbi sənədlərə səlahiyyətləri çərçivəsində hüquqi qiymət verərək müəyyən etmişlər ki, iddiaçıda aşkar olunmuş peşə xəstəliyinə görə əlillik 2019-cu ilin dekabr ayında təyin edilsə də, həmin xəstəlik məhz 2017-ci ildə yaranmış və həmin dövrdə iddiaçının faydalanan şəxs olduğu cavabdehlə üçüncü şəxs arasında bağlanmış həyat sığortası müqaviləsi qüvvədə olmuşdur. Cavabdeh iddiaçıda müxtəlif xəstəliklərinin müəyyən olunmasını əsaslandırmxxx çalışsa da, bu dəlillə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin sığorta müqaviləsi üzrə iddiaçının qarşısında öhdəlik daşımasına dair məhkəmələrin mövqeyi qanuni və əsaslı olmuşdur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birdəfəlik sığort a ödənişinin hesablanaraq iddiaçıya verilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla, yuxarıda qeyd olunan Qanunun 16 və 17-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən sığorta ödənişini birdəfəlik hesablanması 3 halda mümkündür ki, iddiaçıya münasibətdə həmin hallardan heç biri mövcud deyildir. Qərarın təsviri hissəsində göstərildiyi kimi, İddiaçı peşə xəstəliyi nəticəsində 5 il müddətinə 65% əmək qabiliyyətinin itirilməsi ilə ikinci qrup əlillik təyin olunmuşdur. Odur ki, Qanunun 16.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya aylıq sığorta ödənişi verilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdeh in apellyasiya şikayətinin qeyd olunan dəlilinə hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hissədə düzəliş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehin üzərinə iddiaçının istehsalatda peşə əmək qabiliyyətinin itirməsi və İİ qrup əlil olması, bununla da sığorta hadisəsinin baş verməsi ilə əlaqədar aylıq sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021- ci il tarixli, 2(103)-5744/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə İddiaçı istehsalatda peşə əmək qabiliyyətinin itirməsi və İİ qrup əlil olması, bununla da sığorta hadisəsinin baş verməsi ilə əlaqədar aylıq sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsi qoyulsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar