Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1053/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh X1 Təşkilatına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X7rşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, 17 iyul 2000-ci il tarixdən 30 iyun 2006-cı il tarixədək “Azərbaycan Mina təhlükəsi ilə mübarizə” Dövlət proqramında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin tərəfdaşı olan Cavabdeh QHHYT-də və ANAMA-da mina axtaran vəzifəsində işlədiyi dövr üçün istifadə edilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, 17 iyul 2000-ci il tarixdən 30 iyun 2006-cı il tarixədək “Azərbaycan Mina təhlükəsi ilə mübarizə” Dövlət proqramında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin tərəfdaşı olan Cavabdeh QHHYT-də mina axtaran vəzifəsində işləmişdir. 2006-cı ildən o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Füzuli rayonunda yerləşən “ANAMA” təşkilatında işləyir. Cavabdeh QHHYT-də işlədiyi 6 il müddətində o, məzuniyyətdən istifadə etməmiş və bugünə kimi də məzuniyyət haqları ödənilməmişdir. O, müharibə zonasında çalışmış və hal-hazırda da çalışır. Hər dəqiqə ölümlə üzbəüz qalırlar. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSM-nin yanında X6 Xidmətinin Bakı şəhəri Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSM-nin yanında X6 Xidmətinin Bakı şəhəri Baş İdarəsinə onun müraciətinə cavab olaraq bildirmişlər ki, onun 93 gün istifadə edilməmiş əmək məzuniyyət günü qalıb. Halbuki, 6 il ərzində o bir dəfə də olsun əmək məzuniyyətindən istifadə etməmişdir. Bu da onun konstitusion hüquqlarını pozur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh X1 Təşkilatı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh X1 Təşkilatı tərəfindən verilən 16 may 2021-ci il tarixli, M/007№-li Arayışdan görünür ki, İddiaçı 17 iyul 2000-ci il tarixindən 30 iyun 2006-cı il tarixinədək “Azərbaycan mina təhlükəsi ilə mübarizə” dövlət proqramında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşı olan Cavabdeh QHHYT-də minaaxtaran vəzifəsində işləmişdir. - AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən X3 ünvanlanmış cavab məktubundan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin rəhbərliyi tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən o, xx.xx.2006-cı il tarixdən mina axtaran vəzifəsində işlədiyi və məzuniyyət hüququndan əmək qanunvericiliyinə uyğun olaraq istifadə etdiyini qeyd etmişlər. Eyni zamanda, Cavabdeh QHHYT-nin rəhbərliyi tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktubda o, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sapyor vəzifəsində işləmiş və həmin işlədiyi dövr üzrə Cavabdeh QHHYT-nin ona 93 gün istifadə edilməmiş əmək məzuniyyəti günü borcu yarandığını və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyasını Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mlli Agentlik tərəfindən ödəniləcəyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq sonuncu iş günü Cavabdeh QHHYT-nin rəhbərliyi tərəfindən ona istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməmişdir. Bununla bağlı təşkilatın vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2006-cı il tarixli 073 №-li Əmrdən çıxarışdan görünür ki, köçürülmə yolu ilə ANAMA-nın “X4” işə keçməsi ilə əlaqədar olaraq İddiaçı xx.xx.2006-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2006-cı ildən dayandırılmışdır. - Cavabdeh X1 Təşkilatı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun cəmi istifadə edilməmiş məzuniyyət günlərinin sayı 91 təqvim günüdür. - xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 10.00-11.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş, lakin İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:C.Hüseynov). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəməyə X6 xidməti Bakı şəhər İdarəsi tərəfindən təqdim edilən məktubdan göründüyü kimi İddiaçı Cavabdeh QHHYT-nin rəhbərliyi tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməmişdir. Lakin, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2006-cı il tarixdə xitam verilməsini və iddiaçının isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür və buna görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh X1 Təşkilatına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X7rşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1053/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1053/2023
09.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver