Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1065/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı " sabit pul məbləğində aliment və əlavə xərc " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdu və bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Münasibətləri ilk əvvəl gündən yaxşı olmayııb. Belə ki, xasiyyətləri uyğun gəlməyib. Bu səbəbdən də evlərində hər gün söz-söhbət yaranırdı. İddiaçı bildirir ki, cavabdeh Rusiyada yaşayır və onlarla heç maraqlanmır. Lakin son vaxtlar münasibətləri daha da pozuldu, belə ki, uşağın saxlanması üçün pul tələb edəndə cavabdehdən ona zəng vuraraq təhqirlər edir. Uşağın saxlanmasına maddi və mənəvi olaraq maraq göstərmir. Valideynlik öhdəliyini həyata keçirtmir. İddiaçı üçün uşaq saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Bildirir ki, ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimum 2024-cü il üçün 235 manatdır. Uşaq böyüdükcə tələbatı daha da çoxalır. Ona görə də iddiaçı alimentin artırılmasını xahiş edir. Həmçinin xx.xx.2021-ci il təvəllüdlü X4 anadan gəlmə nitq qüsurlu olduğundan nitqinin düzəlməsi üçün həkim müayinələrindən keçərək psixoloji dərslər alır.Övladları anadangəlmə nitq qüsurludur və bu onu bir ana kimi narahat edir. Birgə nikahlarından doğulmuş oğullarının sözü gedən müalicəsi üçün iddiaçının maddi imkanı yoxdur. Buna görə də cavabdehdən əlavə xərc kimi 200 manat pulun ona verilməsini tələb edir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 235 manat alimentin və cavabdehdən uşağın tibbi xərclərinə görə əlavə xərclə cəlb olunması qaydasında 200 manat məbləğində pulu iddiaçının xeyrinə dair qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra iddiaçı X3 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinin yalnız “aliment” hissəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 25 sentyabr 2020-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda iddiaçı birgə nikahdan olan uşağın saxlanılması üçün aylıq 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli AZ-İV 559846 nömrəli Zərdab rayonu Alıcanlı kəndi icra hakimiyyəti nümayəndəliyinin verdiyi doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. 9.Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ 411058 nömrəli 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.2020-ci ildə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2020-ci ilin 09-cu ayının, 25-ci günündə 1402 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən MŞB/16/2024-01655 nömrəli, xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasında İddiaçı iştirak edərək 50 manat məbləğində mediasiya xərci ödəmiş, Cavabdeh isə iştirak etməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 12.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 13.Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 14.Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 15.Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 16.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 17.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. 18.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 19.Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, bundan əlavə iddiaçının iddia ərizəsi ilə 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyini və 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləğinin 345 manat miqdarında olmasını və 2024-cü il üzrə həmin məbləğin dəyişilmədiyini və həmçinin, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (235:345=0.68) sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 20.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. 25.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1065/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1065/2025
06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver