Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1069/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü oğlu Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü qızı X3 və xx.xx.2014-cü il təvəllüdlü kiçik oğlu X1 üçün Cavabdeh hər ay 1000 (bir min) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişini özünün imzaladığını, qızı Aytacın və oğlu Yusifin onun yanında qaldığını, cavabdehlə aralarında olan nikahın pozulmadığını, müvəqqəti alimentin tutulması barədə qərardadla 800 manat məbləğində aliment alınmasının müəyyən edildiyini bildirərək, hazırda 1000 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh keçirilmiş mediasiya prosesi nəticəsində iddiaçı ilə barışıq sazişi bağladıqlarını, o sazişdən sonra hər ay alimenti ödədiyini, uşaqlardan birinin özünün yanında olduğunu və işi ilə əlaqədar tez-tez ezamiyyətə getdiyindən o biri uşaqlarının yanına teztez gedə bilmədiyini bildirdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, iddiaçı ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə aliment tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı sənəd təqdim etməmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı 2 saylı Mediasiya Təşkilatında İddiaçı ilə Cavabdeh arasında bağlanmış Barışıq Sazişinin 2-ci maddəsindən görünür ki, ikinci tərəf (Cavabdeh) X4 18 yaşına çatanadək, onun saxlanması üçün xx.xx.2023-cü il tarixədək hər dəfə 250 (iki yüz əlli) AZN olmaqla, ümumilikdə 500 (beş yüz) AZN, xx.xx.2023-cü il tarixdən etibarən hər ay 500 (beş yüz) AZN məbləğində alimenti Birinci tərəfə (İddiaçı) ödəyəcək. Mülki işin materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesabına qeyd olunan tarixlərdə 250 manat məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesabına qeyd olunan tarixlərdə 500 manat məbləğində pul köçürülmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki işin materialları əsasında müəyyən edilir ki, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmışdır. Təqdim edilmiş ödəniş qəbzlərindən isə görünür ki, barışıq sazişi imzalandıqdan sonra cavabdeh həmin sazişə əsasən ödəməli olduğu pul məbləğlərini vaxtında ödəmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış barışıq sazişi halhazırda qüvvədə olduğu üçün tərəflər sazişin şərtlərinə əməl etməyə borcludur. Cavabdeh həmin barışıq sazişini icra etməkdən imtina etdikdə və ya könüllü qaydada icra etmədikdə iddiaçı barışıq sazişinin təsdiqi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barışıq sazişinə əsasən ödənilən 500 manat aliment məbləğindən əlavə 500 manat da olmaqla, ümumilikdə 1000 manat məbləğində alimentin ödənilməsini xahiş edir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı barışıq sazişinin şərtlərindən kənara çıxaraq ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olan aliment tələbi ilə iddia qaldırmışdır. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl hal-hazırki iddia tələbi ilə əlaqədar yuxarıda qeyd edilən normalara əməl etməyərək ilkin mediasiya sessiyasında iştirak barədə sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etməzdən qabaq iddiaçı mediasiyaya müraciət etməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1069/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1069/2023
20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver