Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1077/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından verilmiş şikayət ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 1-ci Cavabdeh1 arasında olan 22.02.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilmiş/qüvvəsini itirmiş hesab edilməsi, icarə münasibətləri dövründə adıgedən cavabdehin ona vurduğu zərərin əvəzi olaraq – 16.800 manat ödənilməmiş icarə haqqı, 5.575,28 manat tərəfindən elektrik sərfiyyatı üzrə ödənilmiş xərclər, 1.132 manat 4 il ərzində ödədiyi bələdiyyə vergisi, cəmi 23.507 manat əsas borc, 1.175 manat (5% gecikdirməyə görə) və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış və bilavasitə onun – mülkiyyətçinin hüquq və maraqlarına toxunan 27.08.2019-cu il tarixli subicarə müqaviləsinin və 27.08.2019-cu il tarixli “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə müqavilənin ləğv olunmuş/qüvvəsini itirmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)- 1077/2022 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və s.” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)- 1077/2022 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından verilmiş şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından verilmiş şikayət ərizəsinə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsini rəhbər tutaraq, qərardaddan verilmiş şikayət ərizəsinə yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinin dəlillərini nəzərdən keçirərək və iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından verilmiş şikayət ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadı ləğv edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)- 1077/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə 14 mart 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadında qeyd etmişdir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi, iddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********), Cavabdeh1 (VÖEN **********) mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1i ünvanında yerləşən 642,3 kv.metr qeyri-yaşayış sahəsinin 151 kv.metrlik hissəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə icrəyə vermişdir. Cavabdeh1 isə öz növbəsində qeyd edilən sahəni subicarə müqaviləsi əsasında hüquqi şəxs olan Cavabdeh2 MMC-yə (VÖEN **********) subicarəyə vermişdir. Göründüyü kimi, tərəflər arasında mübahisənin yaranmasına əsas icarə və subicarə müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından verilmiş şikayət ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)- 1077/2022 saylı qərardadı ləğv edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)- 1077/2022 saylı qərardadından verilmiş şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)- 1077/2022 saylı qərardadı ləğv edilsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)-1077/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1077/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1077/2022
26.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver