Məhkəmə qərarları › İş №2(006)-1093/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1093/2023

17.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1093/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC adından X1 arasında ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 24 yanvar 2019-cu il tarixdə bağlanmış və Xaçmaz rayonu, 1 saylı Notariat ofisində təsdiq edilmiş, 3M-30 nömrə ilə reyestrdə qeyd edilmiş icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib hesab edir ki, mülki iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2ikası Mülki-Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-ci maddəsinə əsasən “işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir”. Qeyd olulanlara əsasən məhkəmə hesab edir ki, 2(006)-1093/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 39, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-1093/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar