Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1102/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sığorta ödənişinin edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sığorta ödənişinin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi 21500 (iyirmi bir min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xüsusi mülkiyyətində olan “Kia Sportage” markalı 99FU121 dövlət nişanlı avtomaşını xx.xx.2021-ci il tarixində "xxxx" ASCdə PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrini sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Avtomobilin idarə edilməsi barədə həyat yoldaşı Baxışov Sabir Muxtar oğluna etibarnamə vermişdir. Belə ki, avtomobilini bir çox hallarda Baxışov Sabir tərəfindən idarə olunurdu. xx.xx.2021-ci il tarixində mülkiyyətində olan “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomaşın “Mersedes Benz” C-200 Markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisənin araşdırılması və avtomaşınına vurulmuş zərərin müəyyən edilməsi üçün həm 102 Xidmətinə, həm də "xxxx" ASC-yə məlumat vermişdir. O zaman hadisə yerinə "xxxx"xxxx"xxxx" ASC əməkdaşları hadisə yerinə gəlmiş və baş vermiş qəzanı müşahidə etmiş və avtomaşınının əzilmiş hissələrinin şəkilləri çəkilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Təhqiqat Şöbəsi tərəfindən baş vermiş nəqliyyat qəza hadisəsinin araşdırması aparılmışdır. Araşdırma zamanı “Mersedes Benz” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X6 bildirdiyinə görə hadisə vaxtı Balaxanı-Mehdiabad yolu ilə Balaxanı istiqamətdə hərəkətdə olarkən arxa tərəfdən tanımadığı “Mercedes” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa tərəfindən vurmuş və o idarə etmən itirmiş yolun qarşı tərəfinə çıxmış və avtomaşınla toqquşmuşdur və daha sonra həmin yolda digər avtomaşınla X4 idarə etdiyi avtomaşın – “Ford Tourneo” markalı **-KX-*** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisənin səbəbkarının müəyyən edilməsi üçün Məhkəmə yolnəqliyyat hadisələri ekspertizası keçirilmiş və hadisənin “naməlum avtomobil sürücüsünün hərəkətlərinin uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat Orqanının müəyyən etdiyi hal ondan ibarət olmuşdur ki, “Naməlum avtomaşının sürücüsü eyni istiqamətdə ara məsafəsi saxlamadığından, düzgün nəzərə almaması nəticəsində Baxışov Sabir Muxtar oğlu və X10 sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər almışlar və “Ford Tourneo” markalı **- KX-*** dövlət qeydiyyat nötııroli avtomaşın sürücüsü X7 , “Mersedes Benz ” C-200 Markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X9 və “Kia Sportagc” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Baxışov Sabir Muxtar oğlu hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən olunmamışdır. Hadisənin baş verməsində səbəbkar olan “Naməlum avtomaşının sürücüsünün şəxsiyyəti müəyyən olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinə əsasən tədbir görülməsi üçün Binəqədi Rayon Polis İdarəsi Döl Polis Polis Şöbəsinə göndərilmişdir. Baş vermiş hadisə zamanı onun avtomaşınına 21500 (iyirmi bir min beş yüz) manat ziyan dəymişdir. Avtomaşınına dəyən zərərin Sığorta qaydasında ödənilməsini təmin edilməsi üçün Rəvan Sığorta” ASC-yə müraciət etmiş və "xxxx" ASC tərəfindən xx.xx.2021 -ci il tarixli 772/21 saylı cavab məktubunda qeyd edilir ki, müqaviləyə əlavə edilmiş əlavə şərtlərin 4-cü bəndinə əsasən “ Sığorta təminatı yalnız Sığorta olunan qismində göstərilən şəxslərin (sürcülərin) avtomobil idarə eldiyi hallara veriür.Sığorta olunan qismində göstərilən şəxslər dedikdə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmə hüququ olan şəxslərin siyahısı bölməsindo qeyd olunan şəxslər nəzərədə tutulur. Başqa şəxsin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.” Ona görə “hadisə zamanı “Kia Sportage” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşının” qanuni əsasla idarə etsəniz də müqavilədə sığorta olunan qismində göstərilmədiyiniz səbəbində "xxxx" ASC tərəfindən Sizə sığorta ödənişinin verilməsindən imtina edilir“. Baş vermiş hadisənin sığorta hadisəsi olması danılmazdır. Sığorta cəmiyyəti onunla müqavilə bağlayarkan, əvvəlcədən özlərini hazırladığı “Blakda” yalnız avtomobilin sahibi kimi qeydiyyatdan keçən şəxsin adı sığorta olunan kimi göstərilmişdir. Həmin Blankda digər şəxslərin avtomaşını idarə etməsi göstərilməmişdir. Ona görə o, hesab edir ki, Sığorta cəmiyyətinin istinad etdiyi hal əsasızdır. Belə ki, Sığorta cəmiyyəti öz səlahiyyətindən istifadə etməklə, məqsədli şəkildə tərtib edilmiş formal Blankdır və həmin Blank qüvvədə olan Sığorta Haqqında qanunvericiliyn tələblərinə ziddir. O, avtomaşını sığorta etmişdir, o, özünü sıoğrta etdirməmişdir. O, qanunla müəyyən edildiyi hada, avtomaşınını Etibarnamə ilə idarə etməyə vermişdir. Əgər qanun icazə verilirsə, nəyə görə, onun qanunla müəyyən edilmiş halda verdiyi etibarnamə nəzərə alınmamalıdır? Sığorta cəmiyyəti qanundan kənar müqavilə tərtib etməsi yol verilməzdir. Həmçinin, baş vermiş lıadisə zamanı digər tərəf - X6 idarə etdiyi “Mersedes Bcnz ” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası mövcuddur və sığorta təşkilatı onu da nəzərə almır. Hesab edir ki, cavabdehin hərəkətləri aşağıda qeyd olunan qanunların tələblərinə ziddi olduğu üçün əsasız hesab edilməli və baş vermiş noqliyyat-qəz hadisəsi zamanı avtomobilinə vurulmuş 21.500 (iyirmi min beş yüz) zərər tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X8 məhkəməyə təqdim edilmiş iddiaya etirazın məzmunun uyğun izahat verərək bildirmişdir ki, iddiaçının sahibliyində olan “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə hadisə baş vermişdir. Həmin hadisə vaxtı sığortalanmış avtomobili idarə edən Baxışov Sabir Muxtar oğlu eyni tarixdə sığorta ödənişinin verilməsi tələbi ilə çıxış etmişdir. Sürücü hadisə vaxtı avtomobili qanuni əsaslarla idarə etmiş olsa da, sığorta müqaviləsində sığorta olunan qismində göstərilmədiyi üçün sığorta ödənişindən imtina edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsinin əsassız olduğu üçün rədd olunmalı olduğunu hesab edirlər: “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-də PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və xx.xx.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. Şəhadətnaməyə əsaslanaraq qeyd etmək istəyirlər ki, müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. Həmçinin, Şəhadətnamənin Əlavə şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə tmək hüququ olan şəxslərin siyahı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. xx.xx.2019-cu il tarixli İltizama əsaslanaraq bildirmək istəyirlər ki, sığortalı öz imzası ilə, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması hallarında sığorta təminatı verilmir. Həmin qaydaların 5.3-cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Sürücü hadisə zamanı “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə etmiş olsa da, sığorta müqaviləsində sığorta olunan qismində göstərilmədiyi səbəbindən "xxxx" ASC tərəfindən cavabdehə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığorta fəaliyyəti haqqında qanunun 102.2.7-ci maddəsinə görə Maliyyə bazarlarına nəzarət orqanı təqdimat verməklə, ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini sığortaçılardan tələb edir. İddiaçı da qanunvericiliyin məhz bu tələbindən çıxış edərək Mərkəzi Banka şikayət etmişdir. Şikayəti araşdırılmış və onların imtinası qanuni əsaslarla olduğu üçün cavabdehə heç bir təqdimat verilməmişdir. Sonda cavabdeh "xxxx" ASC-yə qarşı qaldırılmış 2(006)-1102/2022 saylı mülki iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaşlar Baxışov Sabir Muxtar oğlu və X6 yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almaları faktı əsasında toplanmış HK-1/483 saylı material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə PMİ- 014575№-li sığorta Şəhadətnaməsinin surətindən görünür ki, müddəti xx.xx.2019-cu ildənxx.xx.2022-ci ilədək olan sığorta müqaviləsi üzrə sığortalı İddiaçı “Kia Sportage” markalı. 99FU121 dövlət qeydiyyat nişanlı maşını üçün sığortaçı "xxxx" ASC xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində sığorta məbləği 17.000 AZN, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində 15.300 AZN, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində isə 13.770 AZN nəzərdə tutulmuşdur. Azadolma məbləği isə 500 manat təşkil edir. "xxxx" ASC-nin satış meneceri Q.Orxan və sığortalı İddiaçı tərəfindən tərtib edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhvil-təslim Aktının surətindən görünür ki, sığortalı İddiaçı PMİ 014575 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini təhvil almışdır, sığorta şərtləri ilə tanış olmuşdur və onları qəbul edir. "xxxx" ASC-nin satış meneceri Q.Orxan, PMİ 014975 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini sığortalı İddiaçı təhvil vermiş və sığorta qaydalarını izah etmişdir. "xxxx" ASC tərəfindən Baxışov Sabir Muxtar oğluna və İddiaçı ünvanlanmış məktubdan görünür ki, “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASCdə PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və xx.xx.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. Müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə elmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. 21 08.2019-cu il tarixli İltizama əsaslanaraq, sığortalı öz imzası ilə, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir. 02/0386/KBK nömrəli 20 avqust 2019-cu il tarixli İddiaçı və "xxxx" ASC arasında bağlanmış İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı 26000 AZN dəyərində müəyyən edilmiş buraxılış ili 2013 olan “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı maşını ilə 02/0386/KBK saylı kredit müqaviləsində göstərilən öhdəliyini təmin etmişdir. Həmin müqavilənin 3-cü bəndindəki əsas öhdəlik haqqında məlumatdan görünür ki, kredit olaraq illik 23 faiz dərəcəsi ilə 17000 manat verilmişdir. Öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyənləşdirilmişdir. 02/0386/KBK nömrəli 20 avqust 2019-cu il tarixli İddiaçı və "xxxx" ASC arasında bağlanmış Girov Müqaviləsinin surətindən görünür ki, İddiaçı 26000 AZN dəyərində müəyyən edilmiş “Kia Sportage” markalı maşını ilə 02/0386/KBK saylı kredit müqaviləsində göstərilən öhdəliyini təmin etmişdir. ƏN-İ seriyalı, 884329 nömrəli, xx.xx.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı Baxışov Sabir Muxtar oğluna onu Banklarda, bütün sığorta şirkətlərində, o cümlədən “A-group sığorta şirkəti”ndə təmsil etməyi, səlahiyyətli nümayəndəsi olaraq bütün sənədləşdirmə işlərini aparmağı, ona çatası sığorta ödənişini və ona dəymiş ziyanla bağlı sığorta ödənişini, pul məbləğini almağı, aldığına dair imza etməyi, adına hesab açmaq, plastik kartı, pin kodu almağı, zəruri sənədləri arayışları təqdim etməyi, o cümlədən ona çatası sənədləri, arayışları almağı, atdığına dair imza etməyi, onun adından ərizə yazmağı, sənədləri imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi etibar etmişdir. xx.xx.2022-ci il tarixli, 9/1699 nömrəli ekspert rəyinin surətindən görünür ki, Kia Motors şirkəti tərəfindən xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20246,0 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən "xxxx"ASC-yə ünvanlanmış İltizamdan görünür ki, Sığorta şəhadətnaməsindəki azadolma məbləği ona izah olundu. Sığorta hadisəsi zamanı sığorta şəhadətnaməsində qeyd olunan hallar baş verdiyi halda şərtsiz azadolma məbləğinin ikiqat tətbiq olunacağı ona bildirildi.Həmçinin əlavə sığorta haqqı ödəməklə, azadolma məbləğinin aşağı salınması ona təklif edildi. Ona məxsus PMİ014575 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASCyə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi ona izah olundu.Əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirildi. Avtomobilin istifadə tərzi barəsində verdiyi məlumatın doğruluğunu təsdiq edir. Gələcəkdə avtomobilin mülkiyyətçisinin, istifadə tərzinin və qeydiyyat nişanının dəyişəcəyi halda "xxxx"ASC-yə məlumat verməyin vacibliyi ona izah olundu. Sığorta təminatına daxil olmayan digər zərərlər (istisnalar) və sığorta ödənişinin v erilməsindən imtinanın səbəbləri ona izah olundu. Kia Sportage markalı, 9 9 F U 1 2 1 dövlət qeydiyyat nişanlı, 480958 şassi nömrəli avtomobilin qismən sığortalanması şərti ona izah olundu. Yəni sığorta hadisəsi zamanı avtomobilə dəymiş ziyana görə azadolma (franşiza) nəzərə alınmaqla sığorta məbləğinin avtomobilin bazar dəyərinə nisbətində 65% həcmində ödəniş olunacağını qəbul edir. Həmçinin ona avtomobilin tam sığortalanması üçün əlavə 522 AZN ödəniş etmək təklif olundu. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələri tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlərin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobil idarə etmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Avtomobil Sığorta Hadisəsi barədə Raport/ərizədən görünür ki, toqquşma hadisəsi xx.xx.2021-ci il tarixdə saat 11:10-da baş vermişdir. Hadisə barədə xx.xx.2021-ci il tarixdə saat 11:24-də məlumat verilmişdir. "xxxx" ASC-nin əməkdaşları hadisə yerinə xx.xx.2021 tarixdə saat 12:10-da çatmışdır. Sığorta olaraq İddiaçı, sürücü və məlumat verən olaraq Baxışov Sabir Muxtar oğlu qeyd olunmuşdur. Baxışov Sabir Muxtar oğlu nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. Avtomobilə dəyən təxmini zərər 15000 azn olaraq göstərilmişdir. AF seriyalı, 704735 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Baxışov Sabir Muxtar oğlu İddiaçı məxsus olan “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Sığorta portfelinin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, LPO "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC isə öz növbəsində həmin sığorta müqavilələrini 3-cü bənddə göstərilmiş qaydada LPO "xxxx" ASC-dən qəbul etməyi və sığorta müqavilələrinin ötürülməsi üzrə bu müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubu ilə bildirmişdirlər ki, sığortalının mülkiyyətində olan “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra sığortalanmış avtomobil), "xxxx" Açıq Səhmdar Cəmiyyətində PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və həmin müqavilə xx.xx.2021-ci il tarixli “Sığorta portfelinin ötürülməsinə dair” müqavilə ilə Cəmiyyətimizə ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə vətəndaş Baxışov Sabir Muxtar oğlu “sığortalanmış avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün xərclərin qarşılanması ilə bağlı Şirkətimizə tələb ünvanlanmışdır. Baxışov Sabir Muxtar oğlu sığorta olunan hesab edilmədiyi üçün xx.xx.2021ci il tarixində Sığortalıya sığorta ödənişinin verilməsindən imtina barədə rəsmi məktub göndərilmişdir. İlk olaraq Şəhadətnaməyə əsaslanaraq qeyd edirlər ki, "xxxx" ASC ilə bağlanılmış müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə isə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Bundan başqa Sığortalının özünün imza atdığı xx.xx.2019-cu il tarixli İltizama əsaslanaraq bildirmək istəyir ki, Sığortalı, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması hallarında sığorta təminatı verilmir. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermis hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Baxışov Sabir Muxtar oğlu hadisə zamanı “Kia Sportage” markalı 99FU121 dövlət qeyiyyat nişanlı avtomobil Şəhadətnamədə sığorta olunan qismində göstərilmədiyi üçün "xxxx" ASC tərəfindən Sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Mülki Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Mülki Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Sığorta Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu maddə 1.1.19-a əsasən sığorta hadisəsi– icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh "xxxx" ASC sığorta hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin sığortalının özü olmadığını əsas gətirərək sığorta ödənişini verməkdən imtina etmişdir. Halbuki qanunun məzmunundan görünür ki, sığorta ödənişinin verilməsindən imtina olunması üçün baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməməsi şərti mövcuddur. Qanunvericiliyə əsaəsn icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi, “sığorta hadisəsi” konkret hal və ya hadisə olmaqla, həmin hadisədə subyektlər dairəsi konkret şəxslər kateqoriyası ilə məhdudlaşdırılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müddəti xx.xx.2019-cu ildənxx.xx.2022-ci ilədək olan sığorta müqaviləsi üzrə sığortalı İddiaçı “Kia Sportage” markalı. 99FU121 dövlət qeydiyyat nişanlı maşını üçün sığortaçı "xxxx" ASC xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində sığorta məbləği 17.000 AZN, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində 15.300 AZN, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində isə 13.770 AZN nəzərdə tutulmuşdur. Azadolma məbləği isə 500 manat təşkil edir. Göründüyü kimi, PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən İddiaçı məxsus KNAPC811DD7480958 ban nömrəli, mühərrikin nömrəsi G4KDDH412349, buraxılış ili 2013 olan “X15” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. Həmin şəhadətnaməyə əsasən sözügedən nəqliyyat vasitəsi 3 (üç) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği xx.xx.2021-ci il – xx.xx.2022-ci il tarixləri üçün 13.770 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, şirkət müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi dəyən zərərdən azadolma məbləği çıxılmaqla icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi 13270 (on üç min iki yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında sığorta barədə qeyd edilən tarix aralığı üçün razılaşdırılmış məbləği 13.770 manat, azadolma məbləği kimi nəzərdə tutulmuş 500 manat çıxıldıqdan sonra isə 13270 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi 13270 (on üç min yeddi yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1102/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1102/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver