Məhkəmə qərarları › İş №2(006)-1118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1118/2023

24.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1118/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh* ASC-nin nümayəndəsi - X* iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və Cavabdeh*nə qarşı «əmrin ləğvi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və Cavabdeh*nə qarşı «əmrin ləğvi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* ASC-nin nümayəndələrinin onun barəsində əvvəlki vəzifəsindən aşağı vəzifəyə keçirilməsi barədə qərəzli şəkildə verilmiş ** iyun *0**-ci il tarixli K**/0*4*9 nömrəli əmrinin ləğvini və əvvəlki vəzifəsinə təminatını, qəsdən buraxılmış 01 iyul *0**-ci il tarixdən əvvəlki işə bərpa olunanadək əmək haqqının və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Atabəy kəndində yaşayır. Azərbaycan Texniki Universitetinin «Elektrotexnika və energetika» fakültəsini bitirmiş və *015-ci il oktyabr ayından *9 may *0**-ci il tarixədək Cavabdeh1 ASC-nin Qərb RETSİ-nin X3 10 kv.-luq Qılıncbəyli hava xətti üzrə nəzarətçi-mühəndis vəzifəsində işləmişdir, işlədiyi dövrdə heç bir nöqsan və qüsurları olmamışdır. Lakin cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyinin onun xidməti ərazisində «ASAN xidmət» mərkəzinin ödəniş xidmətlərindən yayınma kimi korrupsiya halı işlərini həyata keçirdiklərindən xəbərdar olduğunu bildikdən sonra onların arasında ciddi çəkişmələr olmuşdur. Bu səbəbdən, may ayı tarixindən onunla qərəzli mövqedə olmuşlar. *9 may *0**-ci il tarixdə guya Şəmkir EŞ-də istehsalatda zərurət olduğu üçün ona bir kadr kimi tələb olunduğunu əsas gətirərək ondan xahiş etmişlər ki, Şəmkir EŞ-ya elektrik montyoru işlərində cavabdeh təşkilata köməklik etsin. Ondan guya həmin ərazilərdə yüksək gərginlik xəttlər üzrə sərbəst əməliyyat aparmaq məqsədi ilə ona daxili əmr verəcəklərini və əmrin * ay etibarlı müddəti olacağını bildirmişlər. O da, bunlara inanıb cavabdeh təşkilatın Qərb RETSİ rəhbərlərini hüquqi şəxs olmadıqlarına özlüyündə inanıb, *9 may *0**-ci il tarixdə elektrik montyoru vəzifəsinə keçmək ərizəsini yazmış, öz xəyalında müvəqqəti iş kimi işləməyə davam etmişdir. Lakin *7 iyun *0**-ci il tarixdə onun barəsində Cavabdeh1 ASC-nin hüquqi şəxsi olan Vüqar Əhmədov cənablarının imzaladığı ** iyun *0**-ci il tarixli K/**-0*4*9 nömrəli əmri gördükdən sonra cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyi arasında böyük səs-küyə səbəb olmuş narazılıq halları baş vermişdir. O, cavabdeh təşkilatın nümayəndələrinin həyata keçirdikləri bütün korrupsiya, dövlət büdcəsinin ödənişlərindən yayınma, küllü miqdarda pul vəsaitlərinin mənimsənilməsi barədə Azərbaycan Respublikası Baş Prokrorluğu yanında Korrupsiya idarəsinə, Cavabdeh1 ASC-nin hüquqi şəxslərinə, Energetika nazirliyinə, Prezident Adminstrasiyasına bu özbaşınalıqlarla bağlı məlumat vermişdir. Bundan sonra Cavabdeh1 ASC-nin Qərb RETSİ rəhbərliyi onun *9 may *0**-ci il tarixədək işlədiyi ərazidə qəsdən və qərəzli formada vətəndaşlara külli miqdarda saxta və qərəzli aktlar tərtib etmişlər. Onu susdurmaq məqsədi ilə Cavabdeh1 ASC-nin rəhbərliyi tərəfindən Şəmkir rayon Prokrorluğuna guya onun dövlət əmlakını talamaq məqsədi ilə 6-01/05- 06/4780 nömrəli müraciət etmişdir. Burada məlum olmuşdur ki, *9 may *0**-ci il tarixdən 1 iyul tarixədək xidmət etmədiyi ərazidə yazılmış akt və qüsurlara cavabdehlik daşımır. Həmin ərazinin hesab bildirişinin oxumasını Şəmkir EŞ-nin rəhbərliyi öhdəçiliyində idi. Şəmkir rayon Prokrorluğunda cavabdehin müraciəti ilə aparılmış araşdırmada heç bir şahid və sübut tapılmamışdır. 01 iyul *0**-ci il tarixdən cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyi və Şəmkir EŞ-nin rəisi onu işə buraxmamışdır. Əmək haqqı tabelinə imza atmağa icazə verməmişlər. İddia ərizəsi təqdim etdiyi tarixədək dəfələrlə bu məsələ ilə bağlı rəhbərliyə müraciət etsə də, barəsində prokurorluqda araşdırma ilə bağlı onun işə buraxılmasının qanunsuz olduğu bildirilmişdir. O, bununla bağlı X5 müraciət etmiş, həmin müraciətə də digər orqanlara verdikləri müraciətinin araşdırılmasına dair daxili nəzarət departamentinin məhkəməyə maddi sübut kimi daxil etdiyim sənədlər toplusunda № 01/1*-15/Y-087/67*4 nömrəli məktubunda qeyd etdiyi «barəsində araşdırma aparılır» cümlələri ilə yalandan cavablandırmışlar. Onun isə əyani sübut kimi təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikası Baş Prokrorluğunun 07 oktyabr *0**-ci il tarixli 04/16313-19 nömrəli məktubundan məlum olur ki, cinayət işini hansı cinayətkara açıblar. Hal-hazırda onun 5 aydır əmək haqqı verilmir, digər əlavə gəlir mənbəyi yoxdur, himayəsində xəstə anası, həyat yoldaşı və 3 azyaşlı övladları var. Yuxarıda qeyd etdiyi fakt və əyani sübutları olan hər bir cümlənin əyani sübutu var. ** iyun tarixli verilmiş əmrdə qeyd olunan ştatda və davamiyyət jurnalında adının qeydiyyatı aparılmamışdır. Təqdim etdiyi sənədlər toplusuna nəzər etdikdə məlum olur ki, hələ də əvvəlki nəzarətçi mühəndis kimi satış üzrə nəzarətçi mühəndislər bazasında qeydiyyatdadır. Həmin sözü gedən 10 kv-luq Qılıncbəyli hava xəttində baş verən qeyriqanuni halların məsuliyyəti onun üzərindədir. Necə ki, 01 iyul tarixli qəsddən yaradılmış nöqsanlarla bağlı prokurorluqda sorğu-sual tələblərinə cəlb olunmasında. Yuxarıda qeyd etdiyi bütün faktlara əsaslanaraq, cavabdeh şəxsin nümayəndələrinin onunla apardığı qərəzli mövqe əsasında öz xəyallarında cinayətkar şəxs kimi onun əmək haqqlarının verilməməsi öz etiraf sənədlərində etiraflarını nəzərdə tutaraq Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Məhkəmə hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Odur ki, cavabdeh təşkilatın rəhbərliyinin onunla qərəzli möqveləri əsasında özlərinin cinayət tərkibli işlərinin sübut olunmaması məqsədi ilə onun barəsində qəsdən ona və onun ailə üzvlərinə verdikləri maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə və ** iyun tarixli K**-0*4*9 nömrəli əmrin qəsdən və qərəzli formada verilməsi və həmin əmrin dəyişdirilməsi ilə dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Əmək Məcəlləsinin 66-ci maddəsinə uyğun olaraq əmrin ləvğini və 186-cı maddəyə uyğun olaraq məhkəməyə müraciət edir. Cavabdeh şəxslər Azərbaycan Respublikası Mediasiya X7 31 avgust *0**-ci il tarixdə təsdiq edilmiş Mediatorun ilkin mediasiya sessiyasında (İMS) iştirak etmə dəvətindən imtina etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əvvəlki vəzifəsi nəzarətçi-mühəndis olmuşdur. Daha sonra montyor vəzifəsinə keçirmişlər. Bəhruz Tağızadə 0* iyun *0**-ci il tarixdə rəis vəzifəsinə keçmişdir, lakin 31 may *0**-ci il tarixli sənədi o imzalayıb. İndiyə qədər adı işdə gedir, lakin işə buraxılmır. May ayından indiyə qədər aylıq əmək haqqı ona verilmir. Sonuncu dəfə 0* iyul *0**-ci il tarixdə iyun ayının əmək haqqını almışdır. Vəzifəsi dəyişdiriləndə aylıq maaşının məbləği də azalmışdır. ** gün üçün nəzarətçi-mühəndis vəzifəsi üçün əmək haqqı verilmişdir. 5 gün isə montyor vəzifəsi üçün 40 manat əmək haqqı verilmişdir. 04 iyul *0**-ci il tarixdən işə buraxılmır. Montyor vəzifəsinə keçirtməklə bağlı formal olaraq ərizə yazdırmışlar və heç bir dəyişikliyin olmayacağını ona bildirmişlər. Lakin ərizəyə imza çəkməmişdir. X6 həmin ərizəyə imza çəkmişdir. Lakin ərizə tərtib olunan zaman Bəhruz Tağızadə rəis vəzifəsinə təyin olunmamışdı. Qeyd edilən ərizədə tarix də yox idi. Sonrakı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ərizəni özü yazmışdır və imzalamışdır. Ərizədə montyor vəzifəsinə müvəqqəti keçirilmə ilə bağlı qeyd var idi. ** iyun *0**-ci il tarixdə əmr ona gəlmişdir. Ərizəni yazanda Pərviz müəllim yanında olmuşdur. Ərizədəki 31 may tarixini o yazmışdır. Ərizə *9 may *0**-ci il tarixdə yazılmışdır. Onu ** iyun *0**-ci il tarixdən işə buraxmırlar. *0**-ci ilin iyul ayında 47 manat əmək haqqı köçüb. *8 iyun *0**-ci il məzuniyyət ərizəsinin kserosurətlərində mövcud olan yazılan xətt və imza nümunələri ona məxsusdur. İş materiallarında olan Elmar Mahmudovun adında yazılmış 31.05.*0**-ci il tarixli ərizədəki imza və xətt nümunələri ona məxsusdur. Qeyd olunan ərizələrdəki E.Tağızadə həmin dövrdə rəis vəzifəsində çalışmışdır. Cavabdeh* ASC tərəfindən proses zamanı təqdim edilmiş 31.05.*0**-ci il tarixli ərizələrdə ərizənin başlığı və sonluğu (kompüter) sonradan əlavə edilmişdir. Sonradan əlavə edilmiş ərizələrdəki imzalar ona məxsusdur. Digər xətt nümunələri ona məxsus deyil. 31 may *0**ci il tarixdə onu vəzifəsindən aşağı vəzifəyə keçirmişlər. Əvvəlki vəzifə maaşı beş yüz qırx manat idi, lakin sonradan vəzifə maaşı dörd yüz səksən manat məbləğində olmuşdur. Hazırda işləyir. İki aylıq maaşı verilmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh* ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh* nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh* nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh* ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda işəgötürən tərəfindən başqa işə keçirilməsi ilə əlaqədar ərizə yazmağa məcbur edildiyini, ilkin olaraq ərizəni özü yazmaması, sonra isə yazsa da imzalamaması, yaxud imzalasa da mətnini özü yazmadığı, ərizədə tarix göstərmədiyini, ərizənin səlahiyyətli şəxs tərəfindən imzalanmadığını, dərkənar qoyulmadığını, işləsə də əmək haqqı verilmədiyini, iş yerinə buraxılmadığını, tabelə imza etməyə imkan verilmədiyini və s. bildirmişdir. İddiaçı hüquqlarının pozulduğunu bildirərək öncə müxtəlif instansiyalara müraciət etmiş, sonra Qərb RETSİ-nin Şəmkir EŞ-ya mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Gəncə 1 saylı Mediasiya təşkilatının 11.11.*0**-ci il tarixli MŞG/1-0557* saylı arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi 11.11.*0**-ci il tarixə saat 15:00-15:30-a təyin edilmiş İMS-ə gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə olunmuş 31 may *0**-ci il tarixli, Cavabdeh* ASC-nin sədri V.Əhmədovun adına yazılmış ərizədən görünür ki, Şəmkir EŞ-nin satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı Qərb RETSİ-nin Şəmkir EŞ-nin Şəmkir şəbəkə sahəsinə elektrik montyoru vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *4 iyul *0*3-cü il tarixli 3-16-16/1-4/109* saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş *(006)-1118/*0*3 saylı mülki işin 138-ci vərəqəsində İddiaçı adından olan 31.05.*0**-ci il tarixli ərizədəki yazılar və aşağı hissəsində «imza» qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrin verilməsinə əsas olmuş başqa işə keçirilməsi barədə ərizəni özü yazaraq, özü imzalamışdır. İş materiallarına əlavə olunmuş ** iyun *0**-ci il tarixli k/**-0*4*9 saylı əmrdən görünür ki, Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarəçi mühəndisi olan İddiaçı **.06.*0**-ci il tarixdən X3 Paylayıcı Şəbəkə sahəsinin Şəmkir şəhər şəbəkə sahəsi üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 540 manat müəyyən edilmişdir. Əsas: şəxsi ərizə və əmək müqaviləsi. İddiaçının həmin ərizəni yazmağa məcbur, yaxud vadar edilməsi, aldanaraq yazması barədə bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən iddiaçıya münasibətdə işəgötürən tərəfindən qərəzli münasibətin olması görünmür. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh* ASC-nin *8 iyul *0**-ci il tarixli 6-01/xx-xx/4780 saylı məktubla Şəmkir rayon prokurorluğuna müraciəti əsasında toplanmış material üzrə İddiaçı xidməti fəaliyyətinə vicdansız münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi, eyni zamanda xidməti mövqedən sui-istifadə edərək tamah və ya sair şəxsi marağı üzündən xeyli miqdarda ziyan vurmaqla ayrı-ayrı abonentlərin sayğac sxemindən kənar xəttdən istifadə etmələrinin; yəni elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasının qarşısını almaması faktlarına görə rayon prokurorluğunda 30 avqust *0**-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.3 və 189-1.4-cü maddələri ilə **0806071 saylı cinayət işi başlanmışdır. İşəgötürənin iddiaçıya münasibətdə qərəzli münasibətinin olmasına dair bildirilənlər subyektiv xarakter daşıyır. İşəgötürən işçini işdən azad etməmiş, işçinin öz iradə ifadəsinə əsasən sərbəst şəkildə yazıb imzaladığı ərizəyə əsasən digər işə keçirmiş, iddiaçını ümumiyyətlə Cavabdeh* ASC-nin tabeliyində olan strukturlardan çıxarmamış, aparılan araşdırmanın yekunlaşmasını gözləmiş, iddiaçıya əmək haqqı hesablanmaqda davam etmişdir. Məhkəmədə hazırki mübahisəyə baxıldığı dövrdə işəgötürən ödənilməmiş əmək haqqı məbləğlərinin də iddiaçıya ödənilməsini təmin etmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən işçini digər işə keçirərkən Əmək qanunvericiliyinə riayət etmiş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı *6 iyul *007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart *008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yekun olaraq vurğulayır ki, iddiaçının başqa işə keçirilməsinə dair ərizəsinə dərkənar yazılıb-yazılmaması və s. hallarla bağlı qeyd etdikləri iddianın təmin edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı başqa işə keçirilməsinə dair ərizəni özü şəxsi iradəsinə uyğun olaraq yazmış, həmin ərizəni imzalamış, işlədiyi Cavabdeh* ASC-yə təqdim etmiş, həmin ərizəyə əsasən müvafiq əmr səlahiyyətli şəxs tərəfindən verilmişdir. Ərizə təqdim olunandan sonra daxili sənədləşmədə hər hansı formal hərəkətlərin edilibedilməməsi (dərkənar yazılıb-yazılmaması və s.) iddiaçının ərizəsinin mahiyyətini dəyişmir, onun başqa işə keçirilməsi barədə əmrin ləğv edilməsi üçün əsas deyil, həmin əmr verildiyi an səlahiyyət sahibi olan şəxs tərəfindən çıxarılaraq, təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *17.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və Cavabdeh*nə qarşı «əmrin ləğvi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, **7, *33, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və Cavabdeh*nə qarşı «əmrin ləğvi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod *10005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ**, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 17003*66*1, Hesab AZ34CTRE**********000*088501) Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar