Məhkəmə qərarları › İş №2(006)-116/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-116/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-116/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair ilkin iddia üzrə; iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “xx xxxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 manat əsas borc, faiz borcuna görə 41317,25 manat, dəbbə borcuna görə 240000 manat, cəmi 1264888,06 manat məbləğində vəsait, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 222 manat məbləğində pul vəsaitin tutulması, tələblərin ipoteka ilə yüklü edilmiş: tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda 6,0 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzilə; tam mülkiyyət hüququ ilə cavabdeh X1 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilə; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes BENZ E220 CDİ” minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin məhkəmədə müəyyən edilməsi, bütün ipoteka predmetlərinin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin xx xxxx 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1264888,06 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra boşaldılması, mülkiyyətçilər və onların ailə üzvlərinin ipoteka predmetlərindən çıxarılması və onların istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, xx xxxx 2020-ci il tarixinə RB/AB4356 saylı xx xxxx 2013-cü il tarixli baş kredit müqaviləsi üzrə kreditin əsas borcu 983570,81 manat, faiz borcu 194115,02 manat, dəbbə borcu 240000 manat, borcun cəmi məbləği 1417685,83 manat təşkil etdiyini qeyd etmişdir, iddia tələbinin artırılmasına dair ərizəni qəbul edərək iddia tələbinin artırılan və digər hissələrdə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədə ilkin iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinə əsasən illik 6 faiz dərəcəsi olmaqla 48 ay güzəşt müddəti ilə cəmi 84 ay müddətinə ******* manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh MMC kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx xxxx 2018-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin xx xxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 983570,81 manat, faiz borcuna görə 41317,25 manat, dəbbə borcuna görə 240000 manat, borcun cəmi məbləği 1264888,06 manat təşkil edir. xx xxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda 6,0 ha torpaq sahəsi ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 266 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzil ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 267 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə cavabdeh X1 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzil ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 269 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsi ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB/İP 293 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzil ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 276 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsi ASC qarşısında xx xxx 2014-cü il tarixli RB/AB/İP 366 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes BENZ E220 CDİ” minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-325 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-324 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, ** EE *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-323 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-328 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-322 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-329 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin ipoteka qoyanların ailə üzvlərinin həmin əmlakların ipoteka ilə yüklü edilməsinə dair razılıqları da notarial qaydada təsdiq edilmişdir. Sonda ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsini, qarşılıqlı iddianı təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi, X2, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərinizahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki,iş materiallarından görünür ki, İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinə əsasən illik 6 faiz dərəcəsi olmaqla 48 ay güzəşt müddəti ilə cəmi 84 ay müddətinə ******* manat məbləğində MMC-yə kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda 6,0 ha torpaq sahəsi ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 266 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzil ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 267 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə cavabdeh X1 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzil ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 269 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsi ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB/İP 293 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzil ASC qarşısında xx xxxx 2013-cü il tarixli RB/AB/İP 276 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsi ASC qarşısında xx xxx 2014-cü il tarixli RB/AB/İP 366 saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes BENZ E220 CDİ” minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-325 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-324 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, ** EE *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-323 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-328 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-322 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında xx xxxxxx 2013-cü il tarixli RB/AB-329 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx xxxx 2013-cü il tarixli RB/AB4356 saylı müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə əsas borc 983570,81 manat, faiz borcu 194115,02 manat, cərimə borcu 240000 manat, cəmi 1417685,83 manat borcu təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin 0458/19/RB saylı xx xxxxxx 2019-cu il tarixli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan, **********15 reyestr nömrəli, 6.0 ha torpaq sahəsinin real bazar qiyməti 320000 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin 0459/19/RB saylı xx xxxxxx 2019-cu il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə, Cavabdeh4 mülkiyyətində olan 0.24 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 377.8 kv.m ümumi, 130.0 kv.m yaşayış, 247.8 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 42.2 kv.m olan təsərrüfat evi (liter 1) və 24.6 kv.m olan hamam-ayaq yolundan (liter 2) ibarət fərdi yaşayış evinin real bazar qiyməti 140000 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin 0484/19/RB saylı xx xxxxxx 2019-cu il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Daşkəsən rayonu, Zağalı kəndində, Cavabdeh2 mülkiyyətində olan 0.0607 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.1 kv.m ümumi, 80.7 kv.m yaşayış, 88.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 24.5 kv.m olan əl damı (liter B), 54.0 kv.m olan talvardan (liter C) ibarət fərdi yaşayış evinin real bazar qiyməti 100000 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31321 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “borcalan” Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxxxx 2018-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixə) banka ödənilməli olan borcu ümumilikdə 1025495,12 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 984750,22 manat; faiz borcu üzrə 40744,90 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli Ç- 243 saylı arayışından görünür ki, Ağcabədi şəhəri, Zərdan yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6.0 ha torpaq sahəsinin likvid dəyəri 290000 manat; Bakı şəhəri, X3 prospekti, ev 41, 121 saylı mənzilin likvid dəyəri 110000 manat; Bakı şəhəri, X3 prospekti, ev 41, 122 saylı mənzilin likvid dəyəri 83000 manat; Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90000 manat; Ağcabədi şəhəri, H.Əliyev küçəsi ev 122, 08 saylı mənzilin likvid dəyəri 36000 manat; Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 126000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh1 MMC-nin üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb, qismən təmin edilməlidir. Beləki, Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilədə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsədə, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edirki, 983570,81 (doqquz yüz səksən üç min beş yüz yetmiş manat səksən bir qəpik) manat əsas borc, faiz borcuna görə 194115,02 (yüz doxsan dörd min yüz on beş manat iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsada iddiaçının tələb etdiyi 240000 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Beləki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odurki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 12000 manat məbləğində müəyyən edir. Eyni zamanda iddiaçının “...bildirişin göndərilməsinə dair poçt xərci üzrə 7,75 manat cavabdehdən tutulması...” tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-ci maddəsinə görə, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də məhkəmə məsrəflərinə daxildir. Odur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişinlərin qeydə alınması üçün ödənilmiş 192 (yüz doxsan iki) manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manatməbləğindəödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli Ç-243 saylı arayışından görünür ki, Ağcabədi şəhəri, Zərdan yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6.0 ha torpaq sahəsinin likvid dəyəri 290000 manat; Bakı şəhəri, X3 prospekti, ev 41, 121 saylı mənzilin likvid dəyəri 110000 manat; Bakı şəhəri, X3 prospekti, ev 41, 122 saylı mənzilin likvid dəyəri 83000 manat; Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90000 manat; Ağcabədi şəhəri, H.Əliyev küçəsi ev 122, 08 saylı mənzilin likvid dəyəri 36000 manat; Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 126000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetlərinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cımaddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». İddia tələbində “mülkiyyətçilərin və onların ailə üzvlərinin istifadə hüququnun itirilmiş hesab olunması barədə” tələbi ilə bağlı məhkəmə qeyd edir: Azərbaycan Respublikası “İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1. yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-cü maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi, cavabdehlər Qanunun həmin tələblərinə riayət etməklə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Beləki, Qanunun tələblərindən göründüyü kimi, mülkiyyətlə bağlı yeni mülkiyyətiçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və s.) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Odurki, iddiaçının həmin tələbi rədd edilməlidir. İddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, Cavabdeh1 MMC etirazını onunla əsaslandırmışdır ki, “xx xxxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməlidir. Məhkəmə isə Cavabdeh1 MMC-nin etirazlarının əsasları ilə razılaşmır. Belə ki, Məhkəmə belə hesab edir ki, Cavabdeh1 MMC müqaviləni imzalayarkən, müqavilənin şərtləri ilə tanış olmuş və razılaşmışdır. Hər bir halda Cavabdeh1 MMC müqavilənin sonunda imza etdikdə anket məlumatlarının qarşısında «borclu» yazıldığını görməyə bilməzdi. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 MMCni iş üzrə cavabdeh qoyması və ona qarşı tələb yönəltməsi tam əsaslıdır. Odur ki, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 (doqquz yüz səksən üç min beş yüz yetmiş manat səksən bir qəpik) manat əsas borc, faiz borcuna görə 194115,02 (yüz doxsan dörd min yüz on beş manat iki qəpik) manat, dəbbə borcuna görə 12000 (on iki min) manat, cəmi 1.189.685,83 manat məbləğində vəsait, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişinlərin qeydə alınması üçün ödənilmiş 192 (yüz doxsan iki) manat rüsum və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 222(iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulmalı; tələbin ipoteka ilə yüklü edilmiş: tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat təşkil edən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda 6,0 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ilkin satış qiyməti 110.000 (yüz on min) manat təşkil edən Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzilə; tam mülkiyyət hüququ ilə cavabdeh X1 məxsus ilkin satış qiyməti 83.000 (səksən üç min) manat təşkil edən Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ilkin satış qiyməti 90.000 (doxsan min) manat təşkil edən Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus ilkin satış qiyməti 36.000 (otuz altı min) manat təşkil edən Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilə; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus ilkin satış qiyməti 126.000 (yüz iyirmi altı min) manat təşkil edən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ E220 CDİ-minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA-minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusMercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməli; ipoteka predmetləri olan daşınmaz və daşınar əmlaklar açıq hərracdan satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin xx xxxx 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1.189.685,83 (bir milyon yüz səksən doqquz min altı yüz səksən beş manat səksən üç qəpik) və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 (iki yüz iyirmi iki) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməli; ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra cavabdehlər ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmalı və həmin mənzillər boşaldılmalıdır. Qarşılıqlı iddia isə rədd edilməlidir. İş üzrə qiymətləndirmə ekspertiza xərcləri olan İddiaçı ASC tərəfindən “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilən 1800 (bir min səkkiz yüz) manat və 350 (üç yüz əlli) manat məbləğində vəsait Cavabdeh1 MMC tutularaq İddiaçı ASC-yə ödənilməl, iş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası xərci olan 145 (yüz qırx beş) manat məbləğində vəsait Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair ilkin iddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 (doqquz yüz səksən üç min beş yüz yetmiş manat səksən bir qəpik) manat əsas borc, faiz borcuna görə 194115,02 (yüz doxsan dörd min yüz on beş manat iki qəpik) manat, dəbbə borcuna görə 12000 (on iki min) manat, cəmi 1.189.685,83 manat məbləğində vəsait, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişinlərin qeydə alınması üçün ödənilmiş 192 (yüz doxsan iki) manat rüsum və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 222(iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulsun. Tələbin ipoteka ilə yüklü edilmiş: Tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat təşkil edən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda 6,0 ha torpaq sahəsinə; Tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ilkin satış qiyməti 110.000 (yüz on min) manat təşkil edən Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzilə; Tam mülkiyyət hüququ ilə cavabdeh X1 məxsus ilkin satış qiyməti 83.000 (səksən üç min) manat təşkil edən Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilə; Tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ilkin satış qiyməti 90.000 (doxsan min) manat təşkil edən Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; Tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus ilkin satış qiyməti 36.000 (otuz altı min) manat təşkil edən Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilə; Tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus ilkin satış qiyməti 126.000 (yüz iyirmi altı min) manat təşkil edən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; Tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ E220 CDİ-minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; Tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA-minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; Tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; Tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; Tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; Tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilsin. İpoteka predmetləri olan daşınmaz və daşınar əmlaklar açıq hərracdan satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin xx xxxx 2013cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1.189.685,83 (bir milyon yüz səksən doqquz min altı yüz səksən beş manat səksən üç qəpik) və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 (iki yüz iyirmi iki) manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin. İş üzrə qiymətləndirmə ekspertiza xərcləri olan İddiaçı ASC tərəfindən “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilən 1800 (bir min səkkiz yüz) manat və 350 (üç yüz əlli) manat məbləğində vəsait Cavabdeh1 MMC tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası xərci olan 145 (yüz qırx beş) manat məbləğində vəsait Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra cavabdehlər ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılsın və həmin mənzillər boşaldılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “xx xxxxx 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar