Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1163/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tələb onunla əsaslandırılır ki, İddiaçı2 “xxxx” MMC-nin təsisçisidir. “xxxx” MMC maşınların satışı ilə məşğuldur. İddiaçının mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO-*** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2018-ci il tarixli, ƏN-İ 772505 nömrəli etibarnamə ilə idarə edilməsini “xxxx” MMC-yə etibar etmişdir. “xxxx” MMC iddiaçının razılığı ilə cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 2122 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, 36 ay müddətinə hər ay 807 manat ödəniş etməklə, 31.037,24 manata satılmışdır. Lakin cavabdeh “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO-*** dövlət qeydiyyat nömrəli avtomobil üçün “xxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 2122 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.000 manat, 02 ay üzrə, yəni xx.xx.2019-cu il tarixdə 807 manat, xx.xx.2019-cu il tarixdə 593 manat, cəmi 3.400 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdən “xxxx” MMC-yə heç bir ödəniş etməyərək 27.637,24 manat məbləğində borcu qalaraq ödənilməmişdir. Qalan 27.637,24 manat borc pulu dəfələrlə şifahi və xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir ödəniş etməyib. xx.xx.2018-ci il tarixli, 2122 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirdiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Cavabdeh “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO-*** dövlət qeydiyyat nömrəli avtomobilin ödənişini xx.xx.2019-cu il tarixdən iddia verildiyi günədək, 650 gün istifadə edərək təhvil verilmədiyindən, gecikdirildiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı, yəni 29.000 manat məbləğində icarə haqqı hesablanmışdır. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişinin gecikdirdiyi hər gün üçün ödəməli olduğu ödənişin 1%-i məbləğində cərimə ödəməlidir. “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO-*** dövlət qeydiyyat nömrəli avtomobilin ödənişini xx.xx.2019-cu il tarixdən iddia verildiyi günədək, 650 gün istifadə edərək iddia verildiyi günədək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 807 manat pul ödənişin 1%-i məbləğində cərimə, yəni 29.900 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixli, 2122 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO- *** dövlət qeydiyyat nömrəli avtomobilə görə 27.637,24 manat əsas borc pulun, 29.900 manat məbləğində icarə haqqın, 29.900 manat məbləğində cərimə pulun və 31 manat dövlət rüsumun Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ƏN-İ № 772505 saylı etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 özünə məxsus olan “Hyundai Sonata” minik markalı, **- XO-*** dövlət qeydiyyat nömrəli avtomobilini xx.xx.2023-cü il tarixədək "İddiaçı1" MMC-nin istifadəsinə vermişdir. İş materiallarında olan "İddiaçı1" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 2122 saylı əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, "İddiaçı1" MMC 31037,24 manat dəyərində olan “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO-*** dövlət qeydiyyat nömrəli avtomobili satmış, Cavabdeh alınmış avtomobilin dəyərindən 2000 manatını ilkin ödəniş olaraq dərhal ödəmiş, qalan məbləği xx.xx.2021-ci il tarixədək hər ay 807 manat ödəməyi öhdəsinə götümüşdür. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən “alıcı” avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda, “satıcı”ya avtomobilin götürüldüyü və ya təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat cərimə ödəyir. İş materiallarında olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə hər ay 807 manat məbləğində pul ödəməlidir. İş materiallarında olan "İddiaçı1" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, "İddiaçı1" MMC tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "İddiaçı1" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 2122 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən "İddiaçı1" MMC 31037,24 manat dəyərində olan “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, 5NPEC4AB4BH81 şassi nömrəli, qara rəngli, **-XO-*** dövlət qeydiyyat nömrəli avtomobili satmış, Cavabdeh alınmış avtomobilin dəyərindən 2000 manatını ilkin ödəniş olaraq dərhal ödəmiş, qalan məbləği xx.xx.2021-ci il tarixədək hər ay 807 manat ödəməyi öhdəsinə götümüş, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsindən görünür ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırki halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “29.900 manat məbləğində icarə haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27.637,24 (iyirmi yeddi min altı yüz otuz yeddi manat, iyirmi dörd qəpik) manat əsas borc, 29.000 (iyirmi doqquz min) manat icarə haqqı, 1000 (bir min) manat cərimə borcu və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57.668,24 (əlli yeddi min altı yüz altmış səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı1nə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.637,24 (iyirmi yeddi min altı yüz otuz yeddi manat, iyirmi dörd qəpik) manat əsas borc, 29.000 (iyirmi doqquz min) manat icarə haqqı, 1000 (bir min) manat cərimə borcu və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57.668,24 (əlli yeddi min altı yüz altmış səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı1nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1163/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1163/2021
31.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver