Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1174/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və 61 manat mediasiya rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar və bu nikah 1 saylı Bakı Asan Xidmət X2 xx.xx.2016-cı il tarixli 980 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir qız övladı dünyaya gəlmişdir. Əvvəllər birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin pisləşmiş və münasibətlərinin pisləşməsinə və ayrılmalarına səbəb cavabdehin onları atıb bir ildən çoxdur ki, başqa qadınla yaşamasıdır. Belə ki, faktiki olaraq artıq bir ildən çoxdur ki, bir yerdə yaşamırlar. Övladını tək başına böyüdür. Bir ata kimi uşağın maddi ehtiyaclarını ödəməkdə ona köməklik göstərmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 140911 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 arasında xx.xx.2016-cı il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında eyni tarixdə 980 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 901389 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfinən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/6- 0993 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə, saat 17:00-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə hər bir halda uşağın üstün mənafeyinin təmin olunmasını əsaslı və iddianın təmin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 61 (altmış bir) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1174/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1174/2024
23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver