Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1177/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə vəsatət ünvanlanaraq, ünvan 1i işin ilkin olaraq icraata qəbul etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsində icraatda olan 2(003)-108/2023 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahları dövründə Qax rayonu, Qum kəndində 0,21 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinin, digər tikililərin və qurğuların inşasına və təmirinə çəkilmiş 180.000 manat xərcin yarısının, yəni 90.000 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi 2(006)-1177/2023 saylı mülki iş kimi qeydiyyata alınaraq məhkəmənin icraatındadır. Həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı Manaf oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, aralarında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə cavabdehin mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1732/2022 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi tələblərin ayrı-ayrı icraatlara ayrılması və göstərilən iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1732/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Hal-hazırda iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi tələbinə dair 2(003)-108/2023 saylı mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır və iş üzrə növbəti hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 12:30a təyin edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan mülki işlər üzrə tərəflər eynidir. Hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində icraatda olan 2(003)-108/2023 saylı mülki iş ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində olan 2(006)-1177/2023 saylı mülki iş bir-biri ilə əlaqəlidir və mülki mübahisələrin mahiyyəti üzrə daha tez, obyektiv və hərtərəfli həllini təmin etmək, eləcə də vahid məhkəmə prosesi keçirilərək vahid qətnamə çıxarılması məqsədilə həmin işlər bir icraatda birləşdirilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə xx.xx.2023cü il tarixli ərizə ünvanlanaraq, mülki işlərin birləşdirilməsinə dair vəsatətin təmin edilməsi və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işlərin bir icraatda birləşdirilməsinə dair vəsatəti nəzərə alıb, mülki işin materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddiası üzrə 2(006)-1177/2023 saylı mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X2 icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə 2(003)- 108/2023 saylı mülki işlə bir icraatda birləşdirilməli və baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı cavabdeh qismində cəlb edərək, “nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1732/2022 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, iddiaçı X1 cavabdeh İddiaçı qarşı nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi tələblərinin ayrı-ayrı icraatlara ayrılması və göstərilən iddia tələblərinin ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) icraatında olan 2(003)-108/2023 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2(003)-108/2023 saylı məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) xx.xx.2023-cü il tarixli, 2(006)-1177/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) icraatında olan 2(003)-108/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) icraatında olan 2(006)-1177/2023 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddiası üzrə 2(006)-1177/2023 saylı mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X2 icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə 2(003)-108/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1177/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1177/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver