Məhkəmə qərarları › İş №2(006)-1184/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1184/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1184/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan Dövlət Kommersiya Şirkəti tərəfindən sığorta ödənişini almasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, o, İddiaçı 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində Baş gizir rütbəsində hərbi qulluq etmiş və xəstəliklə əlaqədar ordu sıralarından İİ qrup əlilliklə təxris olunmuşdur. "Hərbi qulluqçuların dövlət İcbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) sığorta ödənişini alınması üçün ərizə ilə müraciət etsəm də, şirkət heç bir əsas və sübut göstərmədən 2004-cü ildə 19 may tarixində 3 300 000 manat sığorta ödənişini alması barədə iddia etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiyası Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətində Baş gizir rütbəsində hərbi qulluq etmiş və xəstəliklə əlaqədar ordu sıralarından İİ qrup əlilliklə təxris olunmuşdur. İddiaçı “Hərbi Qulluqçuların Dövlət Şəxsi İcbari Sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta ödənişinin verilməsi üçün şirkətə müraciət etmişdir. İddia tələbi ilə əlaqədar şirkətdə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı “Hərbi Qulluqçuların Dövlət Şəxsi İcbari Sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar xx.xx.2004cü il tarixində ******* manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən 6655№-li, xx.xx.2004-cü il tarixli sərəncam ilə ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Dövlət Sığorta Kommersiya şirkətinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. Müraciətin araşdırılması və nəticəsi barədə məlumatı 7 iş günü ərzində Mərkəzi Banka və müraciət müəllifinə (Mülki Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan bütün sənədlər əlavə edilməklə) təqdim etməsi xahiş edilmişdir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ona İİ qrup əlillik dərəcəsi təyin olunması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim etdi ərizəyə baxılmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ona İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar şirkət tərəfindən 2004 cü ildə 19 may tarixində 3 300 000 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ilkin müayinə edilən zaman onda İİ qrup əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi kimi hərbi xidmət dövründə alınması göstərilmişdir. İş materiallarında olan hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sərəncamdan görünür ki, xx.xx.2004-cü il tarixdə İddiaçı hesabına 3 300 000 manat köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xidməti dövrünü xx.xx.1985-ci il tarixdə başlamaqla xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Ona İİ dərəcəli əlillik verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2004-cü il tarixdə İddiaçı hesabına 3 300 000 manat köçürülmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və xx.xx.1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz nisbətlərində verilir. Göstərilən Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödəniş edilmişdir. Eyni zamanda da qeyd edilməlidir ki, cavabdeh tərəfindən ödəniş edilməsəydi belə, iddiaçı sözügedən tələblə müraciət edilməsi üçün müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasında nəzərdə tutulan “üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İV, Vİ hissələri və 38-ci maddəsinin İ və İİİ hissələrinə uyğunluğu baxımından, həmçinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasının “həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar “üç il müddətindən sonra sığortaolunanın əlilliyi müəyyən edildikdə” bunun sığorta hadisəsi hesab edilməsinin və ona görə sığorta ödənişinin həmin Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilməsinin mümkünlüyünün bərabərlik və sosial təminat hüququ baxımından şərh edilməsi barədə müraciət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 18 iyul 2022-ci il tarixli qərardadı ilə icraata qəbul olunmasından imtina edilmişdir. Qərardadın əsaslandırıcı hissəsində əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmış, həkim komissiyasının xx.xx.2004-cü il tarixdə aldığı travmaların hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması müəyyən edilməklə İİ qrup əlillik dərəcəsini almışdır. Bu səbəbdən, iddia tələbi həmçinin bu əsasla da təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar