Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1228/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qızının iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "aliment miqdarının artırılması" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon məhkəməsinin 2(006)-2089/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılmasını, ondan Cavabdeh xeyrinə iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin 2(006) - 2089/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə məndən cavabdehin xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa 154 manat aliment qət edilmişdir. Bildirirəm ki, mən özüm hazırda Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agetliyi «xxxx» MMC-də xx.xx.2019-cu il tarixdən orada Təhlükəsizlik şöbəsinin mütəxəssisi vəzifəsində işləyirəm və aylıq əmək haqqım 350 manatdır.Mənim bu işdən başqa hər hansı əlavə olaraq işlədiyim bir iş yoxdur və hər hansı əlavə qazancım da yoxdur.Mən hazırda anamla birlikdə yaşayıram və anam gözdən 3-cü qrup əlildir, ona da mən özüm baxıram, ona da maddi cəhətdən mən köməklik edirəm.Ona görə ki, anamın aldığı təqəüd ancaq onun dərmanlarına çatır. Mənim ödəməli olduğum cəmi 308manat aliment mən aldığım əmək haqqı edir. Ona görə də bu alimenti ödəmək mənə çox çətindir, hətta mümkünsüzdür. Mən aldığım əmək haqqının qanunda nəzərdə tutulmuş miqdarda uşaqlara verməyə razıyam, yoxsa 350 manatın 308 manatın hər ay onlara versəm onda mənim həyatda yaşamağıma kim köməklik edəcək. Ona görə ki, məndən tutulan alimentin ümumi miqdarı mənim qazancımın çox hissəsini təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Belə ki, qanunda nəzərdə tutumuşdur ki, iki uşağın saxlanması üçün qazancımın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Yuxanda göstərilənləri nəzərə alaraq, Nəsimi rayon məhkəməsinin 2(006)-2089/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılmasını, ondan Cavabdeh xeyrinə iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçının alimentin azaldılması barədə iddia ərizəsinin rədd edilməsi, onun qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-2089/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh İddiaçı xx xxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 170 manat - cəmi 340 manat məbləğində sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Nəsimi rayon məhkəməsinə alimentin azaldılması barədə iddia ərizəsi vermişdir. O, ilkin iddia ərizəsinə dair Məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, onun qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)2089/2018 saylı qətnaməsi ilə xx xxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment İddiaçı ona verilməsi hissəsində artırılaraq cavabdeh İddiaçı xx xxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 170 manat - cəmi 340 manat məbləğində sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədən xahiş edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)2089/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh İddiaçı xx xxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması ücün hər ay hər birinə 170 manat - cəmi 340 manat məbləğində sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilsin. Hesab edir ki, ilkin iddiaçının alimentin azaldılması barədə iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, hal-hazırda onun uşaqlar üçün tutulan alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi əsassız olduğu ücün rədd edilməlidir. Belə ki, iddiaçının alimentin azaldılmasına heç bir əsas olan bir şey yoxdur. Belə olan halda iddiaçının iddiası təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Odur ki, iddiaçının iddia ərizəsində yazılanları təsdiq edən hər hansı bir sübut və fakt göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı ona qarşı alimentin azaldılması tələbinə dair iddia tələbinin rədd edilməklə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin və qarşılıqlı iddia rədd edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2089/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, İddiaçı ilə Nəsirova (Qədəşova) Günay Fəxrəddin qızı arasında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış və Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2010-cu il tarixdə 1111 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. “xxxx” MMC tərəfində nməhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşıdır və hal-hazırda Təhlükəsizlik şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 350.00 AZN (üç yüz əlli manat) təşkil edir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı ilə Nəsirova (Qədəşova) Günay Fəxrəddin qızı arasında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış nikah xx xxxx 2018-ci il tarixdə pozulmuşdur. Birgə nikahlarından olan uşaqları - X3 və X4 anaları Cavabdeh himayəsindədirlər. İddiaçı xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh xeyrinə hər ay hər bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment ödəyir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və aldığı aylıq əmək haqqı 350 manat təşkil edir. Məhkəmə hər iki iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hər iki iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin maddi vəziyyətlərində dəyişiklik baş verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin maddi vəziyyətinin yaxşılaşması, daha artıq məbləğdə aliment ödəyə bilməsi hallarını sübuta yetirə bilməmişdir. Eləcə də ilkin iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin məhkəmənin gəldiyi qənaətə görə uşaqlarının təminat səviyyəsinin pisləşməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, sabit pul məbləğində hər ay 154 manat məbləğində aliment uşaqların mənafeyinə tam uyğundur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ödənilən alimentin miqdarının azaldılması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilən alimentin miqdarının artırılması barədə iddiaları əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "aliment miqdarının artırılması" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1228/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1228/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver