Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1233/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh X3 qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC xx.xx.2020-ci il tarixində iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 200 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 730 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin “xxxx” ASCnin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayev xx xxxxxx 2021-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş həcminin çox olması səbəbindən təyin edilmiş iş üzrə məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirilməsini, iddialarını tam həcmdə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ASC ilə X5 arasında xx xxxxxx 2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Camry” markalı RS010LN dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X5 xx xxxxxxx 2019-cu il tarixdə “Toyota Camry” markalı RS010LN dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Avropa otelin yanında yolnəqliyyat hadisəsi törətmiş və “Mitsubishi Pajero” markalı 10ZZ888 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 200 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı DYPİ-nin “xxxx” ASCyə təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli 046-55951 saylı arayışa əsasən cavabdeh X5 yol-nəqliyyat hadisəində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin arayışda cavabdeh X2 yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Camry” markalı RS010LN dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçı “xxxx” ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X5 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Lakin xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixlərdə cavabdehə “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə” (077) ***- **-** nömrəsinə bildirişlər göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “xxxx” ASC ilə X5 arasında xx xxxxxx 2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və 2008-ci il buraxılışlı “Toyota Camry” minik markalı RS010LN dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. İşə əlavə edilmiş Bakı şəhər Dövlət X9 Patrul Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, sürücü X5 xx xxxxxxx 2019-cu il tarixdə saat 08:10-da idarə etdiyi “Toyota Camry” minik markalı RS010LN dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən 1-ci əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verdiyindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli hesablama aktından müəyyən edilir ki, X4 məxsus «Mitsubishi Pajero» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər cəmi 200 manat (dəmirçi-40 manat, rəngsaz 128 manat və armatur işi - 32 manat) təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 19-10626/11/AA-8773/19 nömrəli «sığorta aktından» aydın olur ki, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 məxsus «Mitsubishi Pajero» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə dəymiş zərərin məbləği 200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 016873 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə X4 “xxxx” ASC tərəfindən 200 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, X5 xx xxxxxxx 2019-cu il tarixdə saat 08:10-da ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olan “Toyota Camry” minik markalı RS010LN dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “xxxx” ASC tərəfindən sığortalanmış, X4 məxsus «Mitsubishi Pajero» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmin zərər 200 manat məbləğində pul X4 iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu səbəbdən də istinad olunan hüquq normalarına əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, yəni hazırki halda iddiaçıya subroqasiya hüququ əsasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. İş materiallarından göründüyü kimi, X4 məxsus «Mitsubishi Pajero» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 200 manat məbləğində müəyyən edilmişdir. «xxxx” ASC sığortalı X4 mövcüd sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq cəmi 200 manat sığorta ödənişi 200 manat məbləğində cavabdeh tərəfindən ödənilməlidir. İddianın “500 manat işlərin görülməsi xərcinin cavabdehdən tutulması” hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı tərəf, yəni «xxxx” ASC tərəfindən buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. Halbu ki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 200 (iki yüz) manat sığorta ödənişi məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC -yə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul X1 alınaraq «xxxx» ASC-yə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1233/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1233/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver